Növbəti ildə Türkiyə-Azərbaycan Universiteti üçün 10 milyon manat vəsait proqnozlaşdırılıb

21 noyabr 2024

Növbəti ildə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 87 tələbə təhsil alır, növbəti ildə əlavə 150 tələbə qəbulu planlaşdırılır.


Digər xəbərlər

Media 1

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının qərarı, elm və təhsil nazirinin müvafiq əmri ilə Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Nəcibə Nəsibova 1992-2026-cı illərdə Azərbaycanın Türkiyədəki səfirliyində təhsil müşaviri vəzifəsində işləyib. O, bu müddət ərzində Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, tələbələrin təhsil məsələlərinin həlli və birgə akademik layihələrin təşviqi istiqamətində səmərəli fəaliyyət göstərib. Onun fəaliyyəti iki qardaş ölkə arasında təhsil əlaqələrinin inkişafına mühüm töhfə verib.

Türkiyə-Azərbaycan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası arasında imzalanmış memorandum əsasında, iki ölkə arasında ali təhsil və elmi-tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil sistemlərinin qarşılıqlı zənginləşdirilməsi, ortaq akademik potensialın gücləndirilməsi və beynəlxalq rəqabət qabiliyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024-2025-ci tədris ilindən etibarən aparılmağa başlanılıb. Universitetdə texniki və texnoloji ixtisaslar qrupu üzrə üç ixtisas – "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi", "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisasında Orta Doğu Tekniki Universiteti, "Qida mühəndisliyi" ixtisasında Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" ixtisasında isə mütəxəssis hazırlığı İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində prosesə Azərbaycan Texniki Universiteti cəlb olunub. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Media 1

TAU nümayəndələri təhsil sərgisinin ikinci günündə də iştirak ediblər

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi davam edir.

Türkiyə-Azərbaycan Universitetinin (TAU) nümayəndələri sərginin ikinci günündə də iştirak ediblər.

TAU təmsilçiləri abituriyentləri maraqlandıran sualları cavablandırıblar.

Sərgi zamanı bir saatlıq infosessiya da təşkil olunub. İnfosessiya zamanı TAU haqqında geniş təqdimat nümayiş olunub. Universitetin proqram rəhbərləri və könüllü tələbələri ixtisaslar və İngilis dili proqramı ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Qeyd edək ki, sərgi iyulun 31-i yekunlaşacaq.

Sərgi çərçivəsində hər gün saat 11:00-da abituriyentlər üçün infosessiyası nəzərdə tutulur.

Media 1

Türkiyə-Azərbaycan Universiteti ali təhsil müəssiələrinin sərgisində təmsil olunub

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi keçirilib.

DİM-in təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi abituriyentlərin universitetlərin təklif etdiyi ixtisas seçimi ilə stendlərdə tanış olması və dəyərləndirməsidir. Sərginin açılış tədbiri zamanı DİM-in aparat rəhbəri Vəfadar Misirov əvvəlcə iştirakçıları salamlayıb, daha sonra DİM-in qaydalarına nəzərə salaraq, abituriyentlərə ixtisas seçimi haqqında məlumat verib. Daha sonra sərgi iştirakçıların ixtiyarına verilib.

Ali təhsil müəssisələrinin səgisində Türkiyə-Azərbaycan Universiteti (TAU) də öz stendi ilə təmsil olunub. TAU-nun nümayəndələri sərgi boyu abituriyentləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, sərgi iyulun 31-inə kimi saat 10:00-dan 17:00-adək davam edəcək.

Sərgi çərçivəsində hər gün saat 11:00-da TAU-nun abituriyentlər üçün infosessiyası nəzərdə tutulur.

Media 1

TAU-nun rektor əvəzi ali təhsil müəssiələrinin sərgisində iştirak edib

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru v.i.e. professor Vilayət Vəliyev Dövlət İmtahan Mərkəzində (DİM) təşkil olunan ali təhsil müəssisələrinin sərgisində iştirak edib.

Rektor əvəzi əvvəlcə TAU-nun stendini ziyarət edib, daha sonra universitetin infosessiya saatında abituriyentlər və onların valideynləri ilə görüşüb, TAU-da tədris olunan təhsil proqramları, müxtəlif tədqiqat layihələri barədə məlumat verib.

Professor bildirib ki, TAU ali təhsil müəssisələri içərisində ən innovativ təhsil təklif edən universitetdir və buradakı ixtisaslar Türkiyənin nüfuzlu 3 universiteti sayılan Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universitetlərinin beynəlxalq səviyyədə hazırlanmış tədris proqramlarına əsaslanır.

İnfosessiya çərçivəsində TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, Sənaye mühəndisliyi proqramının rəhbəri dos. Ömer Faruk Beyca universitetdəki təhsilin birbaşa Sənaye 4.0 dövrünün tələbələrinə cavab verdiyini və məzunların iki diplomla həm yerli, həm regional, həm də beynəlxalq əmək bazarında özünə asanlıqla iş tapa biləcəyini xüsusi vurğulayıblar.

TAU-nun tələbələri abituriyentlərə tədris prosesi, praktiki laboratoriya dərsləri, İngilis dili proqramı, universitetdəki mühit və sosial fəaliyyətlər barədə öz təəssüratlarını bölüşüblər.

İnfosessiya zamanı abituriyentlər və valideynlərin sualları cavablandırılıb.

Media 1

Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının yeddinci iclası keçirilib

İyulun 6-da Türkiyə-Azərbaycan Universitetinin (TAU) Himayəçilər Şurasının 7-ci iclası keçirilib.

İclasda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Bakıda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ), Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) rektorları iştirak ediblər.

İclas çərçivəsində TAU-da cari tədris ili ərzində görülmüş işlərin illik hesabatı, gələcək fəaliyyət planı, tərəfdaş universitetlərlə birgə həyata keçiriləcək yeni tədris proqramları kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, "çətir universiteti" modeli olan TAU-da tədris tərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi – ODTÜ, sənaye mühəndisliyi – İTÜ, qida mühəndisliyi – Hacettepe Universiteti) uyğun olaraq ingilis dilində aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı AzTU-dur. 



Media 1

TAU-nun təşəbbüsü Azərbaycan Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunu ziyarət edib

Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Görüşdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi, Türkiyə–Azərbaycan Universitetinin (TAU) nümayəndələri, Türkiyənin Hacettepe Universitetinin professor-müəllim heyəti, Azərbaycan Milli Qida Texnologiyaları Platformasının (AMQTP) üzvləri, eləcə də qida təhlükəsizliyi və keyfiyyət sahəsinin mütəxəssisləri iştirak ediblər.
Tədbirin açılışında Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu çıxış edərək “Veysəloğlu”nun yaranma tarixi, keçdiyi inkişaf yolu və bu günə qədər əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. O, həmçinin qida sənayesində innovasiyaların tətbiqinin, elm və biznes əməkdaşlığının genişləndirilməsinin, eləcə də müasir texnologiyaların istehsalat proseslərinə inteqrasiyasının əhəmiyyətindən bəhs edib.
Daha sonra TAU-nun rektoru v.i.e. professor Vilayət Vəliyev universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, qida texnologiyaları sahəsində elmi potensialın istehsalatla əlaqələndirilməsi və innovativ layihələrin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İnfrastrukturu barədə çıxış edən qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə Qrupun baş direktorunun müşaviri Şəhla Yusifzadə Azərbaycan Milli Qida Texnologiyaları Platformasının əsas missiyasına uyğun olaraq dövlət, universitet və sənaye arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, gələcəyin qida mühəndislərinin müasir qida sənayesinin tələblərinə cavab verən kompetensiyalarla yetişdirilməsi üçün tədris proqramları və sillabusların əmək bazarının real ehtiyacları əsasında formalaşdırılmasının əhəmiyyətini qeyd edib.
Çıxışdan sonra Veysəloğlu Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən Mərkəzi Sınaq Laboratoriyasının fəaliyyəti, müasir texniki imkanları və həyata keçirdiyi analiz proseslərini əks etdirən film nümayiş olunub.
Ardınca Hacettepe Universitetinin tanınmış professoru Vural Gökmən Azərbaycan Milli Qida Texnologiyaları Platformasının fəaliyyəti, əsas məqsədləri, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri barədə təqdimatla çıxış edib.
Görüş zamanı qida sənayesində innovativ yanaşmaların tətbiqi, elmi araşdırmaların istehsalata transferi, qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və sektorun inkişafına xidmət edən birgə təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində iştirakçılar üçün Məmmədli Logistika Mərkəzinə infotur təşkil olunub. Qonaqlar logistika mərkəzinin fəaliyyəti, tətbiq olunan texnoloji həllər, məhsulların saxlanılması və paylanması prosesləri ilə yaxından tanış olublar.

Media 1

Türkiyə-Azərbaycan Universitetində SƏTƏM üzrə təlim keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) inzibati heyətin əməkdaşları üçün Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə təlim keçirilib.

SƏTƏM üzrə mühəndis Fariz Kərimovun keçirdiyi təlimin əsas məqsədi əməkdaşlarda təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, potensial risklərin vaxtında müəyyənləşdirilməsi, onların qarşısının alınması və təhlükəsiz iş mühitinin təmin olunmasına töhfə vermək olub.

Təlim zamanı iştirakçılara universitetdə tətbiq olunan SƏTƏM idarəetmə sistemi, əməyin mühafizəsi tələbləri, yanğın və elektrik təhlükəsizliyi qaydaları, eləcə də risklərin idarə olunması prinsipləri və risk nəzarəti mexanizmləri barədə ətraflı məlumat verilib.

Təlim interaktiv müzakirə formatında keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik sahəsində qabaqcıl təcrübələr, eləcə də praktiki tövsiyələr  də iştirakçıların diqqətinə çatdırılıb. 

Universitet rəhbərliyi tərəfindən təhlükəsiz və sağlam iş mühitinin yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə əməkdaşların maarifləndirilməsi və təhlükəsizlik sahəsində biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Media 1

TAU-da birinci kurs tələbələri üçün şifahi (oral) akademik İngilis dili imtahanları keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyası çərçivəsində birinci kurs tələbələri üçün akademik ingilis dilindən şifahi (oral) imtahanlar keçirilib.

İmtahanlar Orta Doğu Texniki Universiteti (ODTÜ) nəzdində fəaliyyət göstərən Xarici Dillər Məktəbinin Müasir Dillər Bölməsinin “Akademik İngilis dili 102” (“ENG102 - English for Academic purposes”) proqramına uyğun olaraq keçirilir.

İmtahan fərdi qaydada keçirilir, hər bir tələbəyə 10 dəqiqə vaxt verilir. Müsahibə formatında təqdim olunan imtahan zamanı tələbənin nitq, tənqidi təfəkkür, özünüifadə və sorğulama qabiliyyətləri yoxlanılır.

 TAU-da akademik ingilis dilindən şifahi imtahanlar iyunun 17-si yekunlaşacaq.

Media 1

TAU-nun kollektivi Lənkəran məktəbliləri ilə görüşüblər

Lənkəran şəhəri 1 nömrəli tam orta məktəbdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi ilə tanıtım günü keçirilib.Lənkəran məktəblilərini salamlayan TAU-nun Tədris şöbəsinin rəhbəri Günel Teymurova əvvəlcə yaradılan şəraitə görə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyinə və məktəbin müdiriyyətinə təşəkkürünü ifadə edib. Daha sonra şöbə müdiri iki qardaş ölkənin ortaq təhsil proyekti Türkiyə-Azərbaycan Universiteti haqqında məlumat verərək bildirib ki, TAU 2024-cü il fevralın 19-unda Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanan Anlaşma Memorandumu əsasında yaradılıb və memorandumu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar. Hazırda 174 tələbənin TAU-da dövlət hesabına ingilis dilində təhsil aldığını qeyd edən Günel Teymurova məktəbliləri bu fürsəti dəyərləndirməyə dəvət edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov TAU kollektivini, professor-müəllim heyətini Lənkəranda görməkdən məmnunluğunu bildirib. O, belə bir tədris mühitində oxumaq fürsətini region məktəbliləri üçün gözəl şans olduğunu qeyd edib.

Daha sonra TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ümran Uyqun, Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr.Ahmet Coşar, Sənaye mühəndisliyi proqramının rəhbəri Doç.Dr. Ömer Faruk Beyca və İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan TAU və onun akademik tərəfdaşları Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə birgə həyata keçirilən Kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə həyata keçirilən Sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə həyata keçirilən Qida mühəndisliyi kimi tədris proqramları haqqında ətraflı məlumat veriblər. Həmçinin TAU-nun Azərbaycan tərəfdən tərəfdaşının Azərbaycan Texniki Universiteti (AzTU) olduğu da şagirdlərin diqqətinə çatdırılıb.

TAU-nun professor-müəllim heyəti çıxışlarında xüsusi vurğulayıb ki, hər üç mühəndislik proqramını bitirən məzunlar sadəcə işinin peşəkarı kimi deyil, həm də Sənaye 4.0 dövrünün tələblərinə cavab verən mütəxəssis kimi yetişirlər.


Qeyd edək ki, TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir və ən əsası, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur. 

Media 1

TAU rektor əvəzi Vilayət Vəliyev Fizika-riyaziyyat və informatika təmayüllü liseydə şagirdlərlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru v.i.e. Vilayət Vəliyev Fizika-riyaziyyat və informatika təmayüllü liseydə yuxarı sinif şagirdləri ilə görüşüb.Görüşdə hər iki universitetin əməkdaşları da iştirak edib. 

Vilayət Vəliyev TAU və AzTU-da tədris mühiti, beynəlxalq əlaqələr, laboratoriyalar, ikili diplom proqramları, yeni layihələr və müasir yanaşmalar barədə abituriyentlərə ətraflı məlumat verib. 
Daha sonra çıxış edən hər iki universitetin nümayəndələri ayrı-ayrı ixtisaslar üzrə tədris proqramları, tələbələr üçün yaradılan şərait barədə geniş təqdimat ediblər. 

İnteraktiv formatda davam edən görüşdə abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Media 1

Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb

İyunun 8-də Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də Türkiyə-Azərbaycan Universiteti çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Media 1

Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri TAU-da qonaq olublar

Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili, Şikayət və Müraciətlər Komissiyasının sədri Sunay Karamikin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib. Qonaqlar TAU-nun rektoru v.i.e. professor Vilayət Vəliyevlə görüşüb.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, millət vəkilləri Ahmet Salih Dal, Ahmet Baran Yazgan, Abdürrahim Dusak və Ahmet Ersagun Yücel, Qanunlar və Qərarlar Baş İdarəsinin qanunvericilik üzrə ekspertləri Mesut Emre Karaköşe, Mustafa Burak Yıldız, eləcə də Xarici Əlaqələr və Protokol Baş İdarəsinin əməkdaşları Volkan Durmaz və Burhan Coşkun iştirak ediblər.
TAU-nun rektoru v.i.e. professor Vilayət Vəliyev universitetdə görülən işlər, tədris proqramları, müasir layihələr, qarşıdakı illərdə həyata keçiriləcək yeni proqramlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, gələcəkdə universitetin tədqiqat mərkəzinə çevrilməsi əsas hədəflərdəndir.
TBMM-in millət vəkili, Şikayət və Müraciətlər Komissiyasının sədri Sunay Karamik qonaqpərvərliyə görə TAU rəhbərliyinə təşəkkürünü ifadə edib. O, iki qardaş ölkənin strateji təhsil layihəsi olan Türkiyə-Azərbaycan Universitetinin ümumilikdə türk dünyası üçün əhəmiyyətli olduğunu, burada həyata keçiriləcək innovativ təhsil və tədqiqat layihələrindən digər türkdilli ölkələrin də faydalanacağına inandığını bildirib.

Media 1

Türkiyə-Azərbaycan Universitetinin komandası media qarşısında

 

Türkiyə-Azərbaycan Universitetinin (TAU) proqram rəhbərləri və tələbələri bu gün media nümayəndələrinin suallarını cavablandırıblar.

 

 

 

Media 1

Türkiyə-Azərbaycan Universitetinə infotur təşkil edilib

 

Mayın 6-da iki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetinə (TAU) infotur təşkil edilib. İnfoturda nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil mütəxəssisləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İnfotur çərçivəsində əvvəlcə TAU-nun Tədris şöbəsinin müdiri Günel Teymurova universitet haqqında təqdimatla çıxış edib. O bildirib ki, TAU-da təhsil dövlət hesabınadır. Azərbaycan tərəfi universiteti torpaq, bina, laboratoriya və avadanlıqla təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğul olur.

Günel Teymurova qeyd edib ki, hazırda TAU-da ümumilikdə 174 tələbə təhsil alır. Cari tədris ili üzrə qəbul olunanların sayı 92, ötən il qəbul olunanların sayı isə 82 nəfərdir. O əlavə edib ki, ən yüksək ortalama bala malik tələbələrdən 5-i artıq işlə təmin olunub.

İnfotur iştirakçılarının diqqətinə çatdırılıb ki, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim edilir.

Rəsmi hissədən sonra infotur iştirakçıları universitetin qida texnologiyası, instrumental analiz, qida kimyası, mikrobiologiya, fizika və kompüter laboratoriyalarında yaradılmış şəraitlə tanış olublar, tədris prosesini izləyiblər.

TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun infotur iştirakçılarının suallarına cavab olaraq bildirib ki, “çətir universiteti” modeli əsasında fəaliyyət göstərən TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Tədris kompüter mühəndisliyi üzrə Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi üzrə İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi üzrə isə Hacettepe Universitetinin proqramlarına uyğun aparılır. Universitetin Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir (AzTU).

Ümran Uyqun vurğulayıb ki, əsas məqsəd əmək bazarının tələblərinə cavab verən ixtisaslı mühəndislər hazırlamaqdır. Bu məqsədlə hər ixtisasa uyğun laboratoriyalar qurulub və tələbələrin praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.

TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Ahmet Coşar ODTÜ ilə birgə həyata keçirilən proqram barədə məlumat verərək bildirib ki, hazırda bu proqram üzrə 86 tələbə təhsil alır. Onlardan 48-i ingiliscə hazırlıq qruplarında, 32-si I kursda, 6-sı isə II kursdadır. O qeyd edib ki, tədris proqramı Qərbi Avropa və Şimali Amerikanın aparıcı universitetlərinin proqramları ilə eynidir və dərslər yüksək səviyyəli ingilis dilində keçirilir. Məzunların müasir veb və mobil texnologiyalar, süni intellekt, data elmləri və kompüter sistemləri sahəsində fəaliyyət göstərə biləcəyi vurğulanıb.

TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan media nümayəndələrinə açıqlamasında bildirib ki, universitetdə tədris ingilis dilində aparılır. Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Onun sözlərinə görə, azərbaycanlı tələbələr xüsusilə danışıq bacarıqları üzrə yüksək nəticələr göstərirlər.

İnfotur çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, cari tədris ili üzrə TAU-nun kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyində 654.4, qida mühəndisliyində isə 553.6 olub.

     

 

 

Media 1

TAU-nun kollektivi Mingəçevirdə tanıtım günü keçiriblər

Mingəçevir şəhərində Türkiyə-Azərbaycan Universitetinin (TAU) tanıtım günü keçirilib. Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan görüşdə sadəcə Mingəçevirdən deyil, Ucar, Kürdəmir, Yevlax və Ağdaşdan da məktəblilər, onların valideynləri və müəllimlər iştirak ediblər.

TAU-nun Tədris şöbəsinin rəhbəri Günel Teymurova əvvəlcə yaradılan şəraitə görə məktəbin müdiriyyətinə təşəkkürünü ifadə edib. O qeyd edib ki, iki dövlətin qardaşlıq simvolu olan Türkiyə-Azərbaycan Universiteti ölkədəki mühəndislik sahəsindəki peşəkar kadr ehtiyaclarını ödəmək məqsədilə yaradılıb və təhsil dövlət hesabınadır.

Daha sonra TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun, Kompüter mühəndisliyi ixtisasının müəllimi Dr. Y.Yakup Akan, Sənaye mühəndisliyi proqramının rəhbəri Doç. Dr. Ömer Faruk Beyca və İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan universitet haqqında geniş təqdimatlarla çıxış ediblər.

Universitetin akademik heyəti bildirib ki, TAU çətir universitet modelidir və təhsil proqramları Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Təhsilin kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTU), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparıldığını vurğulayan proqram rəhbərləri son iki ildə Azərbaycanın fərqli bölgələrindən yüksək ballı və istedadlı abituritentləri DİM imtahanları vasitəsi ilə qəbul etdiyini qeyd ediblər.

Bildirilib ki, TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir və ən əsası, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur.

Görüş sual-cavab sessiyası ilə davam edib.

Media 1

TAU və AzTU kollektivi Gəncə məktəbliləri ilə görüş keçiriblər


Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Gəncə məktəbliləri ilə görüş keçiriblər. Görüşlər Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb, Nizami Gəncəvi adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi və Imadəddin Nəsimi adına 44 nömrəli məktəb-liseydə baş tutub.

