Layihənin müəllifləri TAU və AzTU tələbələrindən ibarət
“ISO” komandasıdır.
TAU-nun Kompüter mühəndisliyi ixtisasının tələbələri Ömər Bəşirli,
Ömər Səbzəliyev, Süleyman Salmanlı və AzTU-nun Mexatronika və robototexnika mühəndisliyi
ixtisasının tələbəsi İsmayıl Babanın “AI in Agrilculture” startap layihəsi
əsasən Kənd təsərrüfatı sahəsində süni intellektin tətbiq edilməsinə həsr
olunub. Layihəyə əsasən kompüterlə təlimləndirilmiş süni intellekt bitki xəstəliklərini
aşkarlayır, təsnif edir, risk və yayılma ehtimalını analiz edir və müalicə
tövsiyələri təqdim edir. Layihə gələcəkdə dron və robotlarla inteqrasiya
olunaraq real monitorinq aparmağı və kənd təsərrüfatı sahəsindəki problemləri
zamanında üzə çıxartmağı nəzərdə tutur.
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində
“AzInTelecom” MMC-nin dəstəyi və “Startap Azərbaycan” platformasının tərəfdaşlığı
ilə təşkil olunan “SmartSolutions Hackathon 2026” müsabiqəsinə təqdim olunub və
süni intellekt və mobillik istiqamətində II yerə layiq görülüb.