Türkiyə-Azərbaycan Universitetində (TAU) qanunvericilik məsələlərinin tənzimlənməsi üçün hüquqşünas vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
• Hüquq
üzrə ali təhsil;
• Hüquq
sahəsində ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan
və Türkiyə Respublikalarının qanunvericiliklərini, xüsusilə əmək və təhsil
qanunvericiliyini bilmək (Hər iki ölkənin hüquq sistemləri ilə bağlı
praktiki təcrübənin olması arzuolunandır)
• Azərbaycan,
türk və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
• Analitik
düşünmə, hüquqi araşdırma və sənədlərlə işləmə bacarığı.
Öhdəliklər:
• Universitetin
fəaliyyətinə aid hüquqi məsələləri araşdırmaq və hüquqi rəy hazırlamaq;
• Əmək,
təhsil, inzibati, müqavilə və digər hüquqi məsələlər üzrə hüquqi məsləhət vermək;
• Müqavilələrin,
əmrlərin, məktubların və digər sənədlərin hüquqi ekspertizasını aparmaq;
• Normativ-hüquqi
aktların universitetin fəaliyyətinə təsirini izləmək və rəhbərliyə məlumat vermək;
• Hüquqi
yazışmaları və aidiyyəti sənədlərin hazırlanmasını təmin etmək;
• Universitetin
hüquqi maraqlarının qorunmasına dəstək vermək.
📩
Müraciət qaydası:
Tələblərə
uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini cv@tau.edu.az elektron
poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Müraciət
üçün son tarix: 30.09.2026