“NEXO” Startup Layihəsiiii

Layihənin müəllifləri TAU və AzTU tələbələrindən ibarət “NEXO” komandasıdır. 

TAU-nun Kompüter mühəndisliyi ixtisasının tələbələri Ömər Səbzəliyev, Ömər Bəşirli, Sənaye mühəndisliyi ixtisasının tələbələri Zərəngiz İsmayılova, Nihad Məmmədov, Murad Niftəliyev və AzTU-nun Energetika mühəndisliyi və Sistemlər mühəndisliyi ixtisaslarının tələbələri Arzu Aslanova və Məmməd İsmayıllının birlikdə hazırladığı “NEXO” (əlaqələndirici deməkdir) startap layihəsi əsasən internetsiz mesajlaşmanı nəzərdə tutan mobil tətbiqdir.  Bu layihə təbii fəlakətdən əziyyət çəkən insanlar və böyük festivallar, konsertlər üçün nəzərdə tutulub. Mobil tətbiq Bluetooth Mesh şəbəkəsi və WiFi texnologiyalarını özündə birləşdirərək internetsiz mesajlaşmanı təmin edir.

Layihə Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Azərbaycan” platformasının tərəfdaşlığı ilə təşkil olunan “Startap Günləri” innovasiya müsabiqəsinə təqdim olunub və tələbələr III yerə layiq görülüb.