Türkiyə-Azərbaycan
Universitetinin (TAU) proqram rəhbərləri və tələbələri bu gün media nümayəndələrinin
suallarını cavablandırıblar.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) proqram rəhbərləri və tələbələri bu gün media nümayəndələrinin
suallarını cavablandırıblar.
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının qərarı, elm və təhsil nazirinin müvafiq əmri ilə Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Nəcibə Nəsibova 1992-2026-cı illərdə Azərbaycanın Türkiyədəki səfirliyində təhsil müşaviri vəzifəsində işləyib. O, bu müddət ərzində Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, tələbələrin təhsil məsələlərinin həlli və birgə akademik layihələrin təşviqi istiqamətində səmərəli fəaliyyət göstərib. Onun fəaliyyəti iki qardaş ölkə arasında təhsil əlaqələrinin inkişafına mühüm töhfə verib.
Türkiyə-Azərbaycan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası arasında imzalanmış memorandum əsasında, iki ölkə arasında ali təhsil və elmi-tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil sistemlərinin qarşılıqlı zənginləşdirilməsi, ortaq akademik potensialın gücləndirilməsi və beynəlxalq rəqabət qabiliyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024-2025-ci tədris ilindən etibarən aparılmağa başlanılıb. Universitetdə texniki və texnoloji ixtisaslar qrupu üzrə üç ixtisas – "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi", "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisasında Orta Doğu Tekniki Universiteti, "Qida mühəndisliyi" ixtisasında Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" ixtisasında isə mütəxəssis hazırlığı İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində prosesə Azərbaycan Texniki Universiteti cəlb olunub. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçirilir.
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi davam edir.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) nümayəndələri sərginin ikinci günündə də iştirak ediblər.
TAU təmsilçiləri abituriyentləri maraqlandıran sualları cavablandırıblar.
Sərgi zamanı bir saatlıq infosessiya da təşkil olunub. İnfosessiya zamanı TAU haqqında geniş təqdimat nümayiş olunub. Universitetin proqram rəhbərləri və könüllü tələbələri ixtisaslar və İngilis dili proqramı ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər.
Qeyd edək ki, sərgi iyulun 31-i yekunlaşacaq.
Sərgi çərçivəsində hər gün saat 11:00-da abituriyentlər üçün infosessiyası nəzərdə tutulur.
Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi keçirilib.
DİM-in təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi abituriyentlərin universitetlərin təklif etdiyi ixtisas seçimi ilə stendlərdə tanış olması və dəyərləndirməsidir.
Sərginin açılış tədbiri zamanı DİM-in aparat rəhbəri Vəfadar Misirov əvvəlcə iştirakçıları salamlayıb, daha sonra DİM-in qaydalarına nəzərə salaraq, abituriyentlərə ixtisas seçimi haqqında məlumat verib.
Daha sonra sərgi iştirakçıların ixtiyarına verilib.
Ali təhsil müəssisələrinin səgisində Türkiyə-Azərbaycan Universiteti (TAU) də öz stendi ilə təmsil olunub. TAU-nun nümayəndələri sərgi boyu abituriyentləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, sərgi iyulun 31-inə kimi saat 10:00-dan 17:00-adək davam edəcək.
Sərgi çərçivəsində hər gün saat 11:00-da TAU-nun abituriyentlər üçün infosessiyası nəzərdə tutulur.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru v.i.e. professor Vilayət Vəliyev Dövlət İmtahan Mərkəzində (DİM) təşkil olunan ali təhsil müəssisələrinin sərgisində iştirak edib.
Rektor əvəzi əvvəlcə TAU-nun stendini ziyarət edib, daha sonra universitetin infosessiya saatında abituriyentlər və onların valideynləri ilə görüşüb, TAU-da tədris olunan təhsil proqramları, müxtəlif tədqiqat layihələri barədə məlumat verib.
Professor bildirib ki, TAU ali təhsil müəssisələri içərisində ən innovativ təhsil təklif edən universitetdir və buradakı ixtisaslar Türkiyənin nüfuzlu 3 universiteti sayılan Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universitetlərinin beynəlxalq səviyyədə hazırlanmış tədris proqramlarına əsaslanır.
İnfosessiya çərçivəsində TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, Sənaye mühəndisliyi proqramının rəhbəri dos. Ömer Faruk Beyca universitetdəki təhsilin birbaşa Sənaye 4.0 dövrünün tələbələrinə cavab verdiyini və məzunların iki diplomla həm yerli, həm regional, həm də beynəlxalq əmək bazarında özünə asanlıqla iş tapa biləcəyini xüsusi vurğulayıblar.
TAU-nun tələbələri abituriyentlərə tədris prosesi, praktiki laboratoriya dərsləri, İngilis dili proqramı, universitetdəki mühit və sosial fəaliyyətlər barədə öz təəssüratlarını bölüşüblər.
İnfosessiya zamanı abituriyentlər və valideynlərin sualları cavablandırılıb.
İyulun 6-da Türkiyə-Azərbaycan
Universitetinin (TAU) Himayəçilər Şurasının 7-ci iclası keçirilib.
İclasda Azərbaycanın
elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti,
Bakıda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik
etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində
iştirak edən Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki
Universiteti (İTÜ), Hacettepe Universiteti və Azərbaycan Texniki
Universitetinin (AzTU) rektorları iştirak ediblər.
İclas çərçivəsində
TAU-da cari tədris ili ərzində görülmüş işlərin illik hesabatı, gələcək fəaliyyət
planı, tərəfdaş universitetlərlə birgə həyata keçiriləcək yeni tədris
proqramları kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki,
"çətir universiteti" modeli olan TAU-da tədris tərəfdaş universitetlərin
müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi – ODTÜ, sənaye mühəndisliyi
– İTÜ, qida mühəndisliyi – Hacettepe Universiteti) uyğun olaraq ingilis dilində
aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı AzTU-dur.
