Əsas səhifə Xəbərlər

Türkiyə-Azərbaycan Universitetində vorkşop keçiriləcək

16 Aprel 2024

Türkiyə-Azərbaycan Universitetində fevralın 20-si saat 11:00-da "Azərbaycanın yeni rəqəmsal arxitekturası kontekstində universitetlərin rolu: İT və süni intellekt istiqamətində kadr hazırlığında yeni model" mövzusunda vorkşop keçiriləcək.

Məqsəd Azərbaycanın yeni rəqəmsal arxitekturasına uyğun İT və süni intellekt üzrə kadr modelinin formalaşdırılması, universitet, dövlət və özəl sektorun əməkdaşlıq mexanizminin qurulması, tədris proqramlarının yenilənməsi üçün yol xəritəsinin müəyyən edilməsi və praktiki bacarıqların artırılmasına fokuslanan yeni modelin təqdim edilməsidir.

Vorkşopda TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri akademik Ramiz Alıquliyev, TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ahmet Coşar, AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Dr. Rahid Ələkbərli iştirak edəcəklər.

Vorkşop çərçivəsində İnformasiya Texnologiyaları istiqaməti üzrə TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ahmet Coşar, Orta Doğu Texniki Universitetinin Kompüter Mühəndisliyi ixtisasının müəllimi Prof.Dr. Okan Topçu, Süni İntellekt istiqaməti üzrə Hacettepe Universitetinin Qida mühəndisliyi ixtisasının müəllimi Dr. Gülbin Kurtay spiker kimi təqdimatlarla çıxış edəcəklər.

Vorkşopa Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz moderatorluq edəcək.