Türkiyə-Azərbaycan
Universitetində (TAU) katib-referent vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
• Humanitar,
filologiya və ya idarəetmə sahələri üzrə ali təhsil (Türkiyə universitetlərinin
məzunlarına üstünlük verilir)
• Müvafiq
sahə üzrə minimum 1-2 il iş təcrübəsi (Təhsil müəssisələrində təcrübə
arzuolunandır);
• Azərbaycan
və Türk dillərində mükəmməl, İngilis dilində yaxşı (minimum B2) səviyyədə yazı
və danışıq bacarığı;
• MS
Office (Word, Excel, PowerPoint) proqramları ilə yüksək səviyyədə işləmək
bacarığı;
• Yüksək
ünsiyyət, nitq mədəniyyəti, operativlik və konfidensiallıq prinsiplərinə riayət
etmə bacarığı.
Öhdəliklər:
• Tədris işləri üzrə prorektorun iş qrafikinin
(görüşlər, iclaslar, zənglər) planlaşdırılması və idarə edilməsi;
• Tədris departamenti ilə digər struktur bölmələri
arasında operativ sənəd dövriyyəsinin təşkili;
• Daxil olan sənədlərin, məktubların və müraciətlərin
qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi;
• Rəsmi işgüzar məktublaşmaların (Azərbaycan,
Türk və İngilis dillərində) aparılması;
• İclas protokollarının tərtib edilməsi və qərarların
icrasına nəzarət;
• Qonaqların qarşılanması və qəbulunun təşkil
edilməsi.
📩
Müraciət qaydası:
Tələblərə
uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini cv@tau.edu.az elektron
poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Müraciət üçün son tarix: 15.09.2026