Türkiyə-Azərbaycan Universitetində (TAU) inzibati heyətin əməkdaşları üçün Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə təlim keçirilib.
SƏTƏM üzrə mühəndis Fariz Kərimovun
keçirdiyi təlimin əsas məqsədi əməkdaşlarda təhlükəsizlik mədəniyyətinin
formalaşdırılması və inkişaf etdirilməsi, potensial risklərin vaxtında müəyyənləşdirilməsi,
onların qarşısının alınması və təhlükəsiz iş mühitinin təmin olunmasına töhfə
vermək olub.
Təlim zamanı iştirakçılara universitetdə
tətbiq olunan SƏTƏM idarəetmə sistemi, əməyin mühafizəsi tələbləri, yanğın və
elektrik təhlükəsizliyi qaydaları, eləcə də risklərin idarə olunması prinsipləri
və risk nəzarəti mexanizmləri barədə ətraflı məlumat verilib.
Təlim interaktiv müzakirə formatında
keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda əməyin
mühafizəsi və təhlükəsizlik sahəsində qabaqcıl təcrübələr, eləcə də praktiki
tövsiyələr də iştirakçıların diqqətinə
çatdırılıb.
Universitet rəhbərliyi tərəfindən təhlükəsiz
və sağlam iş mühitinin yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən
edilib. Bu məqsədlə əməkdaşların maarifləndirilməsi və təhlükəsizlik sahəsində
biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin keçirilməsi nəzərdə
tutulur.
Türkiyə-Azərbaycan Universitetində (TAU) 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyası çərçivəsində birinci kurs tələbələri üçün akademik ingilis dilindən şifahi (oral) imtahanlar keçirilib.
İmtahanlar Orta Doğu Texniki Universiteti (ODTÜ) nəzdində fəaliyyət göstərən Xarici Dillər Məktəbinin Müasir Dillər Bölməsinin “Akademik İngilis dili 102” (“ENG102 - English for Academic purposes”) proqramına uyğun olaraq keçirilir.
İmtahan fərdi qaydada keçirilir, hər bir tələbəyə 10 dəqiqə vaxt verilir. Müsahibə formatında təqdim olunan imtahan zamanı tələbənin nitq, tənqidi təfəkkür, özünüifadə və sorğulama qabiliyyətləri yoxlanılır.
TAU-da akademik ingilis dilindən şifahi imtahanlar iyunun 17-si yekunlaşacaq.
Lənkəran şəhəri 1 nömrəli tam orta məktəbdə Türkiyə-Azərbaycan
Universitetinin (TAU) kollektivi ilə tanıtım günü keçirilib.Lənkəran
məktəblilərini salamlayan TAU-nun Tədris şöbəsinin rəhbəri Günel Teymurova əvvəlcə
yaradılan şəraitə görə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyinə
və məktəbin müdiriyyətinə təşəkkürünü ifadə edib. Daha sonra şöbə müdiri iki
qardaş ölkənin ortaq təhsil proyekti Türkiyə-Azərbaycan Universiteti haqqında məlumat
verərək bildirib ki, TAU 2024-cü il fevralın 19-unda Ankarada Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə imzalanan Anlaşma Memorandumu əsasında yaradılıb və memorandumu
Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar və Azərbaycanın elm və
təhsil naziri Emin Əmrullayev imzalayıblar. Hazırda 174 tələbənin TAU-da dövlət
hesabına ingilis dilində təhsil aldığını qeyd edən Günel Teymurova məktəbliləri
bu fürsəti dəyərləndirməyə dəvət edib.
Lənkəran-Astara
Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov TAU kollektivini,
professor-müəllim heyətini Lənkəranda görməkdən məmnunluğunu bildirib. O, belə
bir tədris mühitində oxumaq fürsətini region məktəbliləri üçün gözəl şans
olduğunu qeyd edib.
Daha
sonra TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ümran Uyqun,
Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr.Ahmet Coşar, Sənaye mühəndisliyi
proqramının rəhbəri Doç.Dr. Ömer Faruk Beyca və İngilis dili proqramının rəhbəri
Mutlu Çalışkan TAU və onun akademik tərəfdaşları Orta Doğu Texniki Universiteti
(ODTÜ) ilə birgə həyata keçirilən Kompüter mühəndisliyi, İstanbul Texniki
Universiteti (İTÜ) ilə birgə həyata keçirilən Sənaye mühəndisliyi və Hacettepe
Universiteti ilə birgə həyata keçirilən Qida mühəndisliyi kimi tədris
proqramları haqqında ətraflı məlumat veriblər. Həmçinin TAU-nun Azərbaycan tərəfdən
tərəfdaşının Azərbaycan Texniki Universiteti (AzTU) olduğu da şagirdlərin diqqətinə
çatdırılıb.
TAU-nun
professor-müəllim heyəti çıxışlarında xüsusi vurğulayıb ki, hər üç mühəndislik
proqramını bitirən məzunlar sadəcə işinin peşəkarı kimi deyil, həm də Sənaye
4.0 dövrünün tələblərinə cavab verən mütəxəssis kimi yetişirlər.
Qeyd
edək ki, TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı
mütəxəssisləri tərəfindən inkişaf etdirilir və ən əsası, məzunlara həm Türkiyənin,
həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru,
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru v.i.e. Vilayət Vəliyev
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə yuxarı sinif şagirdləri ilə
görüşüb.Görüşdə hər iki universitetin əməkdaşları da iştirak edib.
Vilayət
Vəliyev TAU və AzTU-da tədris mühiti, beynəlxalq əlaqələr, laboratoriyalar,
ikili diplom proqramları, yeni layihələr və müasir yanaşmalar barədə
abituriyentlərə ətraflı məlumat verib. Daha
sonra çıxış edən hər iki universitetin nümayəndələri ayrı-ayrı ixtisaslar üzrə
tədris proqramları, tələbələr üçün yaradılan şərait barədə geniş təqdimat ediblər.