TAU-nun Tədris şöbəsinin rəhbəri Günel Teymurova Gəncə məktəblilərini salamlayaraq əvvəlcə yaradılan şəraitə görə məktəblərin rəhbərliyinə təşəkkür edib. O, daha sonra iki qardaş ölkənin strateji təhsil layihəsi Türkiyə-Azərbaycan Universiteti haqqında ətraflı məlumat verərək bildirib ki, TAU Türkiyənin 3 aparıcı universiteti olan Orta Doğu Texniki Universitetinin (ODTÜ) proqramı əsasında Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin (İTÜ) proqramı əsasında Sənaye mühəndisliyi, Hacettepe Universitetinin proqramı əsasında Qida mühəndisliyi ixtisasını həyata keçirir. Günel Teymurova onu da əlavə edib ki, tədris dövlət hesabınadır və Gəncənin texniki fənlərə meylli, yüksək bal toplayan şagirdləri bu fürsəti dəyərləndirə bilər.

Daha sonra TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ümran Uyqun, Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr.Ahmet Coşar, Kompüter mühəndisliyi ixtisasının müəllimi Dr. Y.Yakup Akan, Sənaye mühəndisliyi proqramının rəhbəri Doç. Dr. Ömer Faruk Beyca, İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan universitet haqqında geniş təqdimatlarla çıxış ediblər. Universitetin akademik heyəti TAU-dakı qəbul qaydaları, qəbul balları, tədris prosesi, yaradılan şərait, laboratoriyalar, tələbə-müəllim münasibətləri, ixtisasların perspektivləri və karyera imkanları barədə ətraflı məlumat veriblər.

Hacettepe Universitetinin Qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen də Gəncə məktəbliləri üçün qida mühəndisliyi ixtisası, bu sahədə həyata keçirilən tədqiqat imkanları, bu sahənin Türkiyə və Azərbaycandakı əhəmiyyəti barədə bölüşüb.

Daha sonra TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı AzTU-nun Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov universitetdəki mühəndislik proqramları barədə təqdimatla çıxış edərək tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib.

Görüş sual-cavab sessiyası ilə davam edib. 

Media 1

TAU-nun təşəbbüsü olan Milli Qida Texnologiyaları Platformasının səkkizinci görüşü dövlət-universitet-sənaye əməkdaşlığına həsr olunub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü olan Milli Qida Texnologiyaları Platformasının səkkizinci görüşü UNEC-in III Tədris binasında keçirilib. Görüş “Azərbaycan Milli Qida Texnologiyaları Platforması: Kadr hazırlığında dövlət dəstəyi və təhsil-sənaye inteqrasiyası” mövzusuna həsr olunub.

Görüşün əsas məqsədi ali təhsil müəssisələrində qida mühəndisliyi ixtisası üzrə kadr hazırlığının mövcud vəziyyətinin kompleks təhlili, inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, eləcə də bu istiqamətdə əsaslandırılmış təklif və tövsiyələrin hazırlanması olub.

Tədbirdə TAU-nun rektoru v.i.e. professor Vilayət Vəliyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, TAU-nun Tədris şöbəsinin müdiri dos. Günel Teymurova, eləcə də İqtisadiyyat Nazirliyi, 4SİM-in təmsilçiləri, “Veysəloğlu” Şirkətlər Qrupu, “Azərsun Holding”, “Coca-Cola”, “Siyəzən Broyler” və “Atena MMC” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə UNEC-in III Tədris binasında texniki və texnoloji istiqamətlər üzrə fəaliyyət göstərən laboratoriyaları ilə tanış olublar. Nobel mükafatı laureatı Əziz Sancar adına “Qida təhlükəsizliyi”, “Qida kimyası və mikrobiologiya” və “Qida texnologiyaları” laboratoriyalarında aparılan elmi-tədqiqat və tədris proseslərini yaxından izləyiblər.

Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev əvvəlcə iştirakçıları salamlayıb, daha sonra mövzunun aktuallığını xüsusilə vurğulayıb.

Daha sonra professor Vilayət Vəliyev, professor Ümran Uyğun və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Mecidov çıxış edərək Azərbaycan Milli Qida Texnologiyaları Platformasının yaradılmasının zəruriliyi, qida sənayesində mövcud çağırışlar, eləcə də bu sahədə dayanıqlı inkişaf perspektivləri barədə ətraflı fikirlərini bölüşüblər.

Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen “Azərbaycan Milli Qida Texnologiyaları Platforması: kadr hazırlığında dövlət-sənaye-universitet inteqrasiyası” mövzsunda təqdimatla çıxış edib və təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələr üçün geniş zəmin yaradıb.

Çıxışlar və aparılan müzakirələr zamanı qida mühəndisliyi sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsil proqramlarının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması, həmçinin təhsil və sənaye arasında institusional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi, dövlət-sənaye-universitet tərəfdaşlığının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra konkret təklif və tövsiyələr irəli sürülüb.

Media 1

SİNERJİTÜRK Effektiv Biznes və Güc Birliyi Fondunun nümayəndəsi TAU tələbələrinə “Karyera planlaması” çərçivəsində seminar keçib

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində növbəti seminar keçirilib. Seminarın qonağı SİNERJİTÜRK Effektiv Biznes və Güc Birliyi Fondunun Himayəçilər Şurasının və Direktorlar Şurasının sədri, Türkiyə İnformatika Dərnəyi İdarə Heyətinin sədri Abdullah Raşit Gülhan olub.

Qonaq əvvəlcə iki qardaş ölkənin ortaq akademik layihəsi olan TAU-nun parlaq tələbələri ilə görüşünü təşkil etdiklərinə görə universitetin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü ifadə edib.  

Daha sonra Abdullah Raşit Gülhan TAU tələbələri qarşısında “Mühəndislik, Texnologiya və Gələcək” mövzusunda təqdimatla çıxış edib. Qonaq dünyada mühəndislik sahəsinə verilən çağdaş tələblər, müxtəlif ölkələrin mühəndislik və texnologiya sahəsində gördüyü işlər, reytinq cədvəllərindəki yeri, Türkiyə və Azərbaycanda mühəndislik sahəsinin perspektivləri haqqında tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, trendlərin çox sürətlə dəyişdiyi dünyada ən vacib bacarıq çeviklik və yenilikçi düşüncə tərzidir. Qonaq bildirib ki, zamanın tələblərini anlayan, sahənin ehtiyaclarını araşdıran və problemlərə hər zaman yeni həll yolları təklif edən vizyon sahibləri həmişə ön planda olacaqlar.

Mütəxəssis xüsusilə vurğulayıb ki, öz işini ən xırda detalına kimi yaxşı öyrənmək, bilik və bacarıqları ilə ölkəsinə faydalı olmaq əsl vətənpərvərlikdir. Abdulla Raşit Gülhan TAU tələbələrinə vətəni sevməyi və peşəsi ilə xalqına səmimi qəlbdən xidmət etməyi arzulayıb.

Seminar sual-cavab sessiyası ilə davam edib.


Media 1

TAU tələbələri “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarışın qaliblərindən olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarışın qaliblərindən olub.

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual Oyunlar Klubu və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.

Yarışda ümumilikdə 19 komanda iştirak edib. Bunlardan 12-si AzTU-nu, 4-ü TAU-nu, 3-ü isə ATMU-nu təmsil edib.

AzTU-da təşkil olunan yarış çərçivəsində iştirakçılar komandalar şəklində mübarizə apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdirib. Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən, 1-ci yerə ATMU-nun “Toureast” komandası, 2-ci yerə TAU-nun “Cloud” komandası, 3-cü yerə AzTU-nun “DyNova” komandası layiq görülüb.

Qalib komandalara kubok və medallar təqdim olunub.

Media 1

Türkiyənin Azərbaycandakı səfiri TAU tələbələrinə “Karyera planlaması” mövzusunda seminar keçib

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” mövzusunda növbəti seminar keçirilib. Seminarın qonağı Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün olub.

Səfir öncə iki qardaş ölkənin strateji layihəsi olan Türkiyə-Azərbaycan Universitetində qonaq olmaqdan və tələbələrlə görüşdən məmnunluğunu ifadə edib.

O qeyd edib ki, karyera inkişafında əsas açar elementlər nə istədiyini dəqiq bilmək, hədəflərinə gedən yolda planlı olmaq, nizam-intizam və məsuliyyətdir.

Prof. Dr. Birol Akgün tələbələrə sadəcə ixtisasını yaxşı öyrənməyin yetərli olmadığını, erkən tələbəlik illərindən düzgün ünsiyyət, özünü əmək bazarına yüksək səviyyədə təqdim etmək, xarici dillərdə kommunikasiya, peşəkar səviyyədə əlaqələr qurmaq, şəbəkələşmə kimi yumşaq bacarıqların əhəmiyyətindən də bəhs edib.  O, həmçinin çağdaş zamanda dünyanın bir parçası olacaq vizyonda inkişaf etməyin, eləcə də öz kimliyini, xalqını yaxşı tanımağın, türk dünyasının mədəniyyətinə yaxşı bələd olmağın vacibliyini də vurğulayıb.

Seminar sual-cavab sessiyası ilə davam edib.


Media 1

Gəbzə Texniki Universitetinin rektoru TAU-nu ziyarət edib

Türkiyənin Gəbzə Texniki Universitetinin (GTU) rektoru professor Hacı Ali Mantar Azərbaycana səfəri çərçivəsində Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.

TAU-nun rektoru v.i.e. professor Vilayət Vəliyev universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə qonağa məlumat verib.

GTU-nun rektoru professor Hacı Ali Mantar qonaqpərvərliyə görə TAU rəhbərliyinə təşəkkürünü bildirib. O, iki qardaş ölkənin strateji tərəfdaşlığı üzərində qurulmuş Türkiyə-Azərbaycan Universitetində beynəlxalq tələblərə cavab verən peşəkar kadrların hazırlanacağına əminliyini ifadə edib.

Görüş zamanı birgə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə müdafiə sənayesi nazirinin müşaviri Osman Okur da iştirak edib. 

Media 1

TAU tələbələri “SmartSolutions Hackathon 2026” müsabiqəsinin qalibləri seçilib

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri “SmartSolutions Hackathon 2026” müsabiqəsinin qalibləri seçilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “AzInTelecom” MMC-nin dəstəyi və “Startap Azərbaycan” platformasının tərəfdaşlığı ilə təşkil olunan Hakaton süni intellekt və mobillik, həmçinin kibertəhlükəsizlik, finTech və bulud texnologiyaları istiqamətləri üzrə keçirilib.

Müsabiqədə TAU və AzTU tələbələrindən ibarət komandalar mübarizə aparıb.

İki gün davam edən hakaton çərçivəsində iştirakçılar innovativ ideyalarını real məhsul səviyyəsinə çatdırmaq üçün intensiv fəaliyyət göstərib. İdeyanın innovativliyi, təqdim olunan həllin texniki əsaslandırılması, bazar potensialı və komanda performansı kimi meyarlara əsasən qaliblər müəyyən edilib.

Nəticələrə əsasən, TAU və AzTU tələbələrindən ibarət “ISO” komandası (“AI in Agrilculture” startapı) II yerə layiq görülüb. Süni intellekt və mobillik istiqamətində qalib olan TAU-nun Kompüter mühəndisliyi ixtisasının tələbələri Ömər Bəşirli, Ömər Səbzəliyev, Süleyman Salmanlı və AzTU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasının tələbəsi İsmayıl Babanın startap layihəsi əsasən Kənd təsərrüfatı sahəsində süni intellektin tətbiq edilməsinə həsr olunub. Layihəyə əsasən kompüterlə təlimləndirilmiş süni intellekt bitki xəstəliklərini aşkarlayır, təsnif edir, risk və yayılma ehtimalını analiz edir və müalicə tövsiyələri təqdim edir. Layihə gələcəkdə dron və robotlarla inteqrasiya olunaraq real monitorinq aparmağı və kənd təsərrüfatı sahəsindəki problemləri zamanında üzə çıxartmağı nəzərdə tutur.

Həmin istiqamət üzrə I yerə AzTU-nun “ChatX”komandası (Courier Fatigue Detector - startapı), III yerə isə AzTU-nun “Tab-SM” (Predictive Sharing – startapı) komandası layiq görülüb.

Kibertəhlükəsizlik, finTech və bulud texnologiyaları istiqamətləri üzrə isə I yerin sahibi AzTU-nun “CyberClowns” komandası (Real-Time Phishing Browser Extension - startapı), II yerin sahibi AzTU-nun “Nimbus1950” komandası (Smart Financial Fraud Detection - startapı), III yerin sahibi AzTU-nun “Aura” komandası ( AI Scam & Phishing Detector – startapı) olub.

AzTU rektoru Vilayət Vəliyev qalibləri təbrik edərək uğurlar arzu edib və mükafatları təqdim edib.

Qeyd edək ki, I yerin sahiblərinə 1000, II yeri qazananlara 700, III yerin qalib komandalarına isə 500 AZN məbləğində mükafat təqdim olunub.

Media 1

TAU İstanbulda 11-ci Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində təmsil olunub

Türkiyə-Azərbaycan Universiteti (TAU) Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş 11-ci Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində (EURIE 2026) təmsil olunub.

7-9 aprel tarixində Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirilən sammitdə dünyanın 64 ölkəsindən 370 qurum, 150-dən çox universitet, 164 spiker və 2000 ziyarətçi iştirak edib. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.

Sammitdə yalnız ali təhsil müəssisələrinin nümayəndələri deyil, eyni zamanda müxtəlif ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri və təhsil siyasətini müəyyən edən qərarverici şəxslər də iştirak ediblər.

Sammit çərçivəsində keçirilmiş tematik konfrans proqramları beynəlmiləlləşmə strategiyaları, ali təhsildə keyfiyyət, rəqəmsallaşma, dayanıqlılıq və qlobal akademik əməkdaşlıq kimi aktual və strateji istiqamətləri əhatə edib.

Sammit zamanı panel sessiyaları və sərgi də təşkil olunub. Türkiyə-Azərbaycan Universitetini sammitdə spiker kimi təmsil edən Sənaye mühəndisliyi proqramının rəhbəri Doç. Dr. Ömer Faruk Beyca TAU  haqqında təqdimatla çıxış edib. Proqram rəhbəri çıxışında TAU-da ilk dəfə tətbiq olunan “çətir universitet” modeli və Türkiyənin beynəlxalq təhsil sahəsində bu layihənin oynadığı strateji əhəmiyyəti barədə məruzə edib.

 Qeyd edək ki, Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti (EURIE) Avrasiya regionunun nüfuzlu ali təhsil müəssisələrinin əməkdaşlarını və dünya miqyasında tanınmış təhsil ekspertlərini bir araya gətirən, dünyanın sayca 3-cü böyük beynəxalq təhsil və sərgi sammitidir. Hər il keçirilən EURAS-ın illik sammiti çərçivəsində sərgilər və konfranslar təşkil olunur, müxtəlif təhsil və innovasiya məsələlərinə həsr olunmuş panellər üzrə spikerlər diskussiyalar aparır. Bu sammit iştirakçılar üçün məlumat mübadiləsi, əlaqələrin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları üçün yaradılmış fürsətdir.

Media 1

TAU-da “Ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisi: problemlər, çağırışlar və müasir yanaşmalar” mövzusunda vorkşop keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisi: problemlər, çağırışlar və müasir yanaşmalar” mövzusunda vorkşop keçirilib.

Məqsəd universitetlərdə ingilis dili tədrisinin keyfiyyəti, tətbiq edilən metodların effektivliyi və mövcud problemlərin müzakirəsi olub.

Tədbirdə TAU-nun rektoru v.i.e. Vilayət Vəliyev, TAU-nun proqram rəhbərləri və akademik heyəti, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dillər Universiteti (ADU), Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri iştirak ediblər.

TAU-nun rektoru v.i.e. Vilayət Vəliyev ali təhsil müəssisələrində ingilis dili hazırlığı və tədrisinin əhəmiyyətindən danışıb. O, bu sahədə Orta Doğu Texniki Universitetinin (ODTÜ) beynəlxalq tələblərə cavab verən ingilis dili proqramının TAU-da tədris olunduğunu bildirib. Həmçinin burada tədris aparan ingilis dili müəllimlərinin də tədrisə müasir yanaşmaları xüsusi qeyd olunub.

TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan ODTÜ-nün İngilis dili proqramı barədə geniş təqdimat edib. O, qeyd edib ki, TAU-nun tələbələri ODTÜ-nün dil proqramına əsasən əvvəlcə Hazırlıq (Foundation) qruplarında təməl ingilis dili dərsləri keçirlər, daha sonra səviyyə imtahanlarından keçid balını toplamış tələbələr oxuduqları ixtisaslara qəbul olunmuş sayılırlar, birinci və ikinci kurslarda isə tələbələr akademik ingilis dili dərsləri keçib dil səviyyəsini inkişaf etdirirlər. Mutlu Çalışkan onu da bildirib ki, Azərbaycan tələbələri ilə işləyən zaman onların orta məktəbdə fərqli dil öyrənmə təcrübələri nəzərə alınır. Xüsusi metodlarla tələbələrin biliyi monitorinq edilib qiymətləndirilir.

Daha sonra AzTU-nun Xarici dillər kafedrasının müəllimi dosent Kəmalə Mehdixanlı, UNEC-in Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri baş müəllim Aynur Mirzəyeva və ADU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dosent Fatma Qurbanzadə təmsil etdikləri universitetlərdəki ingilis dilinin tədrisi prosesi və problemlər haqqında məlumat veriblər. Çıxış edənlər tədrisin keyfiyyətinin daha da artırılması üçün ODTÜ müəllimlərinin təcrübəsini faydalı hesab ediblər.

Vorkşop sual-cavab sessiyası ilə davam edib.

Media 1

TAU-nun proqram rəhbəri Ümran Uyqun: “TAU-da yeni nəsil qida mühəndisləri yetişdirilir” MÜSAHİBƏ

Qida təhlükəsizliyi və keyfiyyətli ərzaq istehsalı bu gün dünyada ən vacib məsələlərdən biri hesab olunur. Bu sahədə peşəkar mütəxəssislərin hazırlanması isə həm qida sənayesinin inkişafı, həm də cəmiyyətin sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkənin ortaq akademik layihəsi olan Türkiyə-Azərbaycan Universitetində (TAU) də məhz bu məqsədlə qida mühəndisliyi ixtisasına xüsusi yer ayrılıb. Universitetdə bu proqram Türkiyənin nüfuzlu ali məktəblərindən biri olan Hacettepe Universitetinin təxminən 60 illik (1967) təcrübəsinə əsaslanan tədris proqramı əsasında həyata keçirilir.

TAU-nun Qida mühəndisliyi proqramı tələbələrə güclü akademik bilik, texniki bacarıqlar və tədqiqat mədəniyyəti qazandırmağı hədəfləyir. Dörd illik təhsil müddətində fundamental elmlər, mühəndislik və texnologiya fənləri ingilis dilində tədris olunur, proqram isə bir illik ingilis dili hazırlığı mərhələsini də əhatə edir. Tədris prosesi fizika, kimya, mikrobiologiya, alət analizi və qida texnologiyası kimi sahələr üzrə yaradılmış müasir laboratoriyalarda aparılır.

Bəs qida mühəndisi kimdir və onun fəaliyyəti nələri əhatə edir? Bu ixtisas niyə TAU-da prioritet istiqamətlərdən biri kimi seçilib və Azərbaycanda qida mühəndislərinə ehtiyac hansı səviyyədədir? Türkiyə-Azərbaycan Universitetinin Qida Mühəndisliyi proqramının rəhbəri, Prof. Dr. Ümran Uyqun Musavat.com-un suallarına aydınlıq gətirib.

– Ümran xanım, artıq iki ildir ki, TAU-da Azərbaycan üçün nisbətən yeni sayılan qida mühəndisliyi ixtisası tədris olunur. Niyə məhz bu ixtisas prioritet olaraq seçilib?

– İstərdim ki, söhbətə universitetin yaradıldığı ilk dövrdən başlayım. Qida mühəndisliyi ixtisası kifayət qədər geniş və güclü infrastruktur tələb edən bir sahədir. Buna görə də ilkin mərhələdə bu proqramın necə qurulacağı, hansı metodlarla təşkil ediləcəyi ilə bağlı geniş müzakirələr aparırdıq. Lakin qısa müddət ərzində bu istiqamətdə ciddi işlər gördük. İlk olaraq laboratoriyalar və auditoriyalar yaradıldı və lazımi texniki baza formalaşdırıldı. Nəticədə 2024-cü ilin sentyabr ayında artıq ilk tələbələrimizi qəbul etdik.

Birinci ildə Qida mühəndisliyi ixtisası üzrə minimum qəbul balının 450 olması isə bir çoxlarını təəccübləndirdi. Çünki Azərbaycanda bu ixtisas hələ geniş tanınmır və qida mühəndisinin kim olduğu, hansı işlə məşğul olduğu barədə məlumat çox azdır. Əslində, Türkiyədə də biz bu mərhələni təxminən 50 il (1977) əvvəl yaşamışıq. O zaman da bu ixtisas yeni yarananda insanlar sual edirdilər: qida mühəndisi kimdir – kimyaçı, bioloq, yoxsa dietoloq? Hətta bəziləri onu bu sahələrin qarışığı kimi qəbul edirdi. Lakin illər keçdikcə və Türkiyədə qida sənayesi sürətlə inkişaf etdikcə bu suallara da aydınlıq gəldi. Bu gün qida ilə bağlı hər hansı problem və ya məsələ ortaya çıxanda ilk yada düşən mütəxəssislərdən biri məhz qida mühəndisləridir.

 - Qida mühəndisi konkret hansı işi görür?

