TAU ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

29-31 iyul tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə Mərkəzin Elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq.

Sərginin əsas məqsədi ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən edilməsinə dəstək göstərməkdir.

TAU-nun akademik heyəti öz stendi ilə sərgidə iştirak edəcək. Sərgi zamanı iştirakçılar TAU-da qəbul prosesi, tədris proqramları, maddi-texniki baza və onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

Sərgi zamanı TAU-dakı ixtisaslar və qəbul şərtləri barədə təqdimatlar da nümayiş olunacaq. Sərgidə iştirak etmək istəyən abituriyentlər və onların valideynləri bu linkdən qeydiyyatdan keçə bilərlər: https://portal.dim.gov.az/sergi/

Qeyd: Sərginin keçiriləcəyi ünvan DİM-in Elektron İmtahanlar Korpusu, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50-də yerləşir.

Digər elanlar

Media 1