İnteraktiv
formatda davam edən görüşdə abituriyentləri maraqlandıran suallar
cavablandırılıb.
İyunun 8-də Türk Dövlətləri
Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri
Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol
Özvarla görüşüb.
"Azərbaycan müəllimi"
xəbər verir ki, görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın
cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub.
Xüsusilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi,
birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də Türkiyə-Azərbaycan
Universiteti çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi
aparılıb.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) proqram rəhbərləri və tələbələri bu gün media nümayəndələrinin
suallarını cavablandırıblar.
Mayın 6-da iki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetinə (TAU) infotur təşkil edilib. İnfoturda nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil mütəxəssisləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İnfotur çərçivəsində əvvəlcə TAU-nun Tədris şöbəsinin müdiri Günel Teymurova universitet haqqında təqdimatla çıxış edib. O bildirib ki, TAU-da təhsil dövlət hesabınadır. Azərbaycan tərəfi universiteti torpaq, bina, laboratoriya və avadanlıqla təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğul olur.
Günel Teymurova qeyd edib ki, hazırda TAU-da ümumilikdə 174 tələbə təhsil alır. Cari tədris ili üzrə qəbul olunanların sayı 92, ötən il qəbul olunanların sayı isə 82 nəfərdir. O əlavə edib ki, ən yüksək ortalama bala malik tələbələrdən 5-i artıq işlə təmin olunub.
İnfotur iştirakçılarının diqqətinə çatdırılıb ki, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim edilir.
Rəsmi hissədən sonra infotur iştirakçıları universitetin qida texnologiyası, instrumental analiz, qida kimyası, mikrobiologiya, fizika və kompüter laboratoriyalarında yaradılmış şəraitlə tanış olublar, tədris prosesini izləyiblər.
TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun infotur iştirakçılarının suallarına cavab olaraq bildirib ki, “çətir universiteti” modeli əsasında fəaliyyət göstərən TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Tədris kompüter mühəndisliyi üzrə Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi üzrə İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi üzrə isə Hacettepe Universitetinin proqramlarına uyğun aparılır. Universitetin Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir (AzTU).
Ümran Uyqun vurğulayıb ki, əsas məqsəd əmək bazarının tələblərinə cavab verən ixtisaslı mühəndislər hazırlamaqdır. Bu məqsədlə hər ixtisasa uyğun laboratoriyalar qurulub və tələbələrin praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Ahmet Coşar ODTÜ ilə birgə həyata keçirilən proqram barədə məlumat verərək bildirib ki, hazırda bu proqram üzrə 86 tələbə təhsil alır. Onlardan 48-i ingiliscə hazırlıq qruplarında, 32-si I kursda, 6-sı isə II kursdadır. O qeyd edib ki, tədris proqramı Qərbi Avropa və Şimali Amerikanın aparıcı universitetlərinin proqramları ilə eynidir və dərslər yüksək səviyyəli ingilis dilində keçirilir. Məzunların müasir veb və mobil texnologiyalar, süni intellekt, data elmləri və kompüter sistemləri sahəsində fəaliyyət göstərə biləcəyi vurğulanıb.
TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan media nümayəndələrinə açıqlamasında bildirib ki, universitetdə tədris ingilis dilində aparılır. Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Onun sözlərinə görə, azərbaycanlı tələbələr xüsusilə danışıq bacarıqları üzrə yüksək nəticələr göstərirlər.
İnfotur çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, cari
tədris ili üzrə TAU-nun kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək
bal 674.3, sənaye mühəndisliyində 654.4, qida mühəndisliyində isə 553.6 olub.
Mingəçevir şəhərində Türkiyə-Azərbaycan Universitetinin (TAU) tanıtım günü keçirilib. Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan görüşdə sadəcə Mingəçevirdən deyil, Ucar, Kürdəmir, Yevlax və Ağdaşdan da məktəblilər, onların valideynləri və müəllimlər iştirak ediblər.
TAU-nun Tədris şöbəsinin rəhbəri Günel
Teymurova əvvəlcə yaradılan şəraitə görə məktəbin müdiriyyətinə təşəkkürünü
ifadə edib. O qeyd edib ki, iki dövlətin qardaşlıq simvolu olan Türkiyə-Azərbaycan
Universiteti ölkədəki mühəndislik sahəsindəki peşəkar kadr ehtiyaclarını ödəmək
məqsədilə yaradılıb və təhsil dövlət hesabınadır.
Daha sonra TAU-nun Qida mühəndisliyi
proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun, Kompüter mühəndisliyi ixtisasının müəllimi
Dr. Y.Yakup Akan, Sənaye mühəndisliyi proqramının rəhbəri Doç. Dr. Ömer Faruk
Beyca və İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan universitet haqqında
geniş təqdimatlarla çıxış ediblər.
Universitetin akademik heyəti bildirib ki, TAU çətir universitet modelidir və təhsil proqramları Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Təhsilin kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTU), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparıldığını vurğulayan proqram rəhbərləri son iki ildə Azərbaycanın fərqli bölgələrindən yüksək ballı və istedadlı abituritentləri DİM imtahanları vasitəsi ilə qəbul etdiyini qeyd ediblər.
Bildirilib ki, TAU tələbələrinin
akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən
inkişaf etdirilir və ən əsası, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın
beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur.
Görüş sual-cavab sessiyası ilə davam
edib.
Türkiyə-Azərbaycan Universiteti (TAU)
və Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Gəncə məktəbliləri ilə
görüş keçiriblər. Görüşlər Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici
dil təmayüllü məktəb, Nizami Gəncəvi adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi
və Imadəddin Nəsimi adına 44 nömrəli məktəb-liseydə baş tutub.
