Kompüter mühəndisliyi — kompüter sistemlərinin qurulması və inkişafı ilə məşğul olan sahədir. Elektrik mühəndisliyi və kompüter elmlərinin birləşməsi ilə formalaşan bu sahə süni intellekt, proqram təminatı, robototexnika və şəbəkə texnologiyalarını əhatə edir.
ODTÜ-nün TAU-da həyata keçirdiyi Kompüter mühəndisliyi proqramı informatika sahəsində yüksək ixtisaslı mühəndislər yetişdirmək məqsədi daşıyır, eyni zamanda bu fənnin qlobal inkişafına töhfə verməyi hədəfləyir.
Kompüter mühəndisliyi proqramında təhsil alan tələbələr ilk iki ildə əsas mühəndislik kurslarını bitirirlər. Proqramın sonrakı mərhələlərində kompüter avadanlığı və arxitekturası, proqramlaşdırma dilləri, məlumat strukturları və alqoritmlər, əməliyyat sistemləri və kommunikasiya şəbəkələri kimi əsas mövzulara diqqət yetirirlər.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Kompüter Mühəndisliyi Proqramının Rəhbəri