Türkiyə-Azərbaycan
Universitetində (TAU) İT mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
• İnformasiya
texnologiyaları, kompüter elmləri və ya uyğun ixtisas üzrə ali təhsil;
• İT
sahəsində azı 3 il iş təcrübəsi;
• Windows,
MS Office və kompüter avadanlıqları üzrə praktiki biliklər;
• Problemləri
operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
• Şəbəkə
üzrə baza bilikləri;
• Azərbaycan,
türk və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.
Öhdəliklər:
• Universitetin
kompüter və informasiya texnologiyaları infrastrukturunun gündəlik texniki dəstəyini
təmin etmək;
• İşçi
kompüterləri, periferik qurğuları və proqram təminatını quraşdırmaq və
sazlamaq;
• İstifadəçilərin
İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri həll etmək;
• İnformasiya
sistemləri və elektron xidmətlərin texniki dəstəyində iştirak etmək;
• Kompüter
avadanlıqlarının inventar uçotunun aparılmasına və texniki vəziyyətinə nəzarət
etmək;
• İnformasiya
təhlükəsizliyi üzrə müəyyən edilmiş qaydalara riayət olunmasını təmin etmək.
📩
Müraciət qaydası:
Tələblərə
uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini cv@tau.edu.az elektron
poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Müraciət üçün son tarix: 15.09.2026