Qida mühəndisliyi — təbii məhsulların təhlükəsiz, keyfiyyətli və davamlı şəkildə emalını təmin edən, qida texnologiyası, biokimya və mühəndislik elmlərini birləşdirərək insanların sağlam qidalanmasını və ərzaq təhlükəsizliyini ön planda tutan strateji ixtisas sahəsidir.
Hacettepe Universiteti Qida mühəndisliyi fakültəsi ümumbəşəri dəyərlər işığında verdiyi təhsillə etik prinsiplərə sadiq, yenilikçi, təşəbbüskar, özünü təkmilləşdirən, qazandıqları bilik və bacarıqlarla qida sənayesinin inkişafına imkan verəcək yüksək ixtisaslı qida mühəndisləri yetişdirir.
Kafedranın məqsədi qida məhsullarının emalı, yeni məhsulların hazırlanması, keyfiyyətə nəzarət, saxlama və marketinq üzrə bilik və bacarıqlara malik müasir mühəndis kadrlar hazırlamaqdır. 1980-ci ildə ilk məzunlarını yola salan Qida mühəndisliyi kafedrası 1982-ci ildən etibarən Qida elmləri bölməsi və Qida texnologiyası departameni olmaqla təhsil və tədqiqat fəaliyyətlərini davam etdirir.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida Mühəndisliyi Proqramının Rəhbəri