Qəbul qaydaları
2026-2027-cı tədris ili üzrə Türkiyə-Azərbaycan Universiteti I ixtisas qrupu üzrə 3 bakalavriat proqramına tələbə qəbulu həyata keçirir. Qəbul yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən aparılır və təhsil dövlət sifarişi əsasındadır. Tədris 100% ingilis dilindədir.
Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi ixtisası Türkiyənin Orta Doğu Teknik Üniversitesi (ODTÜ) tədris proqramı əsasında həyata keçirilir. Bu ixtisasa qəbul I ixtisas qrupunun Rİ altqrupu (riyaziyyat, fizika və informatika) üzrə aparılır. Minimal keçid balı: 550 bal
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi ixtisası Türkiyənin İstanbul Teknik Üniversitesi (İTÜ) tədris proqramı əsasında həyata keçirilir. Bu ixtisasa qəbul I ixtisas qrupunun RK altqrupu (riyaziyyat, fizika və kimya) üzrə aparılır. Minimal keçid balı: 500 bal
Qida mühəndisliyi
Qida mühəndisliyi ixtisası Türkiyənin Hacettepe Üniversitesi tədris proqramı əsasında həyata keçirilir. Bu ixtisasa qəbul I ixtisas qrupunun RK altqrupu (riyaziyyat, fizika və kimya) üzrə aparılır. Minimal keçid balı: 400 bal