TAU-nun Tədris şöbəsinin rəhbəri Günel
Teymurova Gəncə məktəblilərini salamlayaraq əvvəlcə yaradılan şəraitə görə məktəblərin
rəhbərliyinə təşəkkür edib. O, daha sonra iki qardaş ölkənin strateji təhsil
layihəsi Türkiyə-Azərbaycan Universiteti haqqında ətraflı məlumat verərək
bildirib ki, TAU Türkiyənin 3 aparıcı universiteti olan Orta Doğu Texniki
Universitetinin (ODTÜ) proqramı əsasında Kompüter mühəndisliyi, İstanbul
Texniki Universitetinin (İTÜ) proqramı əsasında Sənaye mühəndisliyi, Hacettepe
Universitetinin proqramı əsasında Qida mühəndisliyi ixtisasını həyata keçirir.
Günel Teymurova onu da əlavə edib ki, tədris dövlət hesabınadır və Gəncənin
texniki fənlərə meylli, yüksək bal toplayan şagirdləri bu fürsəti dəyərləndirə
bilər.
Daha sonra TAU-nun Qida mühəndisliyi
proqramının rəhbəri Prof.Dr. Ümran Uyqun, Kompüter mühəndisliyi proqramının rəhbəri
Prof.Dr.Ahmet Coşar, Kompüter mühəndisliyi ixtisasının müəllimi Dr. Y.Yakup
Akan, Sənaye mühəndisliyi proqramının rəhbəri Doç. Dr. Ömer Faruk Beyca,
İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan universitet haqqında geniş təqdimatlarla
çıxış ediblər. Universitetin akademik heyəti TAU-dakı qəbul qaydaları, qəbul
balları, tədris prosesi, yaradılan şərait, laboratoriyalar, tələbə-müəllim münasibətləri,
ixtisasların perspektivləri və karyera imkanları barədə ətraflı məlumat veriblər.
Hacettepe Universitetinin Qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen də Gəncə məktəbliləri üçün qida mühəndisliyi ixtisası, bu sahədə həyata keçirilən tədqiqat imkanları, bu sahənin Türkiyə və Azərbaycandakı əhəmiyyəti barədə bölüşüb.
Daha sonra TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı
AzTU-nun Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının
müdiri professor İsa Xəlilov universitetdəki mühəndislik proqramları barədə təqdimatla
çıxış edərək tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib.
Görüş sual-cavab sessiyası ilə davam
edib.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü olan Milli Qida Texnologiyaları Platformasının səkkizinci görüşü UNEC-in III Tədris binasında keçirilib. Görüş “Azərbaycan Milli Qida Texnologiyaları Platforması: Kadr hazırlığında dövlət dəstəyi və təhsil-sənaye inteqrasiyası” mövzusuna həsr olunub.
Görüşün əsas məqsədi ali təhsil müəssisələrində qida mühəndisliyi ixtisası üzrə kadr hazırlığının mövcud vəziyyətinin kompleks təhlili, inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, eləcə də bu istiqamətdə əsaslandırılmış təklif və tövsiyələrin hazırlanması olub.
Tədbirdə TAU-nun rektoru v.i.e. professor Vilayət Vəliyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, TAU-nun Tədris şöbəsinin müdiri dos. Günel Teymurova, eləcə də İqtisadiyyat Nazirliyi, 4SİM-in təmsilçiləri, “Veysəloğlu” Şirkətlər Qrupu, “Azərsun Holding”, “Coca-Cola”, “Siyəzən Broyler” və “Atena MMC” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə UNEC-in III Tədris binasında texniki və texnoloji istiqamətlər üzrə fəaliyyət göstərən laboratoriyaları ilə tanış olublar. Nobel mükafatı laureatı Əziz Sancar adına “Qida təhlükəsizliyi”, “Qida kimyası və mikrobiologiya” və “Qida texnologiyaları” laboratoriyalarında aparılan elmi-tədqiqat və tədris proseslərini yaxından izləyiblər.
Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev əvvəlcə iştirakçıları salamlayıb, daha sonra mövzunun aktuallığını xüsusilə vurğulayıb.
Daha sonra professor Vilayət Vəliyev, professor Ümran Uyğun və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Mecidov çıxış edərək Azərbaycan Milli Qida Texnologiyaları Platformasının yaradılmasının zəruriliyi, qida sənayesində mövcud çağırışlar, eləcə də bu sahədə dayanıqlı inkişaf perspektivləri barədə ətraflı fikirlərini bölüşüblər.
Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen “Azərbaycan Milli Qida Texnologiyaları Platforması: kadr hazırlığında dövlət-sənaye-universitet inteqrasiyası” mövzsunda təqdimatla çıxış edib və təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələr üçün geniş zəmin yaradıb.
Çıxışlar və aparılan müzakirələr zamanı qida mühəndisliyi sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsil proqramlarının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması, həmçinin təhsil və sənaye arasında institusional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi, dövlət-sənaye-universitet tərəfdaşlığının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra konkret təklif və tövsiyələr irəli sürülüb.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində növbəti seminar
keçirilib. Seminarın qonağı SİNERJİTÜRK Effektiv Biznes və Güc Birliyi Fondunun
Himayəçilər Şurasının və Direktorlar Şurasının sədri, Türkiyə İnformatika Dərnəyi
İdarə Heyətinin sədri Abdullah Raşit Gülhan olub.
Qonaq
əvvəlcə iki qardaş ölkənin ortaq akademik layihəsi olan TAU-nun parlaq tələbələri
ilə görüşünü təşkil etdiklərinə görə universitetin rəhbərliyinə və professor-müəllim
heyətinə təşəkkürünü ifadə edib.
