Məqsəd Azərbaycan Respublikasında ali təhsil sistemini təkmilləşdirmək və Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri genişləndirmək, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartlarına uyğun olaraq, Azərbaycanda keyfiyyətli təhsil alması üçün imkanlar yaratmaqdır.
Azərbaycanın prioritetlərini nəzərə alaraq, məqsəd beynəlxalq standartlara uyğun mühəndislik və tətbiqi elm təhsili vermək, ixtisaslı insan resursları hazırlamaq, elmi tədqiqatlar aparmaq və elmi, texnoloji və akademik potensialını dünya ilə inteqrasiya etməklə sənaye-universitet əməkdaşlığını inkişaf etdirməkdir.
Beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli təhsil proqramları təqdim etmək
Sənaye 4.0 dövrü üçün peşəkar mühəndis hazırlığını həyata keçirmək
Ən son texnologiyalarla təmin olunmuş laboratoriya əsaslı təhsil yanaşmasını tətbiq etmək
Beynəlxalq səviyyədə universitet-sənaye əməkdaşlığını qurmaq, tələbələrin müxtəlif beynəlxalq təcrübə və mübadilə proqramlarında iştirakını təmin etmək
Cəmiyyət yönümlü təhsil yanaşması ilə özümüzü fərqləndirmək və yeni universitet modeli kimi beynəlxalq səviyyədə tanınmaq. Qlobal miqyasda istinad edilən, innovativ həllər istehsal edən və dünyanın hər yerindən istedadları cəlb edən aparıcı elmi mərkəzə çevrilmək.
üAkademik keyfiyyət
üBeynəlmiləlləşmə
üŞəffaflıq və hesabatlılıq
üİnnovasiya və sahibkarlıq
üEtik dəyərlərə sadiqlik
üTələbə mərkəzli təhsil
üElmi tədqiqat mədəniyyəti
üDavamlılıq
üSosial məsuliyyət