- Qida mühəndisliyi sahəsində təhsil alan tələbələr digər mühəndislik ixtisaslarında olduğu kimi əsas mühəndislik və texniki fənləri öyrənirlər. Məsələn, kimya mühəndislərinin keçdiyi bir çox fundamental və texniki fənlər qida mühəndisliyi proqramında da tədris olunur. Kimya mühəndisliyi ilə qida mühəndisliyi arasındakı əsas fərq isə istifadə olunan xammaldadır. Kimya mühəndisi xammaldan boya, yuyucu vasitələr və ya şampun kimi məhsullar hazırlayırsa, qida mühəndisi xammalı qida məhsuluna çevirir.

Qida mühəndisliyində xammal dedikdə alma, armud, zeytun, buğda və ümumilikdə qida kimi istifadə olunan bütün təbii məhsullar nəzərdə tutulur. Bu xammalın xüsusiyyətlərini və tərkibini yaxşı bilmək isə olduqca vacibdir. Çünki hər bir canlı məhsulun tərkibində müxtəlif mikroorqanizmlər mövcuddur. Bu səbəbdən qida mühəndisi mikrobiologiya sahəsini də yaxşı mənimsəməlidir.

Məsələn, zeytundan yağ əldə edərkən və ya süddən pendir hazırlayarkən həmin məhsulun tərkibində olan mikroorqanizmləri tanımaq və onların prosesə necə təsir etdiyini bilmək lazımdır. Bu baxımdan qida mühəndisinin işi bir qədər daha mürəkkəbdir. Bir tərəfdən mühəndis kimi məhsulun hansı texnoloji prosesdən keçəcəyini müəyyənləşdirməli, digər tərəfdən isə qidanın tərkibində olan mikroorqanizmləri nəzarətdə saxlamalı və zərərli olanları aradan qaldırmalıdır.

Bütün bunlar sağlam və keyfiyyətli qida məhsulu əldə etmək üçün vacibdir. Eyni zamanda, qida emalı zamanı məhsulun dadı, qoxusu və rəngi də qorunmalıdır. Buna görə də qida mühəndisi qidanın kimyasını yaxşı bilməlidir – məsələn, məhsulun rənginin hansı maddələrdən yarandığını və qoxusunu hansı molekulların formalaşdırdığını anlamalıdır. Yəni qida mühəndisinin işi kifayət qədər məsuliyyətlidir: həm xammala zərər verməmək, həm də onu düzgün texnoloji prosesdən keçirərək keyfiyyətli və təhlükəsiz qida məhsulu əldə etmək lazımdır.

-Bu ixtisas yaranana qədər işi indiyə qədər kimlər görürdü?

-Təxminən 50 il əvvəl bu işlə əsasən kimyaçılar və bioloqlar məşğul olurdular. Lakin qida sənayesi çox sürətlə inkişaf etdikcə bu sahədə xüsusi ixtisaslaşmış mütəxəssislərə ehtiyac yarandı. Azərbaycan tərəfindən ilk dəfə belə bir proqramın yaradılması təklif olunanda biz düşündük ki, görəsən bu proqramı niyə istəyirlər. Çünki bu proqram olduqca bahalıdır. Onun həyata keçirilməsi üçün böyük və yaxşı təchiz olunmuş laboratoriyalar lazımdır. Bizim tələbələr həftədə təxminən 20 saatını laboratoriyada keçirirlər. Laboratoriya isə avadanlıq, cihaz və müxtəlif alətlər deməkdir. Bütün bunlar isə çox böyük maliyyə tələb edir.

Bu səbəbdən əvvəlcə düşündük ki, Azərbaycan tərəfi bu layihədən imtina edə bilər. Bildirdik ki, proqram üçün əhəmiyyətli həcmdə büdcə lazımdır. Üstəlik, laboratoriya daim yenilənməli və bunun üçün mütəmadi maliyyə ayrılmalıdır. Buna görə də güman edirdik ki, Azərbaycan tərəfi bu fikirdən vaz keçə bilər. Lakin belə olmadı. Gördük ki, bu ixtisasın tədrisinə çox maraq göstərir və israrlıdır. Nəticədə biz də proqramın həyata keçirilməsi üçün buraya dəvət olunduq. Beləliklə, fizika, kimya, mikrobiologiya laboratoriyaları quruldu və avadanlıqlarla təchiz olundu. Onu da qeyd edim ki, tələbələrimiz ixtisas dərslərindən əvvəl bir il ingilis dili üzrə təhsil alırlar. Çünki tədris ingilis dilində aparılır. Ancaq elə tələbəmiz olur ki, onların dil bilgisi yaxşı olduğuna görə onlar vaxt itirmədən birbaşa birinci kursa - ixtisas dərslərinə başlayırlar. Məsələn, bizim iki tələbəmiz qəbuldan elə birinci kursa keçdi, çünki ingilis dili səviyyələri çox yüksək idi. Onlara ODTÜ-nün peşəkar və təcrübəli müəllim heyəti dərs deyir. Bizim tədris Türkiyədəki universitetin proqramı ilə tamamiilə eynidir. Elə müəllimlərimiz var ki, Azərbaycanda yaşayır, eləsi də var ki, 15 gündən bir gəlib dərsini deyib yenidən Türkiyəyə qayıdır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda paralel dərs deyirlər. Bizim tələbələr Hacettepe Universitetinin diplomlarını alacaqlar. Buna görə də məsuliyyətimiz  və fədakarlığımız daha çoxdur.

-Bəli, müəllimlər üçün iki proqramı paralel tədris etmək asan deyil...

 -Bizim müəllimlər sadəcə dərs keçmirlər, həm də onların hər birinin araşdırma laboratoriyaları var, orada elmi araşdırmalar aparırlar, doktorantlar çalışır. Bu qədər işin arasında onlar həm də 15 gündən bir Azərbaycana gəlib dərs verirlər. Müəllimlərimiz bunu çox böyük həvəslə edirlər. Müəllimlərimizin Azərbaycanda qalması üçün TAU-nu gələcəkdə araşdırma universitetinə çevirməyi düşünürük. TAU-dakı təhsil Azərbaycandakı tələbələr üçün bir nemətdir. Onlar Türkiyədəki tədrisi almaq üçün artıq oraya getmirlər, öz ölkələrində heç bir vəsait xərcləmədən bu təhsili alırlar. 

Qeyd edək ki,   2024-cü ildə fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir universiteti” modelidir. Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Universitetin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncam ilə Türkiyə-Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında müstəqil tələbə seçmək hüququna malikdir və müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

https://president.az/az/articles/view/66905

Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır.

İki qardaş ölkənin ortak akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda cəmi 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim olunan hər iki diplom beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.

Şahanə Rəhimli   

Musavat.com

Source:

https://musavat.com/news/qida-muhendisi-kimdir-tau-da-yeni-nesil-mutexessisler-nece-yetisdirilir-musahibe_1252198.html?fbclid=IwY2xjawRG2dFleHRuA2FlbQIxMABicmlkETEyRFJTWkhkQ3VWWnhhdGlFc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHrUZ5_AZeP2RTCkgLD1pjmv2-VTNE3KE5ROxJD_49efQJ1W-Obg8RW2clql8_aem_tlYopSegyVytHDPvQyLMYw

Media 1

YÖK rəhbəri “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti 2026”-da Türkiyə-Azərbaycan Universiteti haqqında danışıb

Aprelin 7-sində Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti 2026”nın açılış mərasimi keçirilib.

Sammitin açılış mərasimində Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Prof. Dr. Erol Özvar çıxış edib. O, qlobal inkişafın və ali təhsildəki strateji transformasiyaların müzakirə edildiyi beynəxalq sammitdə “Türkiyə Ali Təhsilinin 2030-cu ilə doğru baxışı” çərçivəsində keyfiyyət, rəqəmsallaşma və davamlılıq hədəflərini paylaşıb. YÖK rəhbəri yeni nəsil “çətir universitet” modeli kimi yaradılmış Türkiyə-Azərbaycan Universiteti və Beynəlxalq Türk Dövlətləri Universiteti haqqında da bölüşərək qeyd edib ki, bu cür təhsil modeli beynəlxalq akademik sahədə yeni bir dövrün başlanğıcıdır.

Media 1

“Çətir universitet” modeli TAU-nun ilk iki ili:Ən yeni ixtisaslar artıq Azərbaycanda - MÜSAHİBƏ

2024-cü ildə fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Universitetin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.

Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada Orta Doğu Texniki Universitetinin (ODTÜ) kompüter mühəndisliyi ixtisası, İstanbul Texniki Universitetinin (İTÜ) sənaye mühəndisliyi ixtisası, Hacettepe Universitetinin qida mühəndisliyi ixtisası tədris olunur. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir.

İki qardaş ölkənin akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim olunacaq diplomlar beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.

TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev iki illik fəaliyyəti dəyərləndirib və bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.

-Vilayət bəy, gəlin, söhbətimizə  ixtisas seçimindən başlayaq.  Universitet yaradılarkən niyə məhz bu 3 ixtisas seçildi?

Türkiyə-Azərbaycan Universitetinin yaranması tarixi mahiyyət daşımaq və qardaşlığın növbəti rəmzi olmaqla bərabər, təhsil və elm sahəsində ciddi uğurların əldə olunması üçün yaradılıb. Burada 3 ixtisas üzrə məzun yetişdirilir və bu ixtisaslar Türkiyənin ən prestijli universitetlərinin proqramları əsasında tədris olunur.

Hər 3 universitetin bütün xüsusiyyətləri araşdırıldı və Azərbaycan sənayesinin, iqtisadiyyatının tələbat duyduğu ixtisaslar seçildi. Belə qərara gəlindi  ki, Orta Doğu Texniki Universitetində (ODTÜ) tədris olunan kompüter mühəndisliyi ixtisasının proqramı Azərbaycanda da tətbiq edilsə, yeni bir trend formalaşdırılmış olar. Çünki ODTÜ yeganə universitetdir ki, öz ixtisaslarında klassik mahiyyəti saxlamaqla daima yenilənib. Bu universitetdə kompüter mühəndisliyi ayrıca bir ixtisasdır və bakalavriat səviyyəsində tədris olunur. Bu, onu göstərir ki, ixtisasın proqramı kifayət qədər peşəkar mütəxəssis tərəfindən hazırlanıb. TAU-da kompüter mühəndisliyi ODTÜ-nün proqramı əsasında tədris olunur. 

Daha sonra sənaye mühəndisliyi dünyada ən vacib və sənayenin inkişafı üçün çox əhəmiyyətli bir ixtisasdır. Bu, daha çox İT əsaslı və data üzərində qurulan bir sahədir. İstanbul Texniki Universitetində (İTÜ) bu ixtisası data üzərində qurulub və iş dünyasının tələblərinə cavab verir.

Üçüncü aparıcı ixtisas qida mühəndisliyidir. Bu isə Hacettepe Universitetinin tədris proqramına uyğun aparılır. Hacettepe biotibbi texnologiyaların olduğu və qabaqcıl texnologiyaların tətbiq olunduğu bir yerdir. Burada qida mühəndisliyi ixtisası çox güclü proqrama və müasir laboratoriya sisteminə əsasən tədris olunur. Azərbaycanda isə qida mühəndislərinə çox böyük ehtiyac var.  Bu baxımdan qida üzrə ixtisasların qurulması çox əhəmiyyətlidir. Hazırda universitetimizdə ixtisasa uyğun yeni laboratoriyalar yaradılıb, bu, işin 15-20 faizi deməkdir və davamlı işlər görüləcək.

-TAU-da tələbələr ixtisas dərslərindən öncə bir il Hazırlıq qrupları üzrə təməl ingiliscə dərsləri (Foundation) keçirlər. Tələbələr bu periodu necə keçirlər, onların çətinliyi olurmu?
- İlk olaraq, ODTÜ-nün ingilis dili mütəxəssisləri tərəfindən tələbələrin qiymətləndirilməsi aparılır və onların dil bilikləri yoxlanılır ki, hazır vəziyyətdə olanlar 1 il vaxt itirməsin. 

Hazırda TAU-da 174 tələbədən 80-i hazırlıq mərhələsindədir. Onların hazırlıq balları 70-in üzərindədir. Bu, çox böyük göstəricidir. Çünki ODTÜ-nün hazırlığı kifayət qədər ciddidir. Bir məsələni də qeyd edim ki, burada oxuyan tələbələrin müvəffəqiyyət göstəriciləri Türkiyədəki anoloji universitetdə təhsil alan tələbələrdən yüksəkdir. Çünki biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik. 

Ümumilikdə, birinci kursda olan tələbələrimizin sayı 86, ikinci kursda oxuyan tələbələrin sayı 8 nəfərdir. Bəzi tələbələrimiz uğurlu göstəricilərlə dil hazırlığı keçmədən birinci kursa birbaşa daxil olub.

- Hazırda 174 tələbəniz var. Universitetə tələbə qəbulunda yerlərin artırılması gözlənilirmi?  Ümumiyyətlə, abituriyentlərin TAU-da təhsilə marağı necədir?

Kompüter mühəndisliyi ixtisası üzrə əvvəlki plan yerimiz 30 nəfər idi. 2025/2026-cı tədris ili üzrə daha 30 nəfərlik plan yeri artırıldı. Beləliklə, qəbul sayı 60 oldu. Digər ixtisaslar üzrə isə hələ də 30 yerdir. Gələcəkdə kompüter mühəndisliyi üzrə magistr və növbəti ildə daha yüksək göstəricilər gözləyirik. Digər ixtisaslarımız üzrə də ballar Azərbaycanda mövcud keçid balından daha yüksəkdir. Buradakı tələbələr çox qabiliyyətlidirlər. Bizim 4 nəfər tələbəmiz artıq universitetdə çalışır. Bundan sonra da ən çalışqan tələbələri gələcəkdə işlə təmin edəcəyik. Tələbələrimiz yarışlara qatılırlar və Texnofest-ə hazırlaşırlar. 

-Universitet gələcəkdə magistr təhsili verə bilərmi?    

Yaxın vaxtlarda magistratura səviyyəsi üzrə tədrisin təşkili planlaşdırılır. Doktorantura səviyyəsi üzrə plan yerlərinin açılması üçün isə layihə təklifi hazırlanıb və təqdim olunub.

- Universitetdə dərs deyən müəllimlər arasında azərbaycanlılar varmı?

- Azərbaycandan olan iki ingilis dili müəllimi işə götürülüb. Tədricən baza fənləri üzrə də azərbaycanlı müəllimlər tədrisə cəlb olunacaqlar. Burada Türkiyədən gələn müəllimlərlə yanaşı, Pakistandan olan müəllimlər də var.

Şahanə Rəhimli

Musavat.com

SOURCE: https://musavat.com/news/cetir-universitet-modeli-tau-nun-ilk-iki-ilien-yeni-ixtisaslar-artiq-azerbaycanda-musahibe_1250972.html?fbclid=IwY2xjawRG4DFleHRuA2FlbQIxMABicmlkETFhRWtDU3hoc3FlRTFQYW84c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHn6ViKzJiTZyAjyYl_8E8sdH1iRO_Jq-74-O8204QGT5p5HSP02czXNy4ycr_aem_LhEq_6Td7tPC4pnHcqiD_Q

Media 1

TAU-nun təşəbbüsü olan Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib. TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən iclas Ankarada Hacettepe Universitetindəki təcrübə səfərinə həsr olunub.

İclasda TAU-nun rektoru v.i.e. Vilayət Vəliyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun, "Qida mühəndisliyi" ixtisasının tədris olunduğu Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti iştirak edib.

İclas zamanı Ankarada keçirilən əvvəlki iclasda Hacettepe Universiteti Qida Mühəndisliyi Bölümünün elmi-tədqiqat laboratoriyaları və tələbə laboratoriyalarına edilən ziyarətin, qida mühəndisliyi proqram strukturunun (infrastruktur, avadanlıq və cihazlar, ixtisaslaşmış tədqiqatçılar - müəllim heyəti, magistr və doktorant tələbələr və s.) necə qurulmalı olduğuna dair qazanılmış mühüm təcrübələr barədə müzakirələr aparılıb. Platforma iştirakçıları həmçinin Ankara səfəri zamanı öz müşahidələrini də bölüşüblər.

Müzakirələr zamanı növbəti görüşün prioritetləri də müəyyən edilib.


Media 1

İş adamı və konsultant Kənan Məmmədov TAU tələbələrinə “Karyera planlaması” mövzusunda seminar keçib

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” mövzusunda növbəti seminar keçirilib.

Seminarın qonağı gömrük və logistika sahəsində ixtisaslamış təcrübəli expert, hazırda kənd təsərrüfatı şirkətləri üçün satış logistikası, strateji planlama və təchizat zəncirinin optimallaşdırılması sahələrində konsultant, iqtisad elmləri üzrə fəlsəfə doktoru Kənan Məmmədov olub.

TAU tələbələrini görməkdən məmnunluğunu ifadə edən qonaq əvvəlcə iş dünyasının görünməyən tərəflərindən və çağdaş zamandakı tələblərdən bəhs edib.

İş adamı öz təcrübəsini tələbələr üçün bölüşərək bildirib ki, karyera üçün yaxşı təhsil almaq yetərli deyil, nəzəri  biliklər və bu biliklərin praktikada düzgün metodika ilə tətbiq edilməsi, çağdaş sənayenin və kənd təsərrüfatının tələblərinə cavab verən bacarıq və vərdişlərin təcrübədə qazanılması çox vacibdir.

Kənan Məmmədov həmçinin strateji planlama, analitik düşüncə qabiliyyəti, intizam və məsuliyyəti də karyera inkişafı üçün mühüm bacarıqlar kimi qiymətləndirib.

Qonaq həmçinin yeni sahələr yaratmağı, ehtiyac duyulan sahələr üçün yerli xammal imkanlarını dəyərləndirməyi də TAU tələbələrinin diqqətinə çatdırıb. 

Media 1

TAU-nun tələbəsi beynəlxalq səviyyəli proqramlaşdırma yarışının universitet daxili seçim turlarının qalibi olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbəsi Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) universitet daxili seçim turlarında qalib olub.

Beynəlxalq müsabiqənin əsas məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında proqramlaşdırma və problemləri həll etmə bacarıqlarını üzə çıxarmaq və formalaşdırmaqdır. 

Yarış AzTU İnformasiya Texnologiyaları və Telekommunikasiya fakültəsi Tələbə Elmi Cəmiyyəti, Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və ICPC Azərbaycan Regional Rəhbərliyinin təşkilati dəstəyi ilə TAU və AzTU tələbələri arasında keçirilib.

Yarışın açılışını edən AzTU İTT fakültəsinin sosial işlər üzrə dekan müavini Ülviyyə Kərimova bu cür müsabiqələrin tələbələr üçün yeni təcrübə, yeni dostluqlar qazandırdığını vurğulayıb və onlara uğurlar arzulayıb.

Daha sonra ICPC-nın Azərbaycan üzrə Regional Rəhbəri Etibar Seyidzadə müsabiqənin qaydaları haqqında tələbələrə ətraflı məlumat verib.

Dörd saat davam edən müsabiqənin nəticələrinə əsasən, TAU-nun Kompüter mühəndisliyi ixtisasının tələbəsi Alim Nəzərəlli müsabiqədə I yeri qazanıb. II və III yerləri müvaviq olaraq AzTU İTT fakültəsinin tələbələri Fərəc Fərəcov və Fuad Cəfərli bölüşdürüblər.

Müsabiqənin sonunda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Qaliblər sertifikat, “İnnab School”, “Peerstack” və “Devlab” şirkətləri tərəfindən mükafatlandırılıb. Bundan əlavə, qalib tələbələr müsabiqənin növbəti mərhələləri üçün mentor dəstəyi də alacaqlar.

 ICPC ilk dəfə keçən əsrin 70-ci illərində ABŞ-da təşkil olunub və zamanla beynəlxalq səviyyədə tanınan nüfuzlu müsabiqəyə çevrilib. ICPC Dünya Finalı hər il müxtəlif ölkələrdə keçirilir və təşkilatçı ölkələr üçün beynəlxalq imic baxımından böyük imkanlar yaradır.

Media 1

TAU-da “Rəqəmsal iqtisadiyyat və sənaye mühəndisliyi: Data əsaslı qərarvermə” mövzusunda vorkşop keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Rəqəmsal iqtisadiyyat və sənaye mühəndisliyi: Data əsaslı qərarvermə” mövzusunda vorkşop keçirilib.

Vorkşopun əsas məqsədi dövlət, sənaye və universitetlər arasında əməkdaşlıq platforması yaratmaq və rəqəmsal iqtisadiyyat dövründə sənayenin inkişafına töhfə verəcək yeni ideyaların müzakirəsi olub.

Tədbirdə TAU-nun rektoru v.i.e. Prof. Dr. Vilayət Vəliyev, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Bəxtiyar Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İqtisadi təhlil şöbəsinin müdiri Cavid Süleymanlı, TAU-nun Sənaye mühəndisliyi proqramının rəhbəri Doç. Dr. Ömer Faruk Beyca, İqtisadi Zonaların İnkişafı Agentliyinin Rezidentlərə dəstək və koordinasiya şöbəsinin Rezidentlərlə iş bölməsinin rəhbəri Nadir Nadirli, 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin müdiri Xəyalə Fətullayeva, həmçinin dövlət qurumlarının, sənaye sektorunun və müxtəlif universitetlərin nümayəndələri iştirak edərək rəqəmsal transformasiya və sənayenin gələcəyi mövzularını müzakirə ediblər.