Daha
sonra Abdullah Raşit Gülhan TAU tələbələri qarşısında “Mühəndislik, Texnologiya
və Gələcək” mövzusunda təqdimatla çıxış edib. Qonaq dünyada mühəndislik sahəsinə
verilən çağdaş tələblər, müxtəlif ölkələrin mühəndislik və texnologiya sahəsində
gördüyü işlər, reytinq cədvəllərindəki yeri, Türkiyə və Azərbaycanda mühəndislik
sahəsinin perspektivləri haqqında tələbələrə ətraflı məlumat verib. O qeyd edib
ki, trendlərin çox sürətlə dəyişdiyi dünyada ən vacib bacarıq çeviklik və
yenilikçi düşüncə tərzidir. Qonaq bildirib ki, zamanın tələblərini anlayan, sahənin
ehtiyaclarını araşdıran və problemlərə hər zaman yeni həll yolları təklif edən
vizyon sahibləri həmişə ön planda olacaqlar.
Mütəxəssis
xüsusilə vurğulayıb ki, öz işini ən xırda detalına kimi yaxşı öyrənmək, bilik və
bacarıqları ilə ölkəsinə faydalı olmaq əsl vətənpərvərlikdir. Abdulla Raşit
Gülhan TAU tələbələrinə vətəni sevməyi və peşəsi ilə xalqına səmimi qəlbdən
xidmət etməyi arzulayıb.
Seminar
sual-cavab sessiyası ilə davam edib.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri
“Xəmsə” Milli İntellektual Oyunu üzrə yarışın qaliblərindən olub.
Azərbaycan
Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual
Oyunlar Klubu və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)
İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” Milli
İntellektual Oyunu üzrə yarış “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
Yarışda
ümumilikdə 19 komanda iştirak edib. Bunlardan 12-si AzTU-nu, 4-ü TAU-nu, 3-ü isə
ATMU-nu təmsil edib.
AzTU-da
təşkil olunan yarış çərçivəsində iştirakçılar komandalar şəklində mübarizə
apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdirib. Gərgin və
maraqlı keçən yarışın nəticələrinə əsasən, 1-ci yerə ATMU-nun “Toureast”
komandası, 2-ci yerə TAU-nun “Cloud” komandası, 3-cü yerə
AzTU-nun “DyNova” komandası layiq görülüb.
Qalib
komandalara kubok və medallar təqdim olunub.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) “Karyera planlaması” mövzusunda növbəti seminar keçirilib.
Seminarın qonağı Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli
səfiri Prof. Dr. Birol Akgün olub.
Səfir
öncə iki qardaş ölkənin strateji layihəsi olan Türkiyə-Azərbaycan
Universitetində qonaq olmaqdan və tələbələrlə görüşdən məmnunluğunu ifadə edib.
O
qeyd edib ki, karyera inkişafında əsas açar elementlər nə istədiyini dəqiq bilmək,
hədəflərinə gedən yolda planlı olmaq, nizam-intizam və məsuliyyətdir.
Prof.
Dr. Birol Akgün tələbələrə sadəcə ixtisasını yaxşı öyrənməyin yetərli
olmadığını, erkən tələbəlik illərindən düzgün ünsiyyət, özünü əmək bazarına
yüksək səviyyədə təqdim etmək, xarici dillərdə kommunikasiya, peşəkar səviyyədə
əlaqələr qurmaq, şəbəkələşmə kimi yumşaq bacarıqların əhəmiyyətindən də bəhs
edib. O, həmçinin çağdaş zamanda
dünyanın bir parçası olacaq vizyonda inkişaf etməyin, eləcə də öz kimliyini,
xalqını yaxşı tanımağın, türk dünyasının mədəniyyətinə yaxşı bələd olmağın
vacibliyini də vurğulayıb.
Seminar
sual-cavab sessiyası ilə davam edib.
Türkiyənin
Gəbzə Texniki Universitetinin (GTU) rektoru professor Hacı Ali Mantar Azərbaycana
səfəri çərçivəsində Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
TAU-nun
rektoru v.i.e. professor Vilayət Vəliyev universitetdə görülən işlər, həyata
keçirilən yeniliklər barədə qonağa məlumat verib.
GTU-nun
rektoru professor Hacı Ali Mantar qonaqpərvərliyə görə TAU rəhbərliyinə təşəkkürünü
bildirib. O, iki qardaş ölkənin strateji tərəfdaşlığı üzərində qurulmuş Türkiyə-Azərbaycan
Universitetində beynəlxalq tələblərə cavab verən peşəkar kadrların
hazırlanacağına əminliyini ifadə edib.
Görüş
zamanı birgə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd
edək ki, görüşdə müdafiə sənayesi nazirinin müşaviri Osman Okur da iştirak
edib.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri “SmartSolutions
Hackathon 2026” müsabiqəsinin qalibləri seçilib.
Azərbaycan Texniki
Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “AzInTelecom” MMC-nin dəstəyi və
“Startap Azərbaycan” platformasının tərəfdaşlığı ilə təşkil olunan Hakaton süni
intellekt və mobillik, həmçinin kibertəhlükəsizlik, finTech və bulud
texnologiyaları istiqamətləri üzrə keçirilib.
Müsabiqədə TAU və
AzTU tələbələrindən ibarət komandalar mübarizə aparıb.
İki gün davam edən
hakaton çərçivəsində iştirakçılar innovativ ideyalarını real məhsul səviyyəsinə
çatdırmaq üçün intensiv fəaliyyət göstərib. İdeyanın
innovativliyi, təqdim olunan həllin texniki əsaslandırılması, bazar potensialı
və komanda performansı kimi meyarlara əsasən qaliblər müəyyən edilib.
