Əsas səhifə Hazırlıq

HAZIRLIQ NƏDİR?

Türkiyə-Azərbaycan Universiteti İngilis Dili Hazırlıq Bölməsinin məqsədi, ingilis dili bilikləri kifayət qədər olmayan tələbələrə əsas dil bacarıqlarını qazandıraraq universitetdəki bakalavr təhsillərini daha asan şəkildə davam etdirmələrinə şərait yaratmaqdır. Bu məqsədlə lüğət və qrammatika ilə yanaşı oxuma, yazma, dinləmə və danışma bacarıqlarına yönəlmiş iki semestrlik intensiv proqram həyata keçirilir.

TAU-DA HAZIRLIQ PROQRAMI

Tələbələr ingilis dili səviyyələrinə əsasən akademik ildə dörd qrupa bölünür. Payız semestrində səviyyələrinə uyğun olaraq həftədə 20 və ya 25 saat, yaz semestrində isə 20, 25 və ya 30 saat dərs keçirlər.

Təhsil Şərtləri

Bakalavr təhsilinə başlaya bilmələri üçün tələbələr həm il ərzində proqramı müəyyən bir uğurla tamamlamalı, həm də akademik il sonunda keçirilən İngilis Dili Yeterlilik İmtahanından (İYS) uğurla keçməlidirlər.

Ətraflı oxu