Vorkşop çərçivəsində sənayedə süni intellekt və data analitikası, Sənaye 4.0 texnologiyaları və robotlaşdırılmış istehsal sistemləri kimi mövzular müzakirə olunub. İştirakçılar rəqəmsal texnologiyaların sənaye məhsuldarlığını artırmaqda mühüm rol oynadığını vurğulayıblar. Tədbirdə həmçinin gələcəyin mühəndisinin hazırlanması və universitet kurikulumlarının sənaye ehtiyaclarına uyğunlaşdırılması məsələləri müzakirə edilib. Ekspertlər universitet-sənaye əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd ediblər.


Media 1

Türkiyənin tanınmış aktyoru və rejissoru TAU-da qonaq olub

Tanınmış kino və teatr aktyoru, səsləndirmə sənətçisi və rejissor Tamer Karadağlı Türkiyə-Azərbaycan Universitetinin (TAU) qonağı olub.

Eyni zamanda Türkiyə Dövlət Teatrları Baş İdarəsinin direktoru və bədii rəhbəri olan Tamer Karadağlı 10 Mart Azərbaycanın Milli Teatr Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Bakıya gəldiyini və səfər çərçivəsində Türkiyə-Azərbaycan Universitetində qonaq kimi dəvət edilməkdən də məmnunluğunu ifadə edib.

TAU-nun Kino Klubunun təşkilatçılığı ilə baş tutan görüşdə aktyor tələbələrlə mədəniyyət və incəsənət haqqında, karyerasında önəmli yer tutan teatr və kino aktyorluğu, səsləndirmə sənəti barədə söhbətlər edib.

Gənclərlə sənətin ictimai təsirindən danışan Tamer Karadağlı teatrın cəmiyyətləri bir-birinə yaxınlaşdıran universal bir dil olduğunu da xüsusi vurğulayıb.

Türkiyəli aktyor sənət və təhsilin iki qardaş ölkə arasında əlaqələri daha da gücləndirdiyini bildirib. O, gələcəyin mühəndislərinə peşələrində özünü daha yaxşı ifadə etmək üçün ədəbiyyat və incəsənətlə daima maraqlanmağı və bunu həyatın bir parçasına çevirməyi tövsiyə edib.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan görüş zamanı Türkiyənin incəsənət ustası ona ünvanlanmış teatr, kino və səsləndirmə sənəti ilə bağlı sualları səmimiyyətlə cavablandırıb.

Görüşün sonunda Tamer Karadağlı gənclərlə xatirə fotosu çəkdirib.


Media 1

TAU-nun 3 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) Türkiyə-Azərbaycan Universitetinin (TAU) 3 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb.

Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, “Həmkarlar ittifaqı təqaüdü” proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən TAU-nun Qida mühəndisliyi ixtisasının tələbəsi Xədicə Məmmədova, Sənaye mühəndisliyi ixtisasının tələbəsi Diana Kotkova və Kompüter mühəndisliyi ixtisasının tələbəsi Coşqun Qasımlıya “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub.



Media 1

TAU-nun rektor əvəzi Vilayat Valiyev tələbələrə “Karyera planlaması” mövzusunda seminar keçib

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev TAU tələbələrinə “Karyera planlaması” mövzusunda seminar keçib.

Seminar zamanı Vilayət Vəliyev şəxsi bacarıqlar, maraqlar və dəyərləri təhlil edərək uzun və qısamüddətli peşəkar hədəfləri müəyyənləşdirmək, bu hədəflərə çatmaq üçün atılacaq addımları sistemli şəkildə formalaşdırmağın yolları və bu istiqamətdə vacib nüansları tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, süni intellekt dövründə ən böyük üstünlük analitik düşüncə bacarığıdır.

Analitik düşüncə bacarığının təhsil və karyera həyatında mühüm rolundan danışan Vilayət Vəliyev, gənclərdə özünü qiymətləndirmək, zamanı idarə etmək, innovasiyalara açıq olmaq kimi vərdişlərin formalaşması istiqamətində də fikirlərini bölüşüb.


Media 1

TAU-nun kollektivi Şəkidə tanıtım günü keçiriblər

Şəki şəhəri 7 nömrəli tam orta məktəbdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi və tələbələrinin iştirakı ilə tanıtım günü keçirilib.

Şəki məktəblilərini salamlayan və tanıtım gününün açılışını edən TAU-nun Tədris şöbəsinin rəhbəri Günel Teymurova əvvəlcə yaradılan şəraitə görə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinə və məktəbin müdiriyyətinə təşəkkürünü ifadə edib. Daha sonra iki ölkənin qardaşlığını simvolizə edən Türkiyə-Azərbaycan Universiteti haqqında məlumat verərək bildirib ki, TAU 2024-cü il fevralın 19-unda Ankarada Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə imzalanan Anlaşma Memorandumu əsasında yaradılıb və memorandumu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar. Hazırda 174 tələbənin TAU-da dövlət hesabına təhsil aldığını bildirən Günel Teymurova Şəki məktəblilərini bu fürsəti ağıllı dəyərləndirməyə dəvət edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov TAU kollektivini, professor-müəllim heyətini və tələbələri Şəkidə görməkdən məmnunluğunu bildirib. O, belə bir tədris mühitində oxumaq fürsətini Şəki məktəbliləri üçün əvəzsiz imkan kimi qiymətləndirib.

Daha sonra TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ümran Uyqun, Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr.Ahmet Coşar, Sənaye mühəndisliyi proqramının rəhbəri Doç.Dr. Ömer Faruk Beyca və Hazırlıq proqramının rəhbəri Mutlu Çalışkan universitet haqqında geniş təqdimatlarla çıxış ediblər. Universitetin akademik heyəti bildirib ki, TAU çətir universitet modelidir və təhsil proqramları Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Təhsilin kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTU), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparıldığını vurğulayan proqram rəhbərləri son iki ildə Azərbaycanın fərqli bölgələrindən yüksək ballı və istedadlı abituritentləri DİM imtahanları vasitəsi ilə qəbul etdiyini qeyd ediblər. Bildirilib ki, TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir və ən əsası, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur.

TAU-nun Kompüter mühəndisliyi ixtisasının tələbələri Zəhra Mustafayeva, Nuray Abbasova, Sənaye mühəndisliyi ixtisasının tələbələri Həlimə Rəşidova, Ayan Mehtizadə və Qida mühəndisliyi ixtisasının tələbələri Həyat Cəfərli, Məhəmməd Abdullayev oxuduqları proqramlar barədə təqdimatlar edərək universitetdəki dərs prosesi, tələbə-müəllim münasibətləri və laboratoriyalar haqqında danışıblar. Onlar son iki ildəkeçdikləri inkişaf yolu, Türkiyəyə olan orientasiya səfəri, ODTÜ müəllimlərinin ingiliscə vərdişləri üzərində peşəkar səviyyədə işləməsi haqqında da təəssüratlarını bölüşüblər.


Media 1

Türkiyə-Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Türkiyə-Azərbaycan Universitetində (TAU) anım tədbiri keçirilib. Tədbirdə TAU və Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim heyəti, tələbələr iştirak edib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirin moderatoru AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Həbib Mirzəyev qeyd edib ki, Xocalı soyqırımından 34 il keçsə də faciənin yaşatdığı ağrılar, acılar heç zaman sağalmayacaq.

Daha sonra çıxış edən TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun və Kompüter mühəndisliyi proqramının rəhbəri Əhməd Coşar Xocalı faciəsinin bəşəriyyətin ən dəhşətli və qanlı cinayət hadisələrindən biri olduğunu qeyd ediblər.

TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırım olduğunu deyib. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisası alındı. Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq.


Media 1

TAU və AzTU kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib.

Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Media 1

Türkiyə-Azərbaycan Universitetində “Teknofest 2026” ilə bağlı infosessiya keçirilib

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi, “Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri üçün infosessiya keçirib.

İnfosessiya zamanı Ahmet Köse “TEKNOFEST” festivalı haqqında təqdimatla çıxış edib. O, əvvəlcə “TEKNOFEST”in yaradılma tarixi, məqsədi, festivalın fəlsəfəsi, daha sonra festival çərçivəsində keçirilən “5G və Süni İntellektə əsaslanan Ağıllı Yol Təhlükəsizliyi”, “Biotexnologiya İnnovasiyası”, “Blokçeyn”, “Raketlərin Şaquli formada Enişi”, “Elektron ticarət”, “Ağıllı Təchizat Zənciri və Logistika Optimallaşdırması”, “Gələcəyin Dayanıqlı Şəhərləri”, “Maliyyə Texnologiyaları”, “Aviasiyada Süni İntellekt” və s. müxtəlif kateqoriyalar üzrə müsabiqələr haqqında bölüşüb. 

Festivalın Azərbaycandakı təmsilçisi müsabiqələrdə həm məktəblilər, həm tələbələr, həm də məzunların iştirak edə biləcəyini xüsusilə vurğulayıb.

Ahmet Köse “Teknofest 2026” üçün nəzərdə tutulan müsabiqələrin şərtləri, layihələrin təqdimat formatı barədə də TAU tələbələrini məlumatlandırıb.

Görüşün sonunda “TEKNOFEST Azərbaycan”ın nümayəndəsi müxtəlif mövzularda startap ideyaları olan TAU tələbələrini maraqlandıran sualları cavablandırıb.

Media 1

TAU tələbələri Qubada qış düşərgəsində iştirak edib

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri Quba rayonunda yerləşən “Nazlı bulaq” istirahət mərkəzində qış düşərgəsində iştirak edib.

Düşərgə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) dəstəyi və Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilib.

İki gün davam edən düşərgədə tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər keçirilib.


Media 1

TAU-da İT və süni intellekt istiqamətində kadr hazırlığına həsr olunan vorkşop keçirilib

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq Türkiyə-Azərbaycan Universitetində (TAU) vorkşop keçirilib.

"Azərbaycanın yeni rəqəmsal arxitekturası kontekstində universitetlərin rolu: İT və süni intellekt istiqamətində kadr hazırlığında yeni model" mövzusuna həsr olunan vorkşopda dövlət qurumlarının, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri, İT və süni intellekt üzrə mütəxəssislər eləcə də bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər.

TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev bildirib ki, iki ildir fəaliyyət göstərən universitetdə rəqəmsallaşma, informasiya texnologiyaları, eləcə də süni intellekt istiqamətində müzakirələrin təşkil olunması təqdirəlayiqdir. Sözügedən istiqamətlərdə əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının TAU-da əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Osman Hacıyev rəqəmsal bilik və bacarıqların artırılmasının prioritet məsələlərdən biri kimi nazirliyin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən 50 ali təhsil müəssisəsindən 23-də süni intellekt və digər rəqəmsal sahələr üzrə ixtisaslı kadr hazırlığı həyata keçirilir. Osman Hacıyev bu istiqamət üzrə məzunların məşğulluq göstəricilərinin yüksək olduğunu qeyd edərək, əmək bazarında həmin sahələrdə mütəxəssislərə ciddi tələbatın mövcudluğunu da diqqətə çatdırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov rəqəmsal transformasiya, kibertəhlükəsizlik, internet idarəçiliyi və fərdi məlumatların mühafizəsi üzrə siyasətin formalaşdırılmasında, eləcə də süni intellekt, data idarəçiliyi və oxşar istiqamətlərdə fəaliyyətin əlaqələndirilməsində agentliyin davamlı işlər gördüyünü və bu istiqamətlərdə universitetlərə dəstək verməyə hazır olduğunu vurğulayıb.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri akademik Ramiz Alıquliyev müasir dövrdə dünyada süni intellektin inkişafından danışıb. Dünyada bu sahədə aparılan tədqiqatları izləməyin vacibliyini diqqətə çatdıran akademik sözügedən istiqamətlərdə kadr hazırlayan universitetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ahmet Coşar süni intellektin həm iş, həm təhsil həyatındakı rolundan bəhs edib. O, süni intellektin təhsildə və tədqiqatlar zamanı işləri asanlaşdırdığı kimi, zərərli məqamlarından da danışıb. TAU-nun proqram rəhbərinin fikrinə görə, bu məsələlər qanunla tənzimləndikdə neqativ halların qarşısı alına bilər. Professor onu da əlavə edib ki, TAU-da tədrisin ingilis dilində olması kompüter mühəndisliyi sahəsindəki inkişafı birbaşa və orijinal beynəlxalq mənbələrdən izləmək imkanı verir və tələbələrin süni intellekt alətlərindən istifadə edərək davamlı olaraq yeni məlumatlar əldə etməsi, özlərini bacarıqlı və bilikli mühəndislər kimi yetişdirməsi peşəkar tələbdir.

AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli bildirib ki, ölkə prezidentinin irəli sürdüyü yeni rəqəmsal arxitekturaya hər kəs töhfə verməlidir. Onun fikrincə, universitetlərin akademik heyəti sənayenin yeni çağırışlarını nəzərə almalı, İT və süni intellekt sahəsindəki proqramlar yenilənməli, tələb olunan ehtiyaclara uyğun kadrlar hazırlanmalıdır və bu, ölkənin rəqəmsal təhlükəsizliyi üçün vacibdir.

Vorkşop çərçivəsində Orta Doğu Texniki Universitetinin (ODTÜ) Kompüter mühəndisliyi ixtisasının müəllimi Prof.Dr. Okan Topçu çıxış edərək bildirib ki, rəqəmsallaşmanın strateji məqsədinə uyğun olaraq, universitetlər süni intellektin transformativ təsirinə fəal şəkildə reaksiya verməlidirlər.

Hacettepe Universitetində kimya müəllimi Dr. Gülbin Kurtay qeyd edib ki, Türkiyədə və dünya universitetlərində yeni material və ya dərman maddələrinin kəşfində ənənəvi laboratoriya sintezindən əvvəl, hesablama kimyası və süni intellekt vasitəsilə molekul dizaynının aparılmasını tələbələrin məzun olmadan yiyələnməli olduğu əsas təcrübələrdən biri kimi diqqətə çatdırıb. Tədqiqatçı müəllim Azərbaycan universitetlərinə Yüksək Performanslı Hesablama Mərkəzinin (HPC) yaradılmasını təklif edib. O, vurğulayıb ki, bu təşəbbüs həm elmi-tədqiqat mühiti, həm də tələbələrin gələcək rəqabətədavamlılığının əhəmiyyətli dərəcədə artırılmasına mühüm töhfə verə bilər.

Çıxışlardan sonra vorkşop sual-cavab sessiyası ilə davam edib.


Media 1

Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaranmasının iki ili tamam olur

Bu gün Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaranmasının iki ili tamam olur.

TAU Türkiyə və Azərbaycanın aparıcı ali məktəblərinin ən güclü ixtisaslarının sintezi əsasında qurulan “çətir universitet” modelidir.

Burada Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) Kompüter mühəndisliyi proqramı, İstanbul Texniki Universitetinin (İTÜ) Sənaye mühəndisliyi proqramı, Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı tədris olunur.

Qeyd edək ki, Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

İki yaşlı universitetimizi təbrik edir, elm və təhsil sahəsinin inkişafı istiqamətində uğurlar arzulayırıq!



Media 1

Türkiyənin Azərbaycandakı səfiri TAU-nu ziyarət edib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.

Səfirlə görüşən TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və proqram rəhbərləri universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə səfirə ətraflı məlumat verib.

Görüş zamanı Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq TAU-da görüləcək işlər, eləcədə Azərbaycan Milli Qida Texnologiyaları Platforması üzrə universitetlərlə birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzi olan TAU-nun yaradılmasının iki illiyində universiteti ziyarət etməkdən məmnunluğunu ifadə edən səfir Birol Akgün burada görülən işləri və həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.

Media 1

Türkiyə-Azərbaycan Universitetində vorkşop keçiriləcək

Türkiyə-Azərbaycan Universitetində fevralın 20-si saat 11:00-da "Azərbaycanın yeni rəqəmsal arxitekturası kontekstində universitetlərin rolu: İT və süni intellekt istiqamətində kadr hazırlığında yeni model" mövzusunda vorkşop keçiriləcək.

Məqsəd Azərbaycanın yeni rəqəmsal arxitekturasına uyğun İT və süni intellekt üzrə kadr modelinin formalaşdırılması, universitet, dövlət və özəl sektorun əməkdaşlıq mexanizminin qurulması, tədris proqramlarının yenilənməsi üçün yol xəritəsinin müəyyən edilməsi və praktiki bacarıqların artırılmasına fokuslanan yeni modelin təqdim edilməsidir.

Vorkşopda TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri akademik Ramiz Alıquliyev, TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ahmet Coşar, AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Dr. Rahid Ələkbərli iştirak edəcəklər.

Vorkşop çərçivəsində İnformasiya Texnologiyaları istiqaməti üzrə TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ahmet Coşar, Orta Doğu Texniki Universitetinin Kompüter Mühəndisliyi ixtisasının müəllimi Prof.Dr. Okan Topçu, Süni İntellekt istiqaməti üzrə Hacettepe Universitetinin Qida mühəndisliyi ixtisasının müəllimi Dr. Gülbin Kurtay spiker kimi təqdimatlarla çıxış edəcəklər.

Vorkşopa Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz moderatorluq edəcək.

Media 1

Türkiyə-Azərbaycan Universitetində yaz semestri başlayıb

Bu gündən etibarən Türkiyə-Azərbaycan Universitetində (TAU) 2025-2026-cı tədris ili üzrə yaz semestri başlayıb.

Semestr ərzində keçirilən dərslər mayın sonunda yekunlaşacaq.


Media 1

TAU-nun təşəbbüsü olan Milli Qida Texnologiyaları Platformasının altıncı görüşü Türkiyənin Hacettepe Universitetində keçirilib

Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü və Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmenin rəhbərliyi ilə Milli Qida Texnologiyaları Platformasının 6-cı toplantısı Ankara şəhərində keçirilib. TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda qida mühəndisliyi ixtisasının tədris olunduğu altı ali təhsil müəssisəsinin mütəxəssislərindən ibarət nümayəndə heyətinin Türkiyənin Hacettepe Universitetinə akademik səfəri təşkil edilib.

Səfər çərçivəsində TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqunun başçılıq etdiyi Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Hacettepe Universitetinin Qida Mühəndisliyi fakültəsinin elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.

Əvvəlcə Hacettepe Universitetinin Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ali Topcu Azərbaycandan gəlmiş akademik nümayəndə heyətini salamlayıb və universitetin akademik heyətini qonaqlara təqdim edib. Daha sonra fakültənin tədris və elmi-tədqiqat fəaliyyəti haqqında ümumi məlumat verilib. Azərbaycandan gəlmiş professor-müəllim heyəti Hacettepe Universitetində qida mühəndisliyi sahəsində həyata keçirilən təhsil proqramları və tədris planları ilə yaxından tanış olub, eyni zamanda tələbə və elmi-tədqiqat laboratoriyalarına da baxış keçirib.

Günün ikinci yarısında Hacettepe Universitetinin 10-dan çox elmi-tədiqat laboratoriyası və 7-dən çox tədris laboratoriyasında aparılan elmi araşdırmalar, davam edən layihələr və icra olunan tədqiqat işləri barədə yerində təqdimatlar edilib. Görüş zamanı professor-müəllim heyəti Hacettepe Universitetinin Bioaktiv Qida, İnstrumental Analiz, Qida və biotexnologiya yönümlü tədqiqatlar (FoodOmics), Qida Mikrobiologiyası, Qida Keyfiyyəti və Təhlükəsizliyi (FoQuS), Süd Texnologiyası, Hububat (Dənli bitkilər) və Yağ Texnologiyası, Sürətli Analiz Metodları və eləcə də ixtisaslaşmış tədqiqat laboratoriyaları ilə yaxından tanış olub. Universitetin akademik heyəti laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar və tətbiq olunan elmi yanaşmalar haqqında ətraflı məlumat verib.

Proqram çərçivəsində bu cür qarşılıqlı akademik səfərlərin gələcəkdə birgə elmi tədqiqatların aparılması, layihələrin icrası və akademik əməkdaşlıqların genişləndirilməsi üçün mühüm zəmin yaratdığı vurğulanıb.

Media 1

Türkiyə-Azərbaycan Universitetinin tələbələri və əməkdaşları 2 Fevral - Azərbaycan Gənclər Günü münasibətilə təltif ediliblər

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tərəfdaşı Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. 

AzTU Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan prorektor Rəşad Əliyev həm AzTU-nun, həm də TAU-nun gənc əməkdaşlarını və tələbələrini Azərbaycan Gənclər Günü münasibətilə təbrik edib. Prorektor ölkədə aparılan gənclər siyasəti, eləcə də gənclərin ölkədə müxtəlif sahələrin inkişafında oynadığı mühüm rolu haqqında danışıb. O, hər zaman gəncləri universitet həyatının lokomotivi olduğunu və onların peşəkar inkişafının inzibati heyət üçün hər zaman prioritet olduğunu xüsusi vurğulayıb.

Tədbir çərçivəsində elm, təhsil, ictimai fəaliyyət və universitet həyatında göstərdikləri fəallığa görə AzTU ilə paralel, TAU-nun gənc əməkdaşları və tələbələri fəxri fərman və hədiyyələrlə təltif olunub. 

