Türkiyə-Azərbaycan Universitetində (TAU) təsərrüfat işləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
• Müvafiq sahə üzrə ali təhsil;
• İnzibati-təsərrüfat işləri üzrə azı 2 il iş təcrübəsi;
• Təşkilatçılıq və koordinasiya bacarığı;
• Sənədlərlə və inventar uçotu ilə işləmək bacarığı;
• Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı.
Öhdəlikləri:
• Universitetin inzibati və təsərrüfat işlərinin gündəlik təşkilində iştirak etmək;
• Bina, otaqlar, mebel, avadanlıq və digər təsərrüfat əmlakının vəziyyətinə nəzarət etmək;
• Təsərrüfat materiallarına olan tələbatın müəyyənləşdirilməsi və təminat prosesində iştirak etmək;
• Təsərrüfat avadanlıqlarının inventar uçotunun aparılmasına dəstək vermək;
• Təmir, texniki xidmət, təmizlik və digər təsərrüfat xidmətlərinin koordinasiyasında iştirak etmək;
• Universitet ərazisində nizam-intizam, təhlükəsizlik və təsərrüfat işləri ilə bağlı məsələlərin operativ həllinə dəstək vermək.
📩 Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini cv@tau.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün son tarix: 25 sentyabr 2026