1
1
Türkiyə-Azərbaycan
Universitetində (TAU) miqrasiya məsələləri üzrə mütəxəssis vəzifəsinə vakansiya
elan edilir.
Tələblər:
• Ali
təhsil (Hüquq, Beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üstünlükdür);
• Miqrasiya
məsələləri və DMX ilə iş sahəsində minimum 2 il rəsmi iş təcrübəsi (Təhsil müəssisələrində
təcrübə arzuolunandır);
• Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsini mükəmməl səviyyədə bilmək;
• Dil
bilikləri: Azərbaycan və türk dili (mükəmməl), İngilis dili (yüksək səviyyədə -
B2/C1);
• MS
Office proqramları və elektron dövlət portalları ilə sərbəst işləmək bacarığı.
Öhdəliklər:
• Universitetə
dəvət olunan xarici professor-müəllim heyətinin miqrasiya sənədləşmələrinin tam
idarə edilməsi;
• Dövlət
Miqrasiya Xidməti (DMX) ilə bütün rəsmi yazışmaların, müraciətlərin və sənəd
dövriyyəsinin qanunvericiliyə uyğun aparılması;
• Xarici
vətəndaşların Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinin
uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin (MYİ/DYİ), həmçinin iş icazələrinin
alınması və vaxtında yenilənməsi prosesinin icrası;
• Xarici
professor-müəllim heyətinin olduğu yer üzrə qeydiyyata alınması prosesinə dəstək
və nəzarət edilməsi;
• Miqrasiya
qanunvericiliyindəki dəyişikliklərin mütəmadi izlənilməsi və daxili
prosedurların buna uyğunlaşdırılması;
• Xarici
professor-müəllim heyətinə vizalar, sərhədkeçmə və digər miqrasiya məsələləri
ilə bağlı konsultasiyaların verilməsi.
📩
Müraciət qaydası:
Tələblərə
uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini cv@tau.edu.az elektron
poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Müraciət üçün son tarix: 15.09.2026