Tədbirin sonunda AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Lalə Piriyeva gəncləri təbrik edib, onlara hər zaman öz üzərlərində çalışmağın önəmindən bəhs edib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Media 1

Türkiyə-Azərbaycan Universitetinin tələbələri “Startap Günləri” innovasiya tədbirinin qaliblərindən olub

Türkiyə-Azərbaycan Universitetinin tələbələri AzTU İnkubasiya Mərkəzində "Startap Azərbaycan" platformasının tərəfdaşlığı ilə keçirilən “Startap Günləri” innovasiya tədbirində qaliblərdən olub.

İki gün davam edən tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU), Türkiyə-Azərbaycan Universitetinin (TAU) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələri iştirak edib. Tədbir innovativ ideyalara maraq göstərən tələbələrin, mentorların və ekspertlərin iştirakı ilə yüksək dinamika və aktivlik şəraitində baş tutub.

Komandalar hazırladıqları layihələri 4-5 dəqiqəlik təqdimatlar formasında münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Münsiflər heyəti layihələri innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı meyarları üzrə qiymətləndirib. Qiymətləndirmənin nəticələrinə görə, TAU-nun kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisaslarının hazırlıq qrupu tələbələri Ömər Bəşirli, Ömər Səbzəliyev, Zərəngiz İsmayılova, Nihad Məmmədov, Murad Niftəliyev və AzTU-nun energetika mühəndisliyi və sistemlər mühəndisliyi ixtisaslarının tələbələri Arzu Aslanova, Məmməd İsmayıllının təmsil olunduğu “Nexo” komandası 3-cü yerə layiq görülüb. Tələbələrin birlikdə hazırladığı “NEXO” (əlaqələndirici deməkdir) adlı startap layihəsi internetsiz mesajlaşmanı nəzərdə tutan mobil tətbiqdir. Bu tətbiq əsasən təbii fəlakətdən əziyyət çəkən insanlar və böyük festivallar, konsertlər üçün nəzərdə tutulub. Mobil tətbiq Bluetooth Mesh şəbəkəsi və WiFi texnologiyalarını özündə birləşdirərək internetsiz mesajlaşmanı təmin edir. 

Tədbirin sonunda qalib tələbələrə diplomlar, aktiv iştirak etmiş digər tələbələrə iştirakçı sertifikatları təqdim edilib. 

“Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına töhfə vermək, gənclərin ideya istehsalında və biznes quruculuğunda fəal iştirakını təşviq etmək və yeni startapların formalaşmasını stimullaşdırmaqdır.
 

Media 1

Türkiyə-Azərbaycan Universitetində 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qanlı qırğının 36-cı ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycan torpaqlarının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

TAU-nun Tədris işləri şöbəsinin müdiri Günel Teymurova 20 Yanvara həsr olunmuş təqdimatla çıxış edib. O, çıxışında 20 Yanvarın Azərbaycan tarixinin həm kədərli, həm qəhrəmanlıq səhifəsi, həm də Müstəqilliyə gedən yol olduğunu bildirib. Şöbə müdiri vurğulayıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Kreml rəsmiləri xalqımızın haqq səsini boğmaq, mübarizə əzmini məhv etmək üçün qanlı qırğın planlaşdırmışdı, lakin Azərbaycan xalqının göstərdiyi birlik həmin gün silahlı atışmaya qalib gəldi.

Qeyd olunub ki, illər keçsə də Azərbaycan xalqı Sovet qoşunlarının törətdiyi bu cinayəti unutmayacaq, o qanlı gecədə şəhidlik zirvəsinə yüksələn Vətən övladlarını xatirəsi hər zaman qəlblərdə yaşayacaq. Dinc əhaliyə qarşı törədilmiş bu cinayətə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş video çarx nümayiş olunub.


Media 1

Türkiyə-Azərbaycan Universitetində qış imtahan sessiyası başa çatıb

Türkiyə-Azərbaycan Universitetində (TAU) 2025/2026-cı tədris ilinin payız semestri üzrə qış imtahan sessiyası başa çatıb.

TAU-nun birinci və ikinci kurs tələbələri üçün imtahanlar müvafiq ixtisaslar kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi üzrə tərəfdaş universitetlərin (Orta Doğu Texniki Universiteti - ODTÜ, İstanbul Texniki Universiteti - İTÜ və Hacettepe Universiteti) imtahan qaydaları və qiymətləndirmə meyarları əsasında təşkil edilib.

Hazırlıq qruplarında təhsil alan tələbələr qış imtahan sessiyası çərçivəsində baza ingilis dili, birinci və ikinci kurs tələbələri isə akademik ingilis dili imtahanlarını veriblər.

Birinci və ikinci kurs tələbələri ixtisas fənləri ilə yanaşı, təməl elmlər sayılan riyaziyyat, fizika, kimya fənləri üzrə nəzəriyyə və laboratoriya imtahanlarını yekunlaşdırıblar.

Qeyd edək ki, imtahan sessiyasının gedişinə nəzarətin həyata keçirilməsi, akademik dürüstlüyün və şəffaflığın təmin olunması məqsədilə TAU-da İmtahan Komissiyası fəaliyyət göstərir. Komissiya tərəfindən imtahan prosesinin təşkili, qaydalara riayət olunması, eləcə də mümkün müraciət və şikayətlərin operativ şəkildə araşdırılması təmin edilir.

TAU-da ümumilikdə cəmi 174 tələbə təhsil alır.


Media 1

TAU-nun təşəbbüsü ilə Milli Qida Texnologiyaları Platformasının görüşü olub: təhsil proqramları yenilənir

Türkiyə-Azərbaycan Universitetində (TAU) Milli Qida Texnologiyaları Platformasının beşinci toplantısı keçirilib. Türkiyə-Azərbaycan Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən iclas qida mühəndisliyi sahəsində təhsil proqramları və tədris planlarının (ali təhsilin bakalavriat səviyyəsi üzrə) yenilənməsi istiqamətində işlərə başlanmasına həsr olunub.

İclasda TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun, "Qida mühəndisliyi" ixtisasının tədris olunduğu Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, ADA-İtaliya Azərbaycan Universitetinin professor-müəllim heyəti iştirak edib.

Görüşdə hazırda universitetlərdə tətbiq olunan qida mühəndisliyi üzrə təhsil proqramları və tədris planları (ali təhsilin bakalavriat səviyyəsi üzrə) ətraflı analiz olunub. Türkiyənin qida mühəndisliyi sahəsində aparıcı ali təhsil müəssisəsi olan Hacettepe Universitetinin bu istiqamətdə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb. Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının strukturu, tətbiqyönümlü dərsləri və ixtisaslaşmağa verdiyi önəmi müsbət təcrübə kimi dəyərləndirilib.

Görüşdə Azərbaycan ali məktəblərində Qida mühəndisliyi ixtisası üzrə təhsil proqramları və tədris planlarının təkmilləşdirilməsi və gələcəkdə görüləcək tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Ölkədə qida mühəndisliyi üzrə ixtisaslaşmanın aparılmasının, həmçinin təcrübə yönümlü dərslərin tədris prosesində rolunun artırılmasının vacibliyi xüsusi vurğulanıb.


Media 1

Türkiyə-Azərbaycan Universitetində birinci kurs tələbələri üçün akademik ingilis dili imtahanları keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası çərçivəsində birinci kurs tələbələri üçün akademik ingilis dili imtahanları keçirilib.

İmtahanlar Orta Doğu Texniki Universiteti (ODTÜ) nəzdində fəaliyyət göstərən Xarici Dillər Məktəbinin Müasir Dillər Bölməsinin “Akademik İngilis dili 101” (“ENG101 - English for Academic purposes”) proqramına uyğun olaraq keçirilir.

130 dəqiqə davam edən imtahanda tələbələr üçün ingilis dilində özünüifadə səviyyəsi, söz bazası, tənqidi düşüncə bacarıqları və fikirlərini daha sistemli formada çatdırma vərdişləri yoxlanılır.

Qeyd edək ki, birinci kurs tələbələrinin akademik ingilis dili kursunun ikinci mərhələsi növbəyi semestrdə keçiriləcək.


Media 1

Türkiyə-Azərbaycan Universitetində qış imtahan sessiyası başlayıb

Türkiyə-Azərbaycan Universitetində (TAU) 2025/2026-cı tədris ilinin payız semestri üzrə qış imtahan sessiyası başlayıb. Sessiya yanvarın 16-da yekunlaşacaq.

TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil alan birinci və ikinci kurs tələbələri üçün imtahanlar tərəfdaş universitetlərin (ODTÜ, İTÜ və Hacettepe Universiteti) qaydaları və qiymətləndirmə meyarları əsasında təşkil edilib.

Hazırlıq qruplarında təhsil alan tələbələr isə qış imtahan sessiyası çərçivəsində yalnız ingilis dili fənnindən imtahan verirlər.

Qeyd edək ki, imtahan sessiyasının gedişinə nəzarətin həyata keçirilməsi, şəffaflığın təmin olunması məqsədilə TAU-da İmtahan Komissiyası fəaliyyət göstərir.


Media 1

Türkiyə-Azərbaycan Universitetinin tələbələri İstanbul Texniki Universitetində səfərdə olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Sənaye mühəndisliyi proqramının birinci kurs və hazırlıq qrupu tələbələri 20-27 dekabr tarixlərində İstanbul Texniki Universitetində (İTÜ) səfərdə olub.

Səfər zamanı TAU tələbələri İTÜ-nün Maçka kampusunda professor-müəllim heyəti ilə görüşüblər. Burada tələbələr sənaye mühəndisliyinin tədris proqramları ilə tanış olublar. İTÜ-nün Arı Texnoparkı ilə tanışlıq zamanı tələbələrə startaplar, onların əmək bazarında işləmə prinsipləri barədə məlumat verilib.  

Səfər çərçivəsində TAU rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və İTÜ rektoru Hasan Mandal tələbələrlə görüşüb, onların səfər barədə təəssüratlarını dinləyib.

Səfər proqramı çərçivəsində TAU-nun sənaye mühəndisliyi ixtisasının tələbələri müxtəlif laboratoriya və emalatxanalarla tanış olublar. İTÜ Solar Car Team-də günəşlə işləyən maşınların “Teknofest 2025”də ikinci yerə layiq görüldüyü qeyd olunub. Sözügedən maşın tələbələrdə böyük maraq oyadıb.

Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə TAU tələbələrinin İstanbulun tarixi yerləri, məscidləri və muzeylərinə ekskursiyası təşkil edilib.

Bir həftə davam edən səfər TAU tələbələrində zəngin təəssürat yaradıb. 

Media 1

Türkiyə-Azərbaycan Universitetinin tələbələri Hacettepe Universitetində səfərdə olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi proqramının birinci kurs və hazırlıq qrupu tələbələri 20-27 dekabr tarixlərində Hacettepe Universitetində səfərdə olub.

Səfərin ilk günü TAU tələbələri Hacettepe Universitetinin qida mühəndisliyi ixtisasında dərs deyən müəllimlərlə, qida mühəndisliyi icması ilə tanış olublar. Səfər çərçivəsində TAU tələbələri Hacettepe Universitetinin kampuslarında yaradılan şəraitlə tanış olub, həmçininn universitetin nəzdində fəaliyyət göstərən Biosfer (Biomüxtəliflilik) Muzeyinə da ekskursiya ediblər.

TAU rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran tələbələrlə görüşüb, onların təəssüratlarını dinləyib, suallarını cavablandırıblar.

Süd fabrikinə ekskursiya zamanı burada qida mühəndisliyi ilə bağlı vacib məlumatıar TAU tələbələrinin diqqətinə çatdırılıb.

TAU tələbələri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt Qəbir məqbərəsini, Ankara qalasını ziyarət edib, həmçinin Türkiyənin Prezident Sarayının Millət Kitabxanası ilə tanış olublar.

Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə Hacettepe Universitetinin kampusundakı əyləncəli oyunlar təşkil olunub.

Bir həftə davam edən səfər TAU tələbələrində zəngin təəssürat yaradıb. 

Media 1

Türkiyə-Azərbaycan Universitetinin tələbələri Orta Doğu Texniki Universitetində səfərdə olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Kompüter mühəndisliyi proqramının birinci kurs və hazırlıq qrupu tələbələri 20-27 dekabr tarixlərində Orta Doğu Texniki Universitetində (ODTÜ) səfərdə olub. Zəngin proqram əsasında həyata keçirilən səfər çərçivəsində tələbələr ODTÜ-nün müxtəlif mətkəzləri və laboratoriyaları ilə tanış olublar. Həmçinin TAU tələbələri ODTÜ tələbələri ilə birlikdə dərslərdə də iştirak ediblər. ODTÜ-nün Texnoparkı ilə tanışlıq zamanı tələbələrə burada görülən işlər, həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində TAU rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və ODTÜ rektoru Ahmet Yozgatlıgil tələbələrlə görüş keçirib, onların təəssüratlarını dinləyib, suallarını cavablandırıblar. 

TAU tələbələri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt Qəbir məqbərəsini də ziyarət edib, həmçinin Türkiyənin Prezident Sarayının Millət Kitabxanası ilə tanış olublar.

Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə ODTÜ-nün Mədəniyyət Mərkəzində təşkil olunan konsert proqramı xoş anlarla yadda qalıb. 

Bir həftə davam edən səfər TAU tələbələrində zəngin təəssürat yaradıb. 

Media 1

TAU-nun rektor əvəzi Vilayət Vəliyev İstanbul Texniki Universitetində səfərdə olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev İstanbula səfəri çərçivəsində İstanbul Texniki Universitetini (İTÜ) ziyarət edib.

Səfər çərçivəsində Vilayət Vəliyev İTÜ-də səfərdə olan TAU tələbələri ilə görüşüb, tələbələrin təəssüratlarını dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, dünyanın ilk “çətir universitet” modeli olan TAU-da İTÜ-nün Sənaye mühəndisliyi proqramı tədris olunur. Hər il TAU-nun sənaye mühəndisliyi ixtisasına yeni qəbul olunan tələbələrin İTÜ-nün kampusu ilə tanışlıq məqsədilə bu universitetə bir həftəlik səfəri təşkil olunur.

Media 1

TAU-nun rektor əvəzi Vilayət Vəliyev Orta Doğu Texniki Universitetində səfərdə olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Ankaraya səfəri çərçivəsində Orta Doğu Texniki Universitetini (ODTÜ) ziyarət edib. Səfər çərçivəsində Vilayət Vəliyev ODTÜ rektoru Ahmet Yozgatlıgillə görüşüb. Görüş zamanı TAU-da tədrisin gedişi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin ODTÜ-nün TAU-da həyata keçirdiyi Kompüter mühəndisliyi proqramı ilə bağlı gələcəkdə görüləcək işlər müzakirə olunub.

Daha sonra TAU rektoru v.i.e. Vilayət Vəliyev ODTÜ-də səfərdə olan TAU tələbələri ilə görüşüb. Dialoq formatında keçən görüşdə tələbələrin səfərlə bağlı təəssüratları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dünyanın ilk “çətir universitet” modeli olan TAU-da ODTÜ-nün Kompüter mühəndisliyi proqramı tədris olunur. Hər il yeni qəbul olunan tələbələrin ODTÜ kampusu ilə tanışlıq məqsədilə bu universitetə bir həftəlik səfəri təşkil olunur. 

Media 1

TAU-nun rektor əvəzi Vilayət Vəliyev Hacettepe Universitetində səfərdə olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Ankaraya səfəri çərçivəsində Hacettepe Universitetini ziyarət edib. Səfər çərçivəsində Vilayət Vəliyev Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranla görüşüb. Görüş zamanı TAU-da Hacettepe Universiteti ilə birgə Qida mühəndisliyi proqramı üzrə gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.

Səfər çərçivəsində Vilayət Vəliyev Hacettepe Universitetinin qida mühəndisliyi laboratoriyaları ilə tanış olub. 

Daha sonra TAU rektoru v.i.e. Vilayət Vəliyev Hacettepe Universitetində səfərdə olan TAU tələbələri ilə görüşüb. Dialoq formatında keçən görüşdə tələbələrin səfərlə bağlı təəssüratları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dünyanın ilk “çətir universitet” modeli olan TAU-da Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı tədris olunur. Hər il TAU-ya yeni qəbul olunan tələbələrin Hacettepe Universitetinin kampusu ilə tanışlıq məqsədilə bu universitetə bir həftəlik səfəri təşkil olunur.

Media 1

Türkiyə-Azərbaycan Universitetində Gənc Tədqiqatçılar Forumu çərçivəsində keçirilən yarışın qalibləri müəyyənləşib

Türkiyə-Azərbaycan Universitetində (TAU) Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə Gənc Tədqiqatçılar Forumu çərçivəsində bilik yarış keçirilib.

Forumun məqsədi tələbələrin ingilis dilində elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək, onların araşdırma nəticələrini təqdim etmək və elmi fəaliyyətə marağını artırmaqdır.

Yarışda TAU-nun kompüter mühəndisliyi və qida mühəndisliyi ixtisaslarının tələbələri fəal iştirak edib.

10-30 noyabr tarixlərində elmi-tədqiqat işlərinin qəbulu, 1-10 dekabr tarixlərində isə təqdim olunan işlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi mərhələsi həyata keçirilib. 

Qiymətləndirmə mövzunun aktuallığı və elmi əhəmiyyəti, tədqiqatın məqsəd və nəticələrinin aydınlığı, məzmunu və nitq mədəniyyəti, metodologiyanın düzgün seçilməsi, yaradıcılıq kimi meyarlara əsasən aparılıb.

Final mərhələsinə vəsiqə qazanan 6 komanda müxtəlif mövzular üzrə layihələrini təqdim ediblər. Təqdimatlardan sonra münsiflər heyətinin yekun qiymətləndiməsinə əsasən, yarışın qalibləri müəyyən edilib.

TAU-nun kompüter mühəndisliyi ixtisasının tələbələri Abdullah Novruzlu (“DNA Düyün Simulyator və Xarakteristika Təxmini” layihəsi ilə), Fərid Dilavərli və Mikayıl Həsənli (“Beyin Kompüter İnterfeysləri” layihəsi ilə) 3-cü, qida mühəndisliyi ixtisasının tələbələri Xədicə Məmmədova, Məryəm Cəbrayılova və Həyat Cəfərli (“Soyudulmuş Ətin Qorunması üçün Ekoloji Cəhətdən Təmiz Nişasta və Pektin Örtükləri” layihəsi ilə) və kompüter mühəndisliyi ixtisasının tələbəsi Tuncay Qafarlı (“Riyazi Alqoritmlər + OpenCV vasitəsilə Vizual Artifikasiyaların Tətbiqi” layihəsi ilə) 2-ci, qida mühəndisliyi ixtisasının tələbələri Rəsul İsmayılov, Elnur Səmədov, Sənan Eyyubov (“Funksional Ayran” layihəsi ilə) və kompüter mühəndisliyi ixtisasının tələbəsi Fərhad Səfərli (“RISC-V/FS: Pipelined CPU və Ona Uyğun Xüsusi Kompilyator Alət Zəncirinin Tam Sitem Səviyyəsində Birgə Dizaynı” layihəsi ilə) isə 1-ci yerə layiq görülüb.

Qaliblərə sertifikat və pul mükafatı təqdim olunub.


Media 1

Türkiyənin YÖKAK sədri və Sakarya Universitetinin rektoru TAU-nu ziyarət edib

Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurasının (YÖKAK) sədri professor Ümit Kocabıçak, Sakarya Universitetinin rektoru professor Hamza Al və Girnə Universitetinin prorektoru professor Əsər Gəmikonaklı Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.

Qonaqlar TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyevlə görüşüblər.

Görüş zamanı qonaqlara TAU-nun fəaliyyəti, tədris prosesi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.

Media 1

Türkiyə-Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə universitetin foyesində Ulu Öndərin büstü önünə güllər düzülüb, xatirəsinə ehtiram ifadə olunub. Daha sonra Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və dövlət quruculuğu istiqamətində mühüm fəaliyyəti barədə danışıb.

Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində bütün sahələrdə inkişafa nail olunub. Müasir dövlət idarəçiliyinin banisi də məhz Ulu Öndər Heydər Əliyevdir.

Tədbirdə çıxış edən Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu Ümummilli Liderin 90-cı illərin əvvəlində məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilası üçün bir ümid işığı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət və xalq birliyi formalaşdı, dövlətçilik şüuru gücləndi, xalqın dövlətə olan inamı artdı.

TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun, Maliyyə və inzibati işlər şöbəsinin müdiri Elşad Mirzəyev, tarix müəllimi Zərifə Nəzirli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında xüsusi xidmətlərini qeyd ediblər. Bildirilib ki, “Azərbaycan və Türkiyəbir millət, iki dövlətdir” müdrik kəlamı bu gün iki ölkə arasında qardaşlıq və strateji əməkdaşlığın əsasını təşkil edir.

Tədbirdə TAU-nun qida mühəndisliyi ixtisasının I kurs tələbəsi Xədicə Məmmədova Ulu Öndərə həsr olunan şeir səsləndirib.

Daha sonra TAU-nun kompüter mühəndisliyi ixtisasının tələbəsi Dilarə Hüseynzadə “Heydər Əliyev və təhsil” mövzusunda təqdimatla çıxış edib.     


Media 1

Türkiyənin YÖKAK sədri və Sakarya Universitetinin rektoru TAU-nu ziyarət edib

Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurasının (YÖKAK) sədri professor Ümit Kocabıçak, Sakarya Universitetinin rektoru professor Hamza Al və Girnə Universitetinin prorektoru professor Əsər Gəmikonaklı Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.

Qonaqlar TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyevlə görüşüblər.