Nəticələrə əsasən,
TAU və AzTU tələbələrindən ibarət “ISO” komandası (“AI in Agrilculture”
startapı) II yerə layiq görülüb. Süni intellekt və mobillik istiqamətində qalib
olan TAU-nun Kompüter mühəndisliyi ixtisasının tələbələri Ömər
Bəşirli, Ömər Səbzəliyev, Süleyman Salmanlı və AzTU-nun Mexatronika və
robototexnika mühəndisliyi ixtisasının tələbəsi İsmayıl Babanın startap layihəsi
əsasən Kənd təsərrüfatı sahəsində süni intellektin tətbiq edilməsinə həsr
olunub. Layihəyə əsasən kompüterlə təlimləndirilmiş süni intellekt bitki xəstəliklərini
aşkarlayır, təsnif edir, risk və yayılma ehtimalını analiz edir və müalicə
tövsiyələri təqdim edir. Layihə gələcəkdə dron və robotlarla inteqrasiya
olunaraq real monitorinq aparmağı və kənd təsərrüfatı sahəsindəki problemləri
zamanında üzə çıxartmağı nəzərdə tutur.
Həmin istiqamət üzrə
I yerə AzTU-nun “ChatX”komandası (Courier Fatigue Detector - startapı), III
yerə isə AzTU-nun “Tab-SM” (Predictive Sharing – startapı) komandası layiq
görülüb.
Kibertəhlükəsizlik,
finTech və bulud texnologiyaları istiqamətləri üzrə isə I yerin sahibi AzTU-nun
“CyberClowns” komandası (Real-Time Phishing Browser Extension - startapı), II
yerin sahibi AzTU-nun “Nimbus1950” komandası (Smart Financial Fraud Detection -
startapı), III yerin sahibi AzTU-nun “Aura” komandası ( AI Scam &
Phishing Detector – startapı) olub.
AzTU rektoru
Vilayət Vəliyev qalibləri təbrik edərək uğurlar arzu edib və mükafatları təqdim
edib.
Qeyd edək ki, I
yerin sahiblərinə 1000, II yeri qazananlara 700, III yerin qalib komandalarına
isə 500 AZN məbləğində mükafat təqdim olunub.
Türkiyə-Azərbaycan
Universiteti (TAU) Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən
Türkiyənin İstanbul şəhərində təşkil edilmiş 11-ci Avrasiya Beynəlxalq Ali Təhsil
Sammitində (EURIE 2026) təmsil olunub.
7-9
aprel tarixində Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirilən
sammitdə dünyanın 64 ölkəsindən 370 qurum, 150-dən çox universitet, 164 spiker
və 2000 ziyarətçi iştirak edib. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq,
Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin
nümayəndələri arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin genişləndirilməsi
istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.
Sammitdə
yalnız ali təhsil müəssisələrinin nümayəndələri deyil, eyni zamanda müxtəlif
ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri və təhsil siyasətini müəyyən edən
qərarverici şəxslər də iştirak ediblər.
Sammit
çərçivəsində keçirilmiş tematik konfrans proqramları beynəlmiləlləşmə
strategiyaları, ali təhsildə keyfiyyət, rəqəmsallaşma, dayanıqlılıq və qlobal
akademik əməkdaşlıq kimi aktual və strateji istiqamətləri əhatə edib.
Sammit zamanı
panel sessiyaları və sərgi də təşkil olunub. Türkiyə-Azərbaycan Universitetini
sammitdə spiker kimi təmsil edən Sənaye mühəndisliyi proqramının rəhbəri Doç.
Dr. Ömer Faruk Beyca TAU haqqında təqdimatla çıxış edib. Proqram rəhbəri
çıxışında TAU-da ilk dəfə tətbiq olunan “çətir universitet” modeli və Türkiyənin
beynəlxalq təhsil sahəsində bu layihənin oynadığı strateji əhəmiyyəti barədə məruzə
edib.
Qeyd edək ki, Avrasiya Beynəlxalq Ali Təhsil
Sammiti (EURIE) Avrasiya regionunun nüfuzlu ali təhsil müəssisələrinin əməkdaşlarını
və dünya miqyasında tanınmış təhsil ekspertlərini bir araya gətirən, dünyanın
sayca 3-cü böyük beynəxalq təhsil və sərgi sammitidir. Hər il keçirilən
EURAS-ın illik sammiti çərçivəsində sərgilər və konfranslar təşkil olunur, müxtəlif
təhsil və innovasiya məsələlərinə həsr olunmuş panellər üzrə spikerlər
diskussiyalar aparır. Bu sammit iştirakçılar üçün məlumat mübadiləsi, əlaqələrin
genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları üçün yaradılmış fürsətdir.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) “Ali təhsil müəssisələrində ingilis dili hazırlığı və
tədrisi: problemlər, çağırışlar və müasir yanaşmalar” mövzusunda vorkşop
keçirilib.
Məqsəd
universitetlərdə ingilis dili tədrisinin keyfiyyəti, tətbiq edilən metodların
effektivliyi və mövcud problemlərin müzakirəsi olub.
Tədbirdə
TAU-nun rektoru v.i.e. Vilayət Vəliyev, TAU-nun proqram rəhbərləri və akademik
heyəti, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dillər Universiteti
(ADU), Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) nümayəndələri iştirak ediblər.
TAU-nun
rektoru v.i.e. Vilayət Vəliyev ali təhsil müəssisələrində ingilis dili
hazırlığı və tədrisinin əhəmiyyətindən danışıb. O, bu sahədə Orta Doğu Texniki
Universitetinin (ODTÜ) beynəlxalq tələblərə cavab verən ingilis dili
proqramının TAU-da tədris olunduğunu bildirib. Həmçinin burada tədris aparan
ingilis dili müəllimlərinin də tədrisə müasir yanaşmaları xüsusi qeyd olunub.
TAU-nun
İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan ODTÜ-nün İngilis dili proqramı
barədə geniş təqdimat edib. O, qeyd edib ki, TAU-nun tələbələri ODTÜ-nün dil
proqramına əsasən əvvəlcə Hazırlıq (Foundation) qruplarında təməl ingilis dili
dərsləri keçirlər, daha sonra səviyyə imtahanlarından keçid balını toplamış tələbələr
oxuduqları ixtisaslara qəbul olunmuş sayılırlar, birinci və ikinci kurslarda isə
tələbələr akademik ingilis dili dərsləri keçib dil səviyyəsini inkişaf etdirirlər.
