Türkiyə-Azərbaycan Universitetinin (TAU) tərəfdaşı Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
AzTU Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan prorektor Rəşad Əliyev həm AzTU-nun, həm də TAU-nun gənc əməkdaşlarını və tələbələrini Azərbaycan Gənclər Günü münasibətilə təbrik edib. Prorektor ölkədə aparılan gənclər siyasəti, eləcə də gənclərin ölkədə müxtəlif sahələrin inkişafında oynadığı mühüm rolu haqqında danışıb. O, hər zaman gəncləri universitet həyatının lokomotivi olduğunu və onların peşəkar inkişafının inzibati heyət üçün hər zaman prioritet olduğunu xüsusi vurğulayıb.
Tədbir çərçivəsində elm, təhsil, ictimai fəaliyyət və universitet həyatında göstərdikləri fəallığa görə AzTU ilə paralel, TAU-nun gənc əməkdaşları və tələbələri fəxri fərman və hədiyyələrlə təltif olunub.
Tədbirin sonunda AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Lalə Piriyeva gəncləri təbrik edib, onlara hər zaman öz üzərlərində çalışmağın önəmindən bəhs edib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
18 avq 2025
13 mar 2026
10 mar 2026
10 mar 2026