Görüş zamanı qonaqlara TAU-nun fəaliyyəti, tədris prosesi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.

Media 1

TAU tələbələri AzTU-da keçirilən “Zəfər turniri”ndə mükafatlandırılıb

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və universitetin 75 illik yubileyi münasibətilə təşkil olunmuş “Zəfər turniri”nin bağlanış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qalibləri təbrik edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, “Zəfər turniri” həm Zəfər Gününün tarixi əhəmiyyətinin qeyd olunması, həm də AzTU-nun 75 illik yubileyinə töhfə verən mühüm tədbirlərindən biridir. O, AzTU tələbələrinin idman sahəsində beynəlxalq və yerli yarışlarda uğurlarını xüsusi qeyd edib. Bildirib ki, AzTU-da sağlam həyat tərzinin təbliği hər zaman diqqət mərkəzində saxlanılır.

Daha sonra mükafatlandırma mərasimi olub.

Qeyd edək ki, turnirdə 200-dən çox birinci kurs tələbəsi 6 idman növü üzrə mübarizə aparıb. Yarışlar futbol, voleybol, stolüstü tennis, dama, şahmat və basketbol üzrə təşkil olunub. Turnirdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri də iştirak edib. Onlar şahmat, dama və stolüstü tennis yarışlarında müvafiq olaraq 1-ci və 3-cü yerlərə layiq görülüblər. 

Media 1

Türkiyə-Azərbaycan Universitetinin 4 tələbəsi universitetdə işə qəbul olunub

Tükiyə-Azərbaycan Universiteti (TAU) tələbələrin keyfiyyətli tədris alması ilə yanaşı, onların karyera inkişafını da hər zaman diqqət mərkəzində saxlayır.

Belə ki, həm qəbul, həm də semestr imtahanlarında yüksək nəticə göstərən tələbələr Aytac Hüseynli, Tuncay Qafarlı, Həsənbəy Həmidov və Fərhad Səfərli TAU-da işə qəbul olunub.

Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Kompüter laboratoriyasında müəllim assistenti kimi fəaliyyət göstərəcəklər. 

Onlar dərs zamanı öyrəndikləri bilikləri təcrübədə tətbiq edəcəklər. 

Media 1

Türkiyə-Azərbaycan Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) Zəfər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə universitetin foyesində xalqlarımızın böyük liderləri, öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub. 

Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və bildirib ki, bu iki qardaş ölkə sevincli və kədərli günlərdə bir-birinin yanındadır, bir-birinə dəstəkdir. O, Türk dünyasının liderləri Heydər Əliyevi və Mustafa Kamal Atatürkü yad edərək qeyd edib ki, onların qoyduğu iz hamımıza nümunə olmalıdır və ölkəmizi onlar kimi sevərək, qoruyaraq fayda verməliyik. Ümran Uyqun vurğulayıb ki, bu gün Azərbaycan gənclərinin, xüsusilə TAU tələbələrinin ən vacib vəzifəsi peşəkar mütəxəssis kimi yetişərək ölkələrimizin inkişafına töhfə vermək olmalıdır.

TAU-nun Maliyyə və inzibati işlər şöbəsinin müdiri Elşad Mirzəyev 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə universitetin akademik heyəti, tələbələri və əməkdaşlarını təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iradəsi, hərbçilərimizin şücaəti ilə qazanılan şanlı Zəfəri deyil, xalqımızın birliyinin, qətiyyətinin və yenilməz duruşunun beş illik qalibiyyətini qeyd edirik.

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı TAU komandasını Zəfər Günü münasibətilə təbrik edib. O bildirib ki, dünyanın ilk “çətir universitet” modeli olan Türkiyə-Azərbaycan Universiteti məhz tarixi, şanlı qələbədən sonra iki qardaş ölkənin dostluğu, strateji müttəfiqliyinin rəmzi olaraq fəaliyyətə başlayıb və burada oxuyan tələbələrin inkişafı üçün geniş imkanlar yaradılıb.

TAU-nun Tədris işləri şöbəsinin müdiri Günel Teymurova qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan ordusunun fədakarlığı və xalqımızın birliyi ilə 5 il öncə torpaqlarımız işğaldan azad edilib. O bildirib ki, Zəfər dövrünün gəncləri olaraq TAU tələbələri Vətənə nümunəvi vətəndaş olmaq üçün daima özlərini inkişaf etdirməlidirlər.

TAU-nun müəllimi Zərifə Nəzirli “Zəfərə aparan yol: 44 günlük müharibə və Türk birliyi” mövzusunda təqdimatla çıxış edib.

Tədbir zamanı TAU-nun Qida mühəndisliyi ixtisasının I kurs tələbəsi Xədicə Məmmədova “Salam, Qarabağ” adlı şeir səsləndirib. Sonda TAU-nun Sənaye mühəndisliyi ixtisasının I kurs tələbəsi Elvina Abbasovanın Zəfər Günü ilə bağlı hazırladığı videoçarx nümayiş edilib.

Media 1

Türkiyə-Azərbaycan Universitetinin tələbələri “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in qalibi olublar

Türkiyə Azərbaycan Universitetinin (TAU) Kompüter mühəndisliyi proqramının tələbələri Nuray Məmmədli və Zeynəb Siyabova “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın qaliblərindən olublar.

Təqaüd proqramının 2025-ci il üzrə təqdimat mərasimində qalib tələbələr təltif olunub. Bu tədris ilində proqramdan ümumilikdə 93 tələbə qız yararlanacaq və onlara aylıq təqaüdlər təqdim olunacaq.

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2021-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilir və indiyədək 250-dən çox qız tələbənin təhsil və peşəkar inkişafına dəstək göstərilib. Təqaüd proqramı qızların təhsil imkanlarının genişləndirilməsinə, onların elmi, sosial və ictimai həyatda daha fəal iştirakına töhfə vermək məqsədi daşıyır.  

Media 1

Türkiyə-Azərbaycan Universitetində “Əmək münasibətləri, daxili qayda və prosedurlar” mövzusunda infosessiya keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) əmək münasibətlərinin tənzimlənməsi, daxili qayda və prosedurların tətbiqi ilə bağlı əməkdaşlar üçün infosessiya keçirilib.

Məqsəd əməkdaşların, o cümlədən əcnəbi vətəndaşların universitetin daxili qaydalarına, həmçinin əmək münasibətlərindən irəli gələn məsələlərə adaptasiyasının asanlaşdırılması, hüquqi məlumatlılığın artırılması və qarşılıqlı məsuliyyət mədəniyyətinin möhkəmləndirilməsi olub.

İnfosessiya sual-cavab formatında davam edib. İştirakçılara Azərbaycan Respublikasının Əmək Məcəlləsi və TAU-nun Daxili Nizam-İntizam Qaydaları əsasında aktual məsələlər izah edilib. 

Görüş zamanı əməkdaşlara hüquq və öhdəliklər, məzuniyyət, icazə, iş vaxtı rejimi, əmək müqavilələri və intizam məsuliyyəti ilə bağlı prosedurlar barədə ətraflı məlumat verilib. Bundan əlavə, əcnəbi əməkdaşlara Elektron Hökümət Portalından (https://my.gov.az/) istifadə qaydaları barədə məlumatlarıcı videoçarx nümayiş olunub.

Media 1

TAU-nun tələbələri AzTU-da Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı ilə görüşdə iştirak ediblər

Azərbaycan Texniki Universitetində (AzTU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkiyənin ilk kosmonavtı, hərbi pilot Alper Gezeravcı ilə görüş keçirilib. Tədbirdə AzTU tələbələri ilə yanaşı, Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri də iştirak edib.

Rektor Vilayət Vəliyev Türkiyənin ilk kosmonavtı Alper Gezeravcının AzTU-ya səfər etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Alper Gezeravcının tələbələrlə görüşü onlar üçün böyük motivasiyadır.

Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan tələbələrin elm, tədqiqat, texnologiya sahəsində uğur qazanan dünyaşöhrətli insanlarla görüşlərinin təşkil edilməsinin qürurlu olduğunu deyib.

Daha sonra Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı geniş təqdimatla çıxış edib. Bildirib ki, son 19 ay ərzində 224 şəhərdə 503 proqram həyata keçirilib. Məqsəd gələcəyin təminatı olan gənclərlə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran sualları cavablandırmaqdır. Alper Gezeravcı tələbələrə kosmonavtikanın görünən və görünməyən tərəflərindən bəhs edib. O həmçinin çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsirindən danışıb. Tədbirdə kosmonavt Alper Gezeravcının keçdiyi həyat yolu, eləcə də karyerasında qazandığı təcrübələrdən bəhs edən videolar da nümayiş etdirilib. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz birlik və qardaşlıq münasibətlərindən danışan kosmonavt, türkiyəli və azərbaycanlı gənclərin yüksək intellekt və praktik düşüncə qabiliyyətinə malik olduğunu deyib.

Görüş zamanı tələbələrin sualları cavablandırılıb. 

Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcının 2024-cü il yanvarın 19-da kosmosa səyahəti başlayıb. O, Beynəlxalq Kosmik Stansiyada 22 gün qalıb və 13 fərqli elmi təcrübədə iştirak edib. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edib.


Media 1

Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 5-ci iclası keçirilib. 

İclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər. 

İclas çərçivəsində Türkiyə - Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib. İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. 

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev, Ali Təhsil Şurasının sədri Erol Özvar cari ildə Türkiyə-Azərbaycan Universitetinə qəbul olunmuş tələbələrlə də görüşüb.


Media 1

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində Türkiyə-Azərbaycan Universitetində görüş keçirilib

Elm və Təhsil Nazirliyinin “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının, həmçinin Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin rəhbər heyətinin, professor-müəllim və inzibati heyətinin iştirakı ilə görüş keçirilib.

Görüşün əsas məqsədi iki illik fəaliyyəti dövründə Türkiyə-Azərbaycan Universitetinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıya çıxan çətinliklərin həlli və ali təhsildə prioritet sahələrin müzakirəsi olub.

Görüş zamanı ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ikili diplom proqramlarının təşkili, eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.

Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir görüşün təşkilinə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib, bu müzakirələrin ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Media 1

TAU və AzTU kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Türkiyə-Azərbaycan Universitetinin (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Zəfər parkını ziyarət edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.

Media 1

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Günü qeyd olunub.

Əvvəlcə universitetin foyesində xalqlarımızın böyük liderləri, öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub. 

Daha sonra torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tələbələri və müəllimləri salamlayan TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev yeni tədris ilinin başlaması və Bilik Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ötən ildən fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti təkcə təhsil müəssisəsi deyil, həm də iki ölkənin qardaşlığının növbəti rəmzidir. TAU “çətir universitet” funksiyasını yerinə yetirir. Bu model dünyada ilkdir. Belə ki, TAU-ya Azərbancandan Azərbaycan Texniki Universiteti, Türkiyədən isə Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti tərəfdaş kimi cəlb olunub.

Burada kompüter, sənaye və qida mühənisliyi ixtisasları üzrə tədris aparılır. Tədris ingilis dilində həyata keçirilir. Ötən il olduğu kimi, bu il də qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr TAU-nu seçib. Bu il ən yüksək bal toplayan tələbə Rəhim Qasımzadə olub. O, 674,3 balla TAU-ya qəbul olunub.

Vilayət Vəliyev tələbələrə onlara yaradılan imkanlardan yararlanmağı, dərslərini yaxşı oxumağı, müəllimlərin tövsiyələrini dinləməyi arzulayıb.

TAU-nun tədris işləri üzrə prorektoru Mehmet Şimşir də Bilik Günü münasibətilə təbriklərini çatdırıb. Mehmet Şimşir TAU-da tədrisin gedişi ilə bağlı tələbələrə ətraflı məlumat verib.

Sonra universitetə yüksək balla qəbul olunan tələbələrin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.


Media 1

Türkiyə-Azərbaycan Universiteti “Synergia Academy” ilə əməkdaşlıq edəcək

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Synergia Academy” şirkətində olub. Görüşdə Hacettepe Universitetinin professoru Vural Gökmen də iştirak edib.

Görüşün əsas məqsədi TAU-da universitet-sənaye işbirliyi çərçivəsində sənaye müəssisələrinin peşə tələblərinə uyğun birgə təlim imkanlarının müzakirəsi, xüsusilə qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin əmək bazarının tələblərinə cavab verən kadr kimi yetişdirilməsi olub.

TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev universitetdə görülən işlərlə bağlı məlumat verib.

“Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva TAU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Daha sonra sənaye müəssisələrinin peşə tələblərinə uyğun birgə təlim imkanları barədə geniş təqdimat olub, mümkün təlim istiqamətləri və idarəetmə mexanizmləri üzrə ətraflı məlumat verilib. Hacettepe Universitetinin professoru Vural Gökmen Türkiyə universitetlərinin bu istiqamətdə təcrübəsini bölüşüb. 

Görüş zamanı TAU və “Synergia Academy”nin xarici ölkələrin qabaqcıl mühəndislik universitetləri ilə birgə tədris və tədqiqat layihələrini həyata keçirməsi imkanları müzakirə olunub. 

Media 1

TAU-da "Açıq qapı" günü keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər, onların valideynləri iştirak edib. TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Sənaye mühəndisliyi bölümünün rəhbəri Ömər Faruk Beyca, Qida mühəndisliyi bölümünün rəhbəri Umran Uygun universitetlə bağlı müraciətçiləri maraqlandıran sualları cavablandırıb.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.

Media 1

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin sərgisi başa çatıb.

Sərgidə Türkiyə-Azərbaycan Universitetinin (TAU) də nümayəndələri iştirak ediblər.

3 gün müddətində TAU stendini 100-ə yaxın abituriyent və onların valideynləri ziyarət edib.

Xatırladaq ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək idi.

Media 1

Rektor Vilayət Vəliyev ali təhsil müəssisələrinin sərgisini ziyarət edib

Rektor AzTU və Türkiyə-Azərbaycan Universitetinin (TAU) stendinə baxış keçirib, ziyarətçilərlə görüşüb. Daha sonra rektor digər universitetlərin də stendini ziyarət edib


Media 1

Türkiyə-Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

Bu gün Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçıları salamlayaraq ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında məlumat verib. Daha sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) də sərgidə öz stendi ilə təmsil olunur.

Hər gün saat 13:00-da TAU haqqında geniş təqdimat nümayiş olunur.

30 iyul – 1 avqust 2025-ci il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunan sərgidə ziyarətçilər TAU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa bilərlər.

Media 1

TAU-da "Açıq qapı" günü keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər, onların valideynləri və universitetin fəaliyyəti ilə maraqlanan şəxslər iştirak edib. TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Kompüter mühəndisliyi bölümünün rəhbəri Okan Topçu və Sənaye mühəndisliyi bölümünün rəhbəri Ömər Faruk Beyca universitetlə bağlı müraciətçiləri maraqlandıran sualları cavablandırıb.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.

Media 1

YÖK rəhbəri: Türkiyə-Azərbaycan Universiteti modeli dünyada uğurla tətbiq edilir

Müasir ali təhsil müəssisələri modeli dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur, onlardan birincisi də Türkiyə-Azərbaycan Universiteti oldu. Növbəti belə universitetin İordaniyada açılması planlaşdırılır.

Bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar məlumat verib.

Onun sözlərinə görə, Türkiyə-İordaniya Universitetinin yaradılması ilə bağlı İordaniya Krallığının Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ilə danışıqlar aparılıb və müzakirələrdən sonra müvafiq niyyət memorandumu imzalanıb.

YÖK rəhbəri Türkiyə-Azərbaycan Universiteti modelini “Türkiyə universitetlərinin dünyada nüfuzunun artırılması üçün mühüm fürsət” adlandırıb. E.Özvar onu da bildirib ki, Türkiyədə universitetlərə qəbul üçün vahid imtahan (TR YÖS) tezliklə dünyanın 100-ə yaxın ölkəsini əhatə edəcək.

(AZƏRTAC)

Media 1

TAU-da "Açıq qapı" günü keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər, onların valideynləri və universitetin fəaliyyəti ilə maraqlanan şəxslər iştirak edib. TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və Kompüter mühəndisliyi bölümünün rəhbəri Okan Topçu universitetlə bağlı müraciətçiləri maraqlandıran sualları cavablandırıb.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.

Media 1

TAU-da "Açıq qapı" günü keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər və onların valideynləri iştirak edib. TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlər və valideynlərlə görüşərək universitetlə bağlı onları maraqlandıran sualları cavablandırıb.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.

Media 1

TAU-da "Açıq qapı" günü keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər və onların valideynləri iştirak edib. TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlər və valideynlərlə görüşərək universitetlə bağlı onları maraqlandıran sualları cavablandırıb.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.

Media 1

Türkiyənin Azərbaycandakı səfiri TAU-nu ziyarət edib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib. Səfir TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə TAU-nun fəaliyyəti və tədris prosesi barədə səfirə ətraflı məlumat verilib.

Media 1

TAU ilə Türkiyənin Bingöl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə Türkiyənin Bingöl Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi TAU-nun prorektoru Mehmet Şimşir və Bingöl Universitetinin rektoru Erdal Çelik imzalayıb. Müqavilədə müvafiq istiqamətlər üzrə müəllim-tələbə mübadiləsi, birgə tədqiqatların aparılması, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Media 1

AzTU nümayəndələri Türkiyə-Azərbaycan Universitetində olub

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin nümayəndələri – dekan müavini Aytən Mövsümova, Kompüter texnologiyaları kafedrasının müdiri Zəfər Cəfərov və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri Atif Namazov Türkiyə-Azərbaycan Universitetində (TAU) olub. Nümyəndə heyətində Böyük Britaniyanın Belfast Kraliça Universitetinin professoru, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvü, AzTU-da qonaq professor kimi fəaliyyət göstərən Vahid Garousi də təmsil olunub. Qonaqlar TAU-nun prorektoru Mehmet Şimşir və proqram rəhbərləri ilə görüşüb. Görüşdə kompüter mühəndisliyi ixtisası üzrə birgə tədqiqatların aparılması və universitet-sənaye işbirliyinin inkişafı istiqamətində müzakirələr aparılıb.

Media 1

Sivas Cümhuriyyət Universitetinin rektoru TAU-da olub

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru professor Ahmed Şengönülün başçılıq etdiyi nümayəndə heyəti Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.

Qonaqlar TAU-nun prorektoru Mehmet Şimşirlə görüşüb.

Görüş zamanı TAU ilə Sivas Cümhuriyyət Universiteti arasında əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Media 1

Türkiyə-Azərbaycan Universitetinin təşkilatçısı olduğu beynəlxalq tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyə-Azərbaycan Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkilatçılığı ilə AzTU-da “Strategic Talks on Innovation & Commercialization for Knowledge Sharing” – (STICKS International 2025) mövzusunda beynəlxalq tədbir keçirilib.

Tədbirin əsas məqsədi universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, elmi-tədqiqatların kommersiyalaşdırılması, startapların dəstəklənməsi və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi olub.

Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev və NUST-un tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektoru Rizvan Riaz çıxış edərək tədbirin əhəmiyyəti və məqsədləri barədə iştirakçılara məlumat veriblər.

Forum çərçivəsində iki əsas panel müzakirəsi keçirilib.

Birinci panel “Sərhədləri Aşan Universitet-Sənaye Əməkdaşlığı – Pakistan, Türkiyə və Azərbaycanın Baxışı” mövzusuna həsr olunub. Panel müzakirəsində universitetlər və sənaye nümayəndələri arasında əməkdaşlıq imkanları, birgə tədqiqat layihələrinin təşkili və innovasiya ekosistemlərinin inkişafı məsələləri diqqət mərkəzində olub.

İkinci panel isə “Tədqiqatların Qlobal Təsirə Çevrilməsi – Sərhədlərarası Kommersiyalaşdırma Strategiyaları” mövzusunda təşkil olunub. Bu sessiyada iştirakçılar elmi nəticələrin kommersiya potensialı, texnologiyaların transferi, investisiya mühiti və regionlararası əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“STICKS International 2025” tədbiri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə daha genişmiqyaslı elmi əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağına dair inam ifadə olunub.

Sonda AzTU-nun rektoru Vilayət Vəliyev, TAU-nun prorektoru Mehmet Şimşir və NUST-un prorektoru Rizvan Riaz rəmzi olaraq birlikdə səhnədə “start” düyməsin sıxıblar. Bu zaman ekranda “Pakistan – Azərbaycan – Türkiyə innovasiya dəhlizi” təşəbüsünün anonsu nümayiş olunub.

Qeyd edək ki, tədbir hər il Pakistanda təşkil olunur. Bu il ilk dəfə tədbir Pakistan xaricində - Azərbaycanda keçirilib.  

Media 1

Türkiyə-Azərbaycan Universitetinin tərəfdaşı olduğu beynəlxalq forum keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubiley tədbirləri çərçivəsində universitetin təşəbbüsü və təşkilatçılığı, Türkiyə-Azərbaycan Universitetinin (TAU), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və “Caspian Energy Club”un tərəfdaşlığı ilə “Universitet-sənaye əməkdaşlığı, istiqamətlər, nümunələr və süni intellekt” mövzusunda beynəlxalq forum keçirilib.