Mutlu Çalışkan onu da bildirib ki, Azərbaycan tələbələri ilə işləyən zaman
onların orta məktəbdə fərqli dil öyrənmə təcrübələri nəzərə alınır. Xüsusi
metodlarla tələbələrin biliyi monitorinq edilib qiymətləndirilir.
Daha
sonra AzTU-nun Xarici dillər kafedrasının müəllimi dosent Kəmalə
Mehdixanlı, UNEC-in Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri baş müəllim Aynur
Mirzəyeva və ADU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri
dosent Fatma Qurbanzadə təmsil etdikləri universitetlərdəki ingilis dilinin tədrisi
prosesi və problemlər haqqında məlumat veriblər. Çıxış edənlər tədrisin keyfiyyətinin
daha da artırılması üçün ODTÜ müəllimlərinin təcrübəsini faydalı hesab ediblər.
Vorkşop
sual-cavab sessiyası ilə davam edib.
Qida təhlükəsizliyi
və keyfiyyətli ərzaq istehsalı bu gün dünyada ən vacib məsələlərdən biri hesab
olunur. Bu sahədə peşəkar mütəxəssislərin hazırlanması isə həm qida sənayesinin
inkişafı, həm də cəmiyyətin sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. İki
qardaş ölkənin ortaq akademik layihəsi olan Türkiyə-Azərbaycan Universitetində
(TAU) də məhz bu məqsədlə qida mühəndisliyi ixtisasına xüsusi yer ayrılıb.
Universitetdə bu proqram Türkiyənin nüfuzlu ali məktəblərindən biri olan
Hacettepe Universitetinin təxminən 60 illik (1967) təcrübəsinə əsaslanan tədris proqramı əsasında həyata
keçirilir.
TAU-nun Qida
mühəndisliyi proqramı tələbələrə güclü akademik bilik, texniki bacarıqlar və tədqiqat
mədəniyyəti qazandırmağı hədəfləyir. Dörd illik təhsil müddətində fundamental
elmlər, mühəndislik və texnologiya fənləri ingilis dilində tədris olunur,
proqram isə bir illik ingilis dili hazırlığı mərhələsini də əhatə edir. Tədris
prosesi fizika, kimya, mikrobiologiya, alət analizi və qida texnologiyası kimi
sahələr üzrə yaradılmış müasir laboratoriyalarda aparılır.
Bəs qida mühəndisi
kimdir və onun fəaliyyəti nələri əhatə edir? Bu ixtisas niyə TAU-da prioritet
istiqamətlərdən biri kimi seçilib və Azərbaycanda qida mühəndislərinə ehtiyac
hansı səviyyədədir? Türkiyə-Azərbaycan Universitetinin Qida Mühəndisliyi
proqramının rəhbəri, Prof. Dr. Ümran Uyqun Musavat.com-un suallarına aydınlıq gətirib.
– Ümran xanım,
artıq iki ildir ki, TAU-da Azərbaycan üçün nisbətən yeni sayılan qida mühəndisliyi
ixtisası tədris olunur. Niyə məhz bu ixtisas prioritet olaraq seçilib?
– İstərdim ki, söhbətə
universitetin yaradıldığı ilk dövrdən başlayım. Qida mühəndisliyi ixtisası
kifayət qədər geniş və güclü infrastruktur tələb edən bir sahədir. Buna görə də
ilkin mərhələdə bu proqramın necə qurulacağı, hansı metodlarla təşkil ediləcəyi
ilə bağlı geniş müzakirələr aparırdıq. Lakin qısa müddət ərzində bu istiqamətdə
ciddi işlər gördük. İlk olaraq laboratoriyalar və auditoriyalar yaradıldı və
lazımi texniki baza formalaşdırıldı. Nəticədə 2024-cü ilin sentyabr ayında
artıq ilk tələbələrimizi qəbul etdik.
Birinci ildə Qida mühəndisliyi ixtisası üzrə minimum qəbul balının 450 olması isə bir çoxlarını təəccübləndirdi. Çünki Azərbaycanda bu ixtisas hələ geniş tanınmır və qida mühəndisinin kim olduğu, hansı işlə məşğul olduğu barədə məlumat çox azdır. Əslində, Türkiyədə də biz bu mərhələni təxminən 50 il (1977) əvvəl yaşamışıq. O zaman da bu ixtisas yeni yarananda insanlar sual edirdilər: qida mühəndisi kimdir – kimyaçı, bioloq, yoxsa dietoloq? Hətta bəziləri onu bu sahələrin qarışığı kimi qəbul edirdi. Lakin illər keçdikcə və Türkiyədə qida sənayesi sürətlə inkişaf etdikcə bu suallara da aydınlıq gəldi. Bu gün qida ilə bağlı hər hansı problem və ya məsələ ortaya çıxanda ilk yada düşən mütəxəssislərdən biri məhz qida mühəndisləridir.
- Qida mühəndisi konkret hansı işi görür?
- Qida mühəndisliyi
sahəsində təhsil alan tələbələr digər mühəndislik ixtisaslarında olduğu kimi əsas
mühəndislik və texniki fənləri öyrənirlər. Məsələn, kimya mühəndislərinin
keçdiyi bir çox fundamental və texniki fənlər qida mühəndisliyi proqramında da
tədris olunur. Kimya mühəndisliyi ilə qida mühəndisliyi arasındakı əsas fərq isə
istifadə olunan xammaldadır. Kimya mühəndisi xammaldan boya, yuyucu vasitələr və
ya şampun kimi məhsullar hazırlayırsa, qida mühəndisi xammalı qida məhsuluna
çevirir.
