Niyə Türkiyə-Azərbaycan Universitetində oxumaq önəmlidir?

ü Elmi potensiyalı yüksək olan universitetdə təhsil almaq imkanı:
TAU dünyanın “çətir universiteti” modelində fəaliyyət göstərən universitetidir. Burada Orta Doğu Texniki Universitetinin (ODTÜ) Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin (İTÜ) Sənaye mühəndisliyi və Hacettepe Universitetinin (HÜ) Qida mühəndisliyi proqramları tədris olunur.

ü Beynəlxalq səviyyədə tanınan iki diplom əldə etmək:
Beynəxalq reytinqlərdə 200-350 aralığında olan universitetlərin proqramlarında təhsil almaq imkanı. Türkiyə-Azərbaycan Universitetinin məzunları TAU diplomu ilə yanaşı, tərəfdaş universitetlərin də diplomuna sahib olacaqlar.

ü Güclü akademik heyət:
Tədris Türkiyənin nüfuzlu universitetlərindən olan professor-müəllim heyəti tərəfindən ingilis dilində aparılır. İngilis dili biliyi yetərli olmayanlar üçün ingiliscə hazırlıq proqramı mövcuddur. Proqramı tamamlayanlar növbəti tədris ilindən ixtisas təhsilinə başlayırlar. Bu yanaşma tələbələrə həm ixtisas biliklərini qlobal dildə mənimsəmək, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssis olmaq imkanı yaradır.

ü Müasir maddi-texniki baza:
TAU tələbələri innovativ laboratoriyalar, texniki avdanlıqlarla təchiz olunmuş müasir auditoriyalarda təhsil alırlar. Tədris mühiti beynəlxalq standartlara cavab verir və praktiki bacarıqların inkişafına şərait yaradır.