Məqsəd universitet və sənaye arasında əməkdaşlıq modellərinin müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması və yeni texnologiyaların, xüsusilə süni intellektin istehsalat mühitinə inteqrasiyası prosesində ali təhsil müəssisələrinin artan rolunun dəyərləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan və qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitet-sənaye əlaqələrinin dayanıqlı modeli və təcrübəyə əsaslanan birgə fəaliyyətin qurulmasının əhəmiyyətindən bəhs edib. Rektor AzTU-nun KOBİA ilə birgə ərsəyə gətirdiyi və uğurla fəaliyyət göstərən KOB Model Müəssisəsinin universitet-sənaye əməkdaşlığı üçün böyük töhfəsindən, bu cür təşəbbüslərin davamlı olmasının vacibliyindən danışıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mikro və kiçik sahibkarlıq fəaliyyətlərində ali təhsil müəssisələrinin iştirakı, gənc sahibkarların formalaşmasındakı rolundan bəhs edib. Bildirib ki, universitet-sənaye əməkdaşlığının effektivliyi üçün çağdaş çağırışları düzgün anlamaq və qəbul etmək, elmi-tədqiqat istiqamətlərini bazarın tələblərinə görə qurmaq, təcrübə proqramları, peşəkar kadr hazırlığı və maliyyə resurslarına çıxış vacibdir.

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı bildirib ki, çağdaş zamanda universitet-sənaye əməkdaşlığını qurmaq asan deyil. Yalnız elmi-tədqiqatlara önəm verib vəsaitlər ayıran araşdırma universitetləri bu cür yanaşmanı gerçəkləşdirə bilərlər. O, dünyanın ən nüfuzlu universitetlərinin iş prinsipini universitet-sənaye-süni intellekt üzrə qurduğunu və daha sonra sənayeyə yön verən və yeniliklər gətirən, çağdaş bazarın tələbləri ilə uyğunlaşan lider magistr və doktorlar yetişdirdiyini bildirib.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev istehsalatda süni intellektin tətbiqi və bu sahədə ali təhsilin cavabdehliyindən bəhs edərək bildirib ki, çağdaş universitetlər təhsildən istehsala qədər süni intellektin təklif etdiyi imkanlardan yararlanmalı və eyni zamanda təhlükəsizlik məsələləri də paralel olaraq prioritet olmalıdır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə universitet-sənaye-dövlət üçbucağında əməkdaşlığın təşkilati və institusional mexanizmləri haqqında bölüşərək qeyd edib ki, həm universitet nümayəndələri, həm dövlət qurumlarının əməkdaşları, həm də sənaye təmsilçiləri birgə çalışaraq effektiv iş ortaya qoymalıdır.

Daha sonra Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru professor Mehmet Şimşir, TUBİTAK-ın sədr müavini professor Mesut Güner və İzmir Yüksək Texnologiya İnstitunun professoru Mustafa Güdən, “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru Cəmil Səfərov, Azərbaycan Milli Aviasiya Akademiyasının birinci prorektoru professor Ədalət Səmədov, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Məmmədsaleh Əliyev, “Aselsan-Bakü” şirkətinin direktoru Özgür Kürüm, AzTU Texnoloji Transfer Ofisinin direktoru Yadullah Babayev universitetlərin texnologiya transferi və innovasiya mərkəzləri vasitəsilə sənayeyə elmi biliklər ötürməsi yolları, startap ekosistemində universitet-sənaye əlaqələrinin möhkəmləndirilməsi və yeni təşəbbüslərə dəstək mühiti, beynəlxalq texnologiya transferi ofislərinin təcrübələri, onların sənayeyə inteqrasiyada rolu, eləcə də müdafiə və aviasiya sənayesində ixtisaslı kadr hazırlığı və elmi-texniki təcrübənin birgə inkişafı kimi istiqamətlər haqqında ətraflı təqdimatlar ediblər.

Tədbirdə 100-dən artıq sənaye nümayəndəsi və müxtəlif ölkələrdən akademik və texnoloji qurumların təmsilçiləri iştirak edib.

Media 1

İstanbul Beykent Universitetinin rektoru TAU-da olub

Türkiyənin İstanbul Beykent Universitetinin rektoru Prof. Dr. Volkan Öngel və Himayəçilər şurasının sədri Erkan Çelik Türkiyə-Azərbaycan Universitetinin (TAU) qonağı olub. Qonaqlar TAU-nun prorektoru Prof. Dr. Mehmet Şimşirlə görüşüblər. Görüş zamanı uyğun istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Media 1

TAU və AzTU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur.

Bununla əlaqədar Türkiyə-Azərbaycan Universitetinin (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Tədbir TAU-nun saytında yoxdur:

https://aztu.edu.az/az/news/aztu-da-ulu-onderin-anadan-olmasinin-102-illiyine-hesr-olunan-tedbir-kecirilib-9023?fbclid=IwY2xjawQ_6_ZleHRuA2FlbQIxMABicmlkETFQeEFiNlZBdm9DQXRXaHFGc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHrIV5jP7zWynnheb-AZZy28K1l9TTAxAOKetmNeB_vwDxlwJiGUndn6wDTQb_aem_pSnq3Qmnbgbq8o7mKb89mw

Media 1

TAU-nun professorunun növbəti ustad dərsi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları və BDU SABAH qruplarının təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Universitetinin (Hacettepe Universiteti) professoru Remziye Yılmaz “Genetik modifikasiya edilmiş mikroorqanizmlər və onların tətbiqləri” mövzusunda növbəti ustad dərsi keçmişdir.

Media 1

TAU-da qida mühəndisliyinə həsr olunan görüş

Türkiyə-Azərbaycan Universitetində (TAU) Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı və Azərbaycanın qida mühəndisliyi ixtisasının tədris olunduğu universitetlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev qonaqları salamlayaraq universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı TAU-nun qida mühəndisliyi ixtisasında tədris olunur. Vilayət Vəliyev qida mühəndisliyinin müasir dövr üçün önəmindən danışıb. Bildirib ki, əmək bazarının tələblərinə uyğun müasir qida mühəndisləri hazırlamaq universitetlərin əsas vəzifələrindəndir.

Daha sonra çıxış edən TAU-nun prorektoru professor Mehmet Şimşir universitetin missiyası və vizyonu ilə bağlı qonaqlara məlumat verib.

TAU-nun Qida mühəndisliyi bölümünün rəhbəri professor Ümran Uygun milli qida platformasının yaradılması və qida mühəndisliyi təhsil proqramı haqqında danışıb.

Görüşə onlayn formatda qoşulan Hacettepe Universitetinin professoru Vural Gökmen “Milli qida texnologiyaları platformasının qurulması və kənd təsərrüfatı-qida sektoru üçün strateji tədqiqat və innovasiya gündəliyi: vizyon 2030” sənədinin hazırlanması mövzusunda çıxış edib.

Çıxışlardan sonra görüş sual-cavab formatında davam edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Dövlət Universiteti (BDU), ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri iştirak edib

Media 1

Türkiyə-Azərbaycan Universitetinin professoru BDU-da ustad dərsi keçib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi bölümündə dərs deyən Hacettepe Üniversitesindən dəvət olunan Prof.Dr. Remziye Yılmaz "Bakterial metagenom sıralama: Qida mikrobiologiyasında 2 hal" mövzusunda ustad dərsi keçib.

Ustad dərsində Bakı Dövlət Universitetinin SABAH qruplarının Biologiya müəllimliyi, Biotexnologiya ixtisasları üzrə təhsil alan tələbələri və Molekulyar biologiya ixtisaslaşmasının magistrantları ilə yanaşı BDU-nun pedaqoji heyəti də iştirak edib.

Tədbirdə çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və TAU-nun Qida mühəndisliyi bölümünün rəhbəri Prof.Dr. Ümran Uygun TAU ilə SABAH qrupları layihəsi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Prof.Dr. Remziye Yılmaz bakterial metagenomun sekvensingi, onun müəyyənləşdirilməsi məqsədilə qida mikrobiologiyasında istifadə olunan iki yanaşma haqqında danışıb, aparılan işlərin iqtisadi əhəmiyyətini vurğulayıb, gələcəkdə bu sahədə aparılan tədqiqatların mahiyyəti haqqında auditoriyaya geniş məlumat verib.

Sonda Prof.Dr. Remziye Yılmaz auditoriyanın çoxsaylı suallarını cavablandırıb, həmçinin akademik heyətlə əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, növbəti seminar mayın 5-də keçiriləcək.

Media 1

TAU-nun təşkilatçısı olduğu hakaton keçirilib

Bakı Avrasiya Universiteti (BAAU), Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) birgə təşkilatçılığı ilə “EduHack 2025: Innovating the Future of Learning” hakatonu start götürüb.

Bakı Konqres Mərkəzində başlayan hakatonda Gənclər Fondu, ATGTİ və Məlhəm Hospitalın rəhbərliyi, BAAU, NOHU və TAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqini BAAU-nun rektoru dosent Səyavuş Qasımov edib. O, tədbirin təşkilində tərəfdaşlıq edənlərə təşəkkürlərini bildirib və bu hakatonun tələbələrin öz bacarıq və səriştələrini göstərməsi üçün əhəmiyyətli bir platforma rolunu oynadığını vurğulayıb. Ənənəvi təhsil metodlarından innovativ təhsil metodlarına keçid istiqamətində gənclərdən parlaq ideyaların gələcəyini ümid etdiyini bildirən rektor Azərbaycanın 9 ali təhsil müəssisəsindən 12 komandanın hakatona iştirak hüququ qazandığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.

Sonra Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış edərək gənclərə daim dövlətin xüsusi diqqət və qayğısının olduğunu bildirib. O, tərəfdaş olduqlarına görə hakatonun təşkilatçılarına təşəkkürünü bildirərək təhsilin innovativ yöndə inkişafında gənclərin önəmli faktor olduğunu diqqətə çatdırıb.

NOHU-nun rektoru professor Hasan Uslu tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəyi bu cür tədbirlərdə iştirak etməkdən məmnun olduqlarını bildirib və Türkiyədə dövlət tərəfindən qəbul edilən innovativ layihələrin öncüsü olduqlarını vurğulayıb.

TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev çıxış edərək Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu hakatonun təşkilində qardaş ölkələrin nümayəndələrinin tərəfdaşlığını təqdirəlayiq bir addım olaraq qiymətləndirib. O, təhsil alanların bilik və bacarıqlarının innovativ yanaşmalarla inkişaf etdirilməsinin əhəmiyyətindən söhbət açıb. Rektor TAU-nun çətir universitet funksiyasını icra edərək iki qardaş ölkə arasındakı rolu haqqında məlumat verib.

Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru Sevda Əlizadə çıxışında gənclərin təhsildə innovativ həllər təqdim etdiyi hakatona dəstək göstərməkdən məmnun olduqlarını bildirib.

ATGTİ-nin sədri Rəşad Zeynalov Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində ittifaqın aparıcı rol oynayan təşkilatlardan biri olduğunu, ölkədə keçirilən çoxsaylı tədbirlərdə təşkilatçılıqda tərəfdaş olduqlarını diqqətə çatdırıb.

Rəsmi hissə başa çatdıqdan sonra hakaton start götürüb və tələbələr təhsilin inkişafı istiqamətində təqdim edilmiş məsələlər üzrə praktiki işlərə başlayıb.

Media 1

TAU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin xanım əməkdaşları ilə görüş keçirilib

Türkiyə-Azərbaycan Universitetində (TAU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin xanım əməkdaşları ilə görüş keçirilib.

Görüşdə TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, prorektor Mehmet Şimşir və Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı xanım əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Daha sonra bayram münasibətilə xanım əməkdaşlara TAU rektorkuğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Media 1

Elm və təhsil naziri TAU-nun Himayəçilər Şurasının 4-cü iclasında iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Türkiyə tərəfindən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Şərq Texnik Universiteti (ODTÜ) rektorlarının iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak etmək və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin rektorları ilə görüşmək məqsədilə İstanbul şəhərində səfərdədir.

Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak edib. 

Nümayəndə heyəti səfər zamanı Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, o cümlədən Türkiyə Respublikasının Mərmərə Universitetinin rektoru Mustafa Kurt və İstanbul Texniki Universitetinin (İTÜ) rektoru Hasan Mandal ilə görüşüb.

Görüş çərçivəsində sözügedən universitetlərin qabaqcıl fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanışlıq olub, Qarabağ Universiteti də daxil olmaqla, bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə edilib. 

Bununla yanaşı, Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə də görüş keçirilib, tələbələrin gələcək akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.

Qeyd edək ki, martın 2-dək davam edəcək səfər çərçivəsində universitet rektorları ilə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.

Media 1

MÜSİAD Azərbaycan və GOSB texnoparkın nümayəndələri AzTU-da olub

Azərbaycan Texniki Universitetində (AzTU) Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi və Gebze Organize Sanayi Bölgesi (GOSB) texnoparkının əməkdaşları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir və AzTU-nun nümayəndələri iştirak edib.

Rektor Vilayət Vəliyev qonaqları salamlayaraq universitetin fəaliyyəti, mühəndislik və texnologiya istiqamətində təşəbbüsləri haqqında məlumat verib.

Daha sonra MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli çıxış edərək təşkilatın ölkəmizdəki fəaliyyəti və sahibkarlıq ekosisteminin inkişafına verdiyi töhfələrdən danışıb. TAU-nun prorektoru Mehmet Şimşir universitetin təhsil və innovasiya sahəsindəki fəaliyyətini qonaqlarla bölüşüb.

Görüş zamanı hər iki universitetlə əməkdaşlıq imkanları müzakirə edilib.

https://aztu.edu.az/az/news/musiad-azerbaycan-ve-gosb-texnoparkin-numayendeleri-aztu-da-olub-8915?fbclid=IwY2xjawQ_3JtleHRuA2FlbQIxMABicmlkETFQeEFiNlZBdm9DQXRXaHFGc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHnXEYxSFkVNfw9HC59aa1Qm8a6nrQQpTZrrws2a7Rp9Vuo88t6m-DY0qs9hY_aem_bsxBAH1Oo45eTtUQJMJMxg

Media 1

AzTU və TAU tələbələri üçün “Texnofest”lə bağlı infosessiya keçirilib

“Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, həmçinin AzTU nümayəndələri iştirak edib.

Söhbət zamanı AzTU və TAU ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin AzTU və TAU tələbələri üçün infosessiyası keçirilib.

Əvvəlcə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov açılış nitqi ilə çıxış edib. Bildirib ki, tələbələr hər il “TEKNOFEST”ə böyük həvəslə hazırlaşırlar. Yarışmanın əhəmiyyətindən danışan prorektor onun tələbələr üçün yeni imkanlar açdığını da qeyd edib.

Daha sonra Ahmet Köse “TEKNOFEST-2025”lə bağlı geniş təqdimatla çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb. 


Media 1

Prorektor Mehmet Şimşir: Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının 1 ili tamam olur.

Bu gün Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan Türkiyə Azərbaycan Universitetinin (TAU) yaradılmasının 1 ili tamam olur. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Bu münasibətlə Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir AZƏRTAC-a müsahibəsində TAU-nun məqsədi və tədris prosesi ilə bağlı müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Türkiyə-Azərbaycan Universitetini Azərbaycan təhsil sistemində fərqləndirən xüsusiyyətlər hansılardır?

- Türkiyə-Azərbaycan Universiteti digər sahələrdə olduğu kimi təhsil sahəsini də ən yüksək səviyyəyə çatdırmaq məqsədilə hər iki ölkənin dövlət başçılarının ortaq konsensusundan yaranmış universitetdir. Türkiyə-Azərbaycan Universiteti model olaraq digər universitetlərdən çox fərqli bir quruluşa malikdir. Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3 (Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacettepe Universiteti), Azərbaycanın bir (Azərbaycan Texniki Universitetinin) universitetinin tərəfdaşlığı ilə qurulub. Bu mənada biz mahiyyətcə ortaq universitetik. “Çətir universitet” Türkiyə universitetlərində tədris olunan ixtisasların eynilə burada da tədris olunması mənasına gəlir. Məsələn, Orta Doğu Texniki Universitetinin Kompüter mühəndisliyi fakültəsinin proqramı eynən burada tətbiq olunur. İstanbul Texniki Universiteti Sənaye mühəndisliyi fakültəsinin proqramı eyni qaydada sənaye mühəndisliyi ixtisasında keçirilir. Hacettepe Universitetinin Qida mühəndisliyi fakültəsinin dərsləri TAU-nun qida mühəndisliyi ixtisasında tələbələrə keçilir. Burada Türkiyədən gələn müəllimlər dərs deyirlər. Orta Doğu Texniki Universitetində Kompüter mühəndisliyi fakültəsinin müəllimləri Türkiyədə necə dərs deyirlərsə, Azərbaycanda da eyni dərsi keçirlər. Eynilə İstanbul Texniki Universitetinin Sənaye mühəndisliyi fakültəsinin müəllimləri buraya gəlib mühazirələr oxuyurlar. Hacettepe Universitetinin Qida mühəndisliyi fakültəsinin professorları da mühazirə oxumaq üçün buraya gəlirlər. Ona görə də bu baxımdan Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir. Bizim digər universitetlərdən fərqimiz budur. Yəni, biz Türkiyənin ən yaxşı universitetlərini Azərbaycana gətiririk və onları Türkiyə-Azərbaycan Universitetində birləşdiririk.

- TAU-da tədris prosesinin gedişi barədə nə deyə bilərsiniz?

- Burada tədris 100 faiz ingilis dilində aparılır. Qəbul etməliyik ki, tədrisin keyfiyyətinin yüksək olması üçün dünyada qəbul edilən dil kimi təhsil ingilis dilində olmalıdır. Tələbələrimiz Azərbaycanın Dövlət İmtahan Mərkəzinin imtahan qaydaları ilə qəbul olunurlar. Daha sonra onlar ingilis dilində səviyyə imtahanı verirlər. Tələb olunan balı toplayırlarsa, birinci kursdan tədrisə başlayırlar. Səviyyə imtahanında uğur qazana bilməyən tələbələr ingilis dilindən hazırlıq dərslərinə davam edirlər. Bu hazırlıq proqramı bir il davam edir. Payız semestrindən başlayır, yaz semestrində bitir. Daha sonra ingilis dili biliyi imtahanında yoxlanılan və həmin imtahandan uğurla keçən tələbələr birinci kursa davam edirlər. Hazırlıq kursu istisna olmaqla, təhsilimiz dördillikdir. Hazırda kompüter mühəndisliyi ixtisasında təhsil alan birinci kurs tələbələri var. Qida mühəndisliyi ixtisası üzrə də birinci kursumuz var. Amma sənaye mühəndisliyi ixtisası üzrə birinci kurs açılmadı. O ixtisasa qəbul olunan tələbələrimiz hazırlıq kursundadır.

- Türkiyə-Azərbaycan Universitetində daha hansı ixtisasların açılması nəzərdə tutulur?

- Hazırda mövcud olan kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarıdır. Bu ixtisaslar bizim Himayəçilər şurasının qərarlarına uyğun olaraq açılır. Himayəçilər şurasına Azərbaycandan elm və təhsil naziri Emin Əmrullayev rəhbərlik edir. Türkiyə tərəfdən isə YÖK sədri Erol Özvar rəhbərlik edir. Biz Himayəçilər şurasına öz təkliflərimizi veririk. Onların qərarları müzakirələr nəticəsində müəyyən olunur. Bu səbəbdən də Türkiyə-Azərbaycan Universitetində daha hansı ixtisasların açılması haqqında danışmaq bir qədər tezdir.

- Noyabr ayında tələbələrin Türkiyəyə səfəri təşkil olundu. Belə səfərlərin davamı olacaqmı?

- Bildiyiniz kimi, noyabr ayında Azərbaycanda COP29 tədbiri keçirilib. Biz bunu, əslində, bir fürsət kimi qiymətləndirdik. Çünki Azərbaycanda tədris onlayn formatda aparılırdı. Dedik ki, tələbələrimizi Türkiyəyə aparaq, Hacettepe Universitetini, Orta Doğu Texniki Universitetini, İstanbul Texniki Universitetini ziyarət etsinlər. Oradakı müəllimlərlə də tanış olsunlar. Tələbələr Türkiyədə təhsil alan gənclərlə tanış olub ünsiyyət qura bilsinlər. Arzum odur ki, əgər şərait yaranarsa, bu universitetə qəbul olan tələbələrimizi hər il Türkiyəyə aparaq.

- Türkiyə-Azərbaycan Universitetinin qəbul prosedurlarında hansısa dəyişiklik olacaqmı?

Hazırda Türkiyə-Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən həyata keçirilir. Ötən il kompüter mühəndisləri üçün 500, sənaye və qida mühəndisləri üçün 450 bal olaraq baza balları müəyyənləşdirdik. Lakin qəbul olan tələbələrimizin hamısı çox yüksək bal topladılar. Kompüter mühəndisliyi üzrə keçid balı 641 olub. Bu da bizim müəyyənləşdirdiyimiz baza balından - 500-dən xeyli yüksəkdir. Sənaye mühəndisliyində keçid balı 544, qida mühəndisliyində isə 453 oldu. Görünən odur ki, savadlı tələbələr bizi seçirlər. Universitetimizin təhsil sisteminə və bizə güvənirlər. Bu, iki dövlətin qardaşlığından yaranmış Türkiyə-Azərbaycan Universitetinin təhsil sisteminə onların güvəndiyini göstərir. Biz onlara layiq olmağa çalışırıq. TAU gələcəkdə beynəlxalq universitet olacaq. Bu istiqamətdə ardıcıl addımlar atılır.