Qida mühəndisliyində
xammal dedikdə alma, armud, zeytun, buğda və ümumilikdə qida kimi istifadə
olunan bütün təbii məhsullar nəzərdə tutulur. Bu xammalın xüsusiyyətlərini və tərkibini
yaxşı bilmək isə olduqca vacibdir. Çünki hər bir canlı məhsulun tərkibində müxtəlif
mikroorqanizmlər mövcuddur. Bu səbəbdən qida mühəndisi mikrobiologiya sahəsini
də yaxşı mənimsəməlidir.
Məsələn,
zeytundan yağ əldə edərkən və ya süddən pendir hazırlayarkən həmin məhsulun tərkibində
olan mikroorqanizmləri tanımaq və onların prosesə necə təsir etdiyini bilmək
lazımdır. Bu baxımdan qida mühəndisinin işi bir qədər daha mürəkkəbdir. Bir tərəfdən
mühəndis kimi məhsulun hansı texnoloji prosesdən keçəcəyini müəyyənləşdirməli,
digər tərəfdən isə qidanın tərkibində olan mikroorqanizmləri nəzarətdə
saxlamalı və zərərli olanları aradan qaldırmalıdır.
Bütün bunlar
sağlam və keyfiyyətli qida məhsulu əldə etmək üçün vacibdir. Eyni zamanda, qida
emalı zamanı məhsulun dadı, qoxusu və rəngi də qorunmalıdır. Buna görə də qida
mühəndisi qidanın kimyasını yaxşı bilməlidir – məsələn, məhsulun rənginin hansı
maddələrdən yarandığını və qoxusunu hansı molekulların formalaşdırdığını
anlamalıdır. Yəni qida mühəndisinin işi kifayət qədər məsuliyyətlidir: həm
xammala zərər verməmək, həm də onu düzgün texnoloji prosesdən keçirərək keyfiyyətli
və təhlükəsiz qida məhsulu əldə etmək lazımdır.
-Bu ixtisas
yaranana qədər işi indiyə qədər kimlər görürdü?
-Təxminən 50 il
əvvəl bu işlə əsasən kimyaçılar və bioloqlar məşğul olurdular. Lakin qida sənayesi
çox sürətlə inkişaf etdikcə bu sahədə xüsusi ixtisaslaşmış mütəxəssislərə
ehtiyac yarandı. Azərbaycan tərəfindən ilk dəfə belə bir proqramın yaradılması
təklif olunanda biz düşündük ki, görəsən bu proqramı niyə istəyirlər. Çünki bu
proqram olduqca bahalıdır. Onun həyata keçirilməsi üçün böyük və yaxşı təchiz
olunmuş laboratoriyalar lazımdır. Bizim tələbələr həftədə təxminən 20 saatını
laboratoriyada keçirirlər. Laboratoriya isə avadanlıq, cihaz və müxtəlif alətlər
deməkdir. Bütün bunlar isə çox böyük maliyyə tələb edir.
Bu səbəbdən əvvəlcə
düşündük ki, Azərbaycan tərəfi bu layihədən imtina edə bilər. Bildirdik ki, proqram üçün əhəmiyyətli həcmdə büdcə
lazımdır. Üstəlik, laboratoriya daim yenilənməli və bunun üçün mütəmadi
maliyyə ayrılmalıdır. Buna görə də güman edirdik ki, Azərbaycan tərəfi bu
fikirdən vaz keçə bilər. Lakin belə olmadı. Gördük ki, bu ixtisasın tədrisinə
çox maraq göstərir və israrlıdır. Nəticədə biz də proqramın həyata keçirilməsi
üçün buraya dəvət olunduq. Beləliklə, fizika, kimya, mikrobiologiya
laboratoriyaları quruldu və avadanlıqlarla təchiz olundu. Onu da qeyd edim ki,
tələbələrimiz ixtisas dərslərindən əvvəl bir il ingilis dili üzrə təhsil
alırlar. Çünki tədris ingilis dilində aparılır. Ancaq elə tələbəmiz olur ki,
onların dil bilgisi yaxşı olduğuna görə onlar vaxt itirmədən birbaşa birinci
kursa - ixtisas dərslərinə başlayırlar. Məsələn, bizim iki tələbəmiz qəbuldan
elə birinci kursa keçdi, çünki ingilis dili səviyyələri çox yüksək idi. Onlara ODTÜ-nün
peşəkar və təcrübəli müəllim heyəti dərs deyir. Bizim tədris Türkiyədəki
universitetin proqramı ilə tamamiilə eynidir. Elə müəllimlərimiz var ki, Azərbaycanda
yaşayır, eləsi də var ki, 15 gündən bir gəlib dərsini deyib yenidən Türkiyəyə
qayıdır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda paralel dərs deyirlər. Bizim
tələbələr Hacettepe Universitetinin diplomlarını alacaqlar. Buna görə də məsuliyyətimiz və fədakarlığımız daha çoxdur.
-Bəli, müəllimlər
üçün iki proqramı paralel tədris etmək asan deyil...
-Bizim müəllimlər sadəcə dərs keçmirlər, həm də
onların hər birinin araşdırma laboratoriyaları var, orada elmi araşdırmalar
aparırlar, doktorantlar çalışır. Bu qədər işin arasında onlar həm də 15 gündən
bir Azərbaycana gəlib dərs verirlər. Müəllimlərimiz bunu çox böyük həvəslə
edirlər. Müəllimlərimizin Azərbaycanda qalması üçün TAU-nu gələcəkdə araşdırma
universitetinə çevirməyi düşünürük. TAU-dakı təhsil Azərbaycandakı tələbələr
üçün bir nemətdir. Onlar Türkiyədəki tədrisi almaq üçün artıq oraya getmirlər,
öz ölkələrində heç bir vəsait xərcləmədən bu təhsili alırlar.
Qeyd edək ki,
2024-cü ildə fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir
universiteti” modelidir. Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində
əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Universitetin yaradılmasına dair Anlaşma
Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