Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi, “Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri üçün infosessiya keçirib.
İnfosessiya zamanı Ahmet Köse “TEKNOFEST” festivalı haqqında təqdimatla çıxış edib. O, əvvəlcə “TEKNOFEST”in yaradılma tarixi, məqsədi, festivalın fəlsəfəsi, daha sonra festival çərçivəsində keçirilən “5G və Süni İntellektə əsaslanan Ağıllı Yol Təhlükəsizliyi”, “Biotexnologiya İnnovasiyası”, “Blokçeyn”, “Raketlərin Şaquli formada Enişi”, “Elektron ticarət”, “Ağıllı Təchizat Zənciri və Logistika Optimallaşdırması”, “Gələcəyin Dayanıqlı Şəhərləri”, “Maliyyə Texnologiyaları”, “Aviasiyada Süni İntellekt” və s. müxtəlif kateqoriyalar üzrə müsabiqələr haqqında bölüşüb.
Festivalın Azərbaycandakı təmsilçisi müsabiqələrdə həm məktəblilər, həm tələbələr, həm də məzunların iştirak edə biləcəyini xüsusilə vurğulayıb.
Ahmet Köse “Teknofest 2026” üçün nəzərdə tutulan müsabiqələrin şərtləri, layihələrin təqdimat formatı barədə də TAU tələbələrini məlumatlandırıb.
Görüşün sonunda “TEKNOFEST Azərbaycan”ın nümayəndəsi müxtəlif mövzularda startap ideyaları olan TAU tələbələrini maraqlandıran sualları cavablandırıb.
18 avq 2025
13 mar 2026
10 mar 2026
10 mar 2026