Media 1

Azərbaycan Metrologiya İnstitutunda Avropa və türk standartlarının tətbiqinə dair müzakirələr aparılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən Milli Zəmin Təhlükəsizliyi İnstitutunun (UZGE) rəhbəri, dosent Gültekin Coşkunla görüş keçirilib.

Görüşdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, o cümlədən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri də iştirak ediblər.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, xidmət sahələri, ölçmə və kalibrlənmə imkanları, mövcud kalibrlənmə və yoxlanılma laboratoriyaları, o cümlədən yeni yaradılan etalon laboratoriyaları barədə məlumat verilib.

Daha sonra UZGE-nin rəhbəri Gültekin Coşkun tətbiq edilən mühəndislik və təhlükəsizlik standartlarının inkişafından söz açıb, dövlət və özəl sektorlarda binadaxili döşəmələrdə sürüşmə tezliyinin ölçmə metodları və istifadə olunan avadanlıqlar, həmçinin ölçmələr zamanı əsas tutulan beynəlxalq standartlardan bəhs edib.

Görüş çərçivəsində piyada infrastrukturunun təhlükəsizliyi üzrə EN 16165 “Piyada səthlərinin sürüşməyə davamlılığının təyini - Qiymətləndirmə üsulları”, TS 13882 “Piyada səthlərinin təsnifatı qaydaları – Ümumi tələblər və qiymətləndirmə üsulları”, EN 14231:2003 Təbii daşların sınaq üsulları – Riyazi rəqqas ilə sürüşmə müqavimətinin təyini”, EN 13036-4:2011 “Yol və aerodrom səthinin xüsusiyyətləri – Sınaq üsulları – Hissə 4: Səthin sürüşmə müqavimətinin/sürüşkənliyin ölçülməsi üsulu – Riyazi rəqqas ilə sınaq üsulu” Avropa və türk standartlarının tətbiqinə dair müzakirələr aparılıb.

Bundan əlavə, AzTU və TAU-da təhsil alan tələbələrin AzMİ-nin laboratoriyalarından istifadə etməklə elmi-tədqiqat işləri aparması, həmçinin metrologiya sahəsi üzrə yeni layihələrin hazırlanması və bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən müvafiq sahədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi məsələlərinə nəzər salınıb.


Media 1

AzTU, TAU və UZGE arasında əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyə-Azərbaycan Universiteti (TAU) və Türkiyə Milli Yer Təhlükəsizliyi İnstitutu (UZGE) arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığa elmi tədqiqatlar, texnologiya transferi, metrologiya, standartlaşdırma və sınaq laboratoriyalarının yaradılması sahəsində birgə fəaliyyətlər daxildir. Memoranduma əsasən, tərəflər birgə elmi layihələrin həyata keçirilməsində, beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunmasında və sənaye ilə innovativ həllərin tətbiqində əməkdaşlıq edəcəklər.

Eyni zamanda, UZGE mütəxəssisləri tərəfindən AzTU və TAU tələbələri üçün təlimlər keçiriləcək və laboratoriyalarda praktik təcrübə imkanları yaradılacaq. Tərəflər startapları inkişaf etdirmək və innovasiya ekosistemini gücləndirmək üçün Texnologiya Transferi Ofisləri vasitəsilə birgə çalışacaqlar.

Media 1

TAU əməkdaşları və tələbələri Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırılıb

Türkiyə-Azərbaycan Universitetinin (TAU) əməkdaşları və semestr ərzində yüksək nəticə göstərən tələbələri 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırılıb.

Belə ki, TAU-nun rektorluğu, Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən tədbirdə universitetin əməkdaş və fərqlənən tələbələrinə fəxri fərman və hədiyyə təqdim olunub.

Media 1

AzTU və TAU Türkiyənin UZGE - Milli Zəmin Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq edəcək

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən UZGE - Milli Zəmin Təhlükəsizliyi İnstitutunun rəhbəri, dosent Gültəkin Coşqun Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Səfər çərçivəsində o, AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) və AzTU-nun nümayəndələri iştirak ediblər.

Gültəkin Coşqun institutun fəaliyyəti barədə məlumat verərək bildirib ki, qurum metrologiya və döşəmə təhlükəsizliyi sahəsində yüksək keyfiyyətli sınaq və sertifikatlaşdırma xidmətləri təqdim edir. Bununla yanaşı, institut vertolyot eniş zolaqları və müxtəlif növ döşəmə örtü materiallarının səthlərinin sürtünmə əmsallarının tədqiqi istiqamətində araşdırmalar aparır. O, bu sahələrdə AzTU və TAU ilə əməkdaşlığın institut üçün prioritet olduğunu qeyd edib.

Rektor Vilayət Vəliyev AzTU və TAU-nun institutla birgə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, ilkin mərhələdə pilot layihənin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Media 1

TAU nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Nümayəndə heyətində TAU-nun prorektoru professor Mehmet Şimşir, Qida mühəndisliyi proqramının rəhbəri professor Umran Uyqun, Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov, Hacettepe Universitetinin Qida mühəndisliyi bölümünün professoru Vural Gökmen iştirak edib.

Görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyaların fəaliyyət göstərdiyi bildirilib. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparıldığı vurğulanıb. Həmçinin qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.

Görüşdə eyni zamanda iki qurum arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.

Görüşdən sonra TAU-nun nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 


Media 1

TAU nümayəndələri “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də olub

Türkiyə-Azərbaycan Universitetinin (TAU) nümayəndələri, prorektor professor Mehmet Şimşir və Qida Mühəndisliyi Proqramının rəhbəri professor Ümran Uyqun "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-ni ziyarət etdilər. Nümayəndə heyətinə Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın Dizaynı və Sənaye Texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov da daxil idi.

Nümayəndə heyətinə əvvəlcə mərkəzin fəaliyyəti barədə məlumat verildi. Daha sonra mərkəzin direktoru Emil Əhmədov və onun əməkdaşları ilə görüş zamanı tərəflər gələcək əməkdaşlıq üçün potensial sahələri müzakirə etdilər.

Media 1

TAU və AzTU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi, əməkdaşları və tələbələri Şəhidlər xiyabanını ziyarət edib.

Torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.


Media 1

Türkiyə-Azərbaycan Universitetində qış imtahan sessiyası yekunlaşıb

Türkiyə-Azərbaycan Universitetində (TAU) qış imtahan sessiyası yekunlaşıb.

TAU-nun birinci kurs tələbələri üçün imtahanlar müvafiq ixtisaslar (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) üzrə tərəfdaş universitetlərin (ODTU, İTÜ, Hacettepe Universiteti) imtahan qaydaları əsasında keçirilib.

Hazırlıq qruplarında təhsil alan tələbələr isə yalnız ingilis dili fənnindən imtahan veriblər.

Qeyd edək ki, TAU-da 83 tələbə təhsil alır.

Media 1

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək

Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Türkiyəyə səfəri çərçivəsində Kastamonu Universitetinin rektoru Ahmet Hamdi Topal ilə görüşüb.

Görüşdə iki universitet arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın qurulması və dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin birgə layihələrin və akademik işlərin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Görüşün yekununda Türkiyə-Azərbaycan Universiteti ilə Kastamonu Universiteti arasında əməkdaşlığa dair protokol imzalanıb. Sənəd bir çox əlaqələrlə yanaşı, tələbə və müəllim mübadiləsi proqramlarının reallaşdırılmasını, mədəni tədbirlərin keçirilməsini nəzərdə tutur.

Universitet rəhbərləri Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün konkret addımlar atmağa hazır olduqlarını bildiriblər.

Kastamonu Universitetinin rektoru Ahmet Hamdi Topal ali təhsil sahəsində “Bir millət, iki dövlət” tezisinə əsaslanan Türkiyə-Azərbaycan əməkdaşlığını ən yüksək prioritet sahələrindən biri adlandırıb.

Vilayət Vəliyev də qardaş ölkələr arasında sıx dostluq əlaqələrindən danışıb.

 


Media 1

Niğde Ömer Halisdemir Universitetinin rektoru Türkiyə-Azərbaycan Universitetini ziyarət edib

Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.

Qonaq TAU-nun rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev və universitetin prorektoru professor Mehmet Şimşirlə görüşüb.

Görüş zamanı TAU-da tədrisin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Media 1

Türkiyə-Azərbaycan Universitetinin professoru AzTU tələbələrinə mühazirə deyib

Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrə "Qida əlavələri" mövzusunda mühazirə deyib.

Mühazirədə təbii və süni qida əlavələri, onların növləri və təsiri, qida əlavələrindən istifadə qaydaları, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi barədə tələbələrə geniş məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Media 1

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. 

AzTU-nun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili Göydəniz Qəhrəmanov, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, uzaqgörən siyasətindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə genişmiqyaslı islahatlara başladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Onun ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin bu arzusu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində reallığa çevrildi.

Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyev ideyalarının yaşayacağı çıxışlarda xüsusi vurğulanıb.

https://aztu.edu.az/az/news/aztu-da-ulu-onderin-anim-gunune-hesr-olunan-tedbir-kecirilib-8835?fbclid=IwY2xjawQ_xOhleHRuA2FlbQIxMABicmlkETFQeEFiNlZBdm9DQXRXaHFGc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHtgnm8EW3tH0muDNPsI6mC_vj0jxzRf9XTavLIsdgx7mEKcVDIR7YxEPi4ph_aem_1QiYqE8fvQRH3roK3v6AcQ

Media 1

TAU və AzTU kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər, xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Media 1

TAU əməkdaş və tələbələri HİK və THİK üzvlüyünə cəlb edilib

Türkiyə-Azərbaycan Universitetinin (TAU) əməkdaş və tələbələri Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin ittifaq üzvlüyünə cəlb edilib. Belə ki, TAU-da çalışan 20 nəfərə yaxın əməkdaş və 83 nəfər tələbənin iştirakı ilə AzTU HİK rəhbərliyinin görüşü keçirilib və onlar ittifaq üzvlüyünə qəbul ediliblər.

Əməkdaşların əmək hüquqlarının müdafiəsi, əmək şəraitlərinin yaxşılaşdırılması, şəxsi inkişaflarının və təşəbbüslərinin dəstəklənməsi, sosial aktivliyin təmin edilməsi istiqamətlərində olan fəaliyyətlərdən TAU-nun əməkdaş və tələbələri də faydalanacaq.

Media 1

Türkiyə-Azərbaycan Universitetinin professoru AzTU tələbələrinə seminar keçib

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün seminar keçib.

"Qida məhsullarında kimyəvi çirkləndiricilər" mövzusunda təşkil olunan seminarda qida məhsullarına torpaqdan, havadan və sudan keçən kimyəvi çirkləndiricilər haqqında, eləcə də qida məhsullarının istehsal, qablaşdırma, daşınma və saxlanma proseslərində kimyəvi çirklənmələrə məruz qalması aspektlərindən danışılıb.

Həmçinin qida məhsullarının çirklənmədən mühafizə olunması ilə bağlı xarici ölkələrin təcrübəsi qeyd olunub.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

Media 1

TAU-nun qida mühəndisliyi ixtisasında təhsil alan tələbələri Hacettepe Universitetində səfərdədir

Türkiyə-Azərbaycan Universitetinin (TAU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələri Ankarada Hacettepe Universitetində səfərdədir.

Səfər çərçivəsində tələbələr Hacettepe Universitetinin kampusunu ziyarət edib, Qida mühəndisliyi bölümünün dərslərində iştirak ediblər. Həmçinin Hacettepe Universitetinin Texnoparkı, tədqiqat mərkəzləri və laboratoriyaları ilə tanışlıq həyata keçirilib.

Səfər çərçivəsində TAU tələbələri Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güranla görüşüblər.

Media 1

TAU-nun sənaye mühəndisliyi ixtisasında təhsil alan tələbələri İTÜ-də səfərdədir

Türkiyə-Azərbaycan Universitetinin (TAU) sənaye mühəndisliyi ixtisasında təhsil alan tələbələri Türkiyədə İstanbul Texniki Universitetində (İTÜ) səfərdədir.

Səfər çərçivəsində TAU tələbələri İTÜ-nün Sənaye mühəndisliyi bölümünün dərslərində iştirak edib, həmçinin universitetin kampusunu ziyarət ediblər. İTÜ rektoru Prof. Dr. Hasan Mandal TAU tələbələri ilə görüşüb, onların dərsləri ilə maraqlanıb.

Tələbələrin asudə vaxtlarında İstanbul şəhərinə gəzinti təşkil olunub.

Media 1

TAU-nun kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələri ODTU-da səfərdədir

Türkiyə-Azərbaycan Universitetinin (TAU) kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələri Ankarada Orta Doğu Tekniki Universitetində (ODTU) səfərdədir.

Səfər çərçivəsində tələbələr ODTU-nun kampusunu ziyarət edib, Kompüter mühəndisliyi bölümünün dərslərində iştirak ediblər. Həmçinin OTDU-nun Texnoparkı, tədqiqat mərkəzləri və laboratoriyaları ilə tanışlıq həyata keçirilib.

Səfər çərçivəsində TAU tələbələri OTDU-nun rektoru Prof. Dr. Ahmet Yozgatlıgillə birgə nahar ediblər.

Media 1

Növbəti ildə Türkiyə-Azərbaycan Universiteti üçün 10 milyon manat vəsait proqnozlaşdırılıb

Növbəti ildə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 87 tələbə təhsil alır, növbəti ildə əlavə 150 tələbə qəbulu planlaşdırılır.


Media 1

TAU rəhbərliyi Türkiyəyə səfər edib

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2024-2025 Ali Təhsil Tədris İlinin açılış mərasimi keçirilib.

Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və prorektor Mehmet Şimşir iştirak ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə elm və təhsil sahəsində görülən işlər və prioritetlərdən danışıb, fərqlənən elm-təhsil işçilərinə mükafatları təqdim edib.

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar yeni tədris ilinin başlanması münasibətilə elm və təhsil ictimaiyyətini təbrik edərək Türkiyə-Azərbaycan Universitetinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə bu il fəaliyyətə başladığını, ölkələrimiz və türk dünyası üçün böyük uğurlar qazanacağına əminliyini bildirib.

Media 1

AzTU və TAU kollektivi Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Media 1

Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər

Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar sentyabrın 24-də Türkiyə–Azərbaycan Universitetində (TAU) tələbələrlə görüşüblər. Görüşdə TAU-nun Azərbaycan və Türkiyədən olan tərəfdaş universitetlərinin rektorları da iştirak ediblər.

Rəsmilər əvvəlcə Türkiyə–Azərbaycan Universitetinin inzibati binası ilə tanış olublar. Qonaqlara ali təhsil ocağındakı mövcud şərait, tədris otaqları, laboratoriyalar, oxu zalları haqqında məlumat verilib. Qeyd olunub ki, universitetdə tələbələrin keyfiyyətli təhsil almaları, həmçinin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.

Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar auditoriyalarda dərs prosesini izləyib, həmçinin tələbələrlə görüşüb və onlarla söhbət aparıblar.

Qeyd edək ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 90-a yaxın tələbə təhsil alacaq.

Media 1

Türkiyə-Azərbaycan Universitetində ilk dərs günü

Türkiyə-Azərbaycan Universitetində ilk dərs günü keçirilib. Dərslərdən fotolar təqdim olunur.

Media 1

Erol Özvar: Türkiyə-Azərbaycan Universiteti yeni beynəlxalq universitet modeli xüsusiyyəti ilə dünyada bir ilk olacaq

“Türkiyə-Azərbaycan Universiteti yeni beynəlxalq universitet modeli xüsusiyyəti ilə dünyada bir ilk olacaq”.

Bunu Türkiyə Ali Təhsil Şurasının sədri professor Erol Özvar ölkənin tədqiqatyönümlü ali təhsil müəssisələrinin Qazi Universitetində keçirilən toplantısında deyib.

Erol Özvar çıxışında ali təhsildə beynəlmiləlləşmə istiqamətində atılan ən yeni addımlardan birinin Türkiyə-Azərbaycan Universiteti olduğunu bildirib: “Biz bu günlərdə ali təhsilimizin beynəlmiləlləşməsi istiqamətində ən yeni addımlardan birini atırıq. Sentyabrın 23-də Azərbaycanda, Bakıda Türkiyə-Azərbaycan Universitetinin açılışını edəcəyik. Bu, bizim üçün tarixi addımdır”.

Erol Özvar əlavə edib ki, biz 3 tədqiqat universitetimizin - İstanbul Texniki Universitetinin, Orta Doğu Texniki Universitetinin və Hacettepe Universitetinin mövcud proqramlarını Azərbaycanda qurulan universitetə köçürürük. "Türkiyə-Azərbaycan Universiteti yeni beynəlxalq universitet modeli xüsusiyyəti ilə dünyada bir ilk olacağını vurğulayan E.Özvar daha sonra qeyd edib: “Bu yeni modeldə Türkiyənin qabaqcıl universitetləri Türkiyə-Azərbaycan arasında ən yaxşı olduqları sahələr üzrə proqramlarını açacaqlar. Universitet və bu proqramların akademik məsuliyyətini üzərinə götürəcəklər. Ona görə də Türkiyə-Azərbaycan Universiteti Türkiyənin müxtəlif universitetlərindən proqramların keçiriləcəyi “çətir universitet” olacaq. Bu yeni ali təhsil modeli ilə ölkəmizin köklü ali təhsil müəssisələrinin, xüsusən də tədqiqat universitetlərimizin fərqli proqramlarını dünyanın müxtəlif coğrafiyalarına daşıyaraq bir növ ali təhsil xidməti ixrac etməyi planlaşdırırıq. Türkiyənin akademik biliklərini dünyaya açacaq bu modelin universitetlərimizə də yeni bir üfüq gətirəcəyinə inanırıq”.

Media 1

AzTU və TAU tələbələrinin Bilik Günü tədbiri keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbələrinin Bilik Günü tədbiri keçirilib. AzTU-da təşkil olunan tədbirdə əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə güllər düzülüb.

Daha sonra torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tələbələri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev onlara təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, builki Bilik Gününü AzTU və TAU tələbələrinin birlikdə qeyd etməsi qürurverici hadisədir. Rektor Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinə 86 tələbə qəbul olunub və qəbulun nəticələrinin yüksək olması gözlənilən idi. Bu universitet həm iki qardaş ölkə arasında ali təhsil sahəsində əlaqələri daha da gücləndirəcək, həm də bölgədə müvafiq sahələr üzrə aparıcı universitetlərdən birinə çevriləcək.

Vilayət Vəliyev AzTU il Türkiyə universitetlərinin əlaqələrinin hər il daha da inkişaf etdirildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, bu il AzTU-nun bakalavriat səviyyəsinə 2459, magistratura səviyyəsinə isə 1720 tələbə qəbul olunub.

TAU-nun prorektoru Mehmet Şimşir də çıxışı zamanı tələbələrə uğurlar arzulayıb. Yeni yaradılan bu universitetdə tələbələr üçün geniş imkanlar yaradılacağını, əmək bazarının tələblərinə uyğun kadr hazırlanacağını bildirib.

Çıxışlardan sonra təltifetmə mərasimi olub.

TAU-nun kompüter mühəndisliyi ixtisasına ən yüksək balla (684.9) qəbul olunan Aytac Hüseynli, sənaye mühəndisliyi ixtisasına ən yüksək balla (657.5) qəbul olunan Uğur Quliyev və qida mühəndisliyi ixtisasına ən yüksək balla (632.8) qəbul olunan Zərifə Paraşova təltif olunub.  

Media 1

Türkiyə–Azərbaycan Universitetinə böyük maraq

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb. 

Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu – YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yeni universitet modeli olaraq yaradılmış Türkiyə-Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstəriblər. Qəbul nəticələrinə əsasən, universitetdə kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 30, qida mühəndisliyi ixtisası üzrə 27 nəfər olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq. Universitet 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. 

Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 684,9, ən aşağı bal 641,6 olub. Sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 663,7, ən aşağı bal isə 544,4 olub. Qida mühəndisliyi ixtisasında ən yüksək bal 632,8 olduğu halda, baza balı 452,1 olub. 

Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirəcək. Beləliklə, kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları əsas götürüləcək. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim olunacaq. 

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Media 1

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günündə iştirak ediblər

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) avqustun 7-dən təşkil olunan “Açıq qapı” günü avqustun 19-da başa çatıb.

“Açıq qapı” günlərində TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri abituriyentləri maraqlandıran sualları cavablandırıblar. Abituriyentlər və onların valideynləri TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı qazanıblar.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Media 1

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü davam edir

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. Abituriyentlər və onların valideynləri “Açıq qapı” günündə iştirak edərək TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı qazanırlar.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Media 1

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü davam edir

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə əsasən qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri iştirak edir.

Görüş zamanı TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri abituriyentləri maraqlandıran sualları cavablandırır.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Media 1

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı məlumatlandırılır

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir.

Avqustun 10-da keçirilən “Açıq qapı” günündə də abituriyentlərin TAU-ya böyük marağı müşahidə olunub.

Abituriyentlər və onların valideynləri TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri ilə görüşüb. Görüş zamanı abituriyentlərin TAU ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Media 1

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı keçirilən “Açıq qapı” günündə iştirak edirlər

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə iştirak edənlər arasında 600 baldan yüksək nəticə göstərən abituriyentlər çoxluq təşkil edir.

TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlərlə görüşərək onların universitetlə bağlı suallarını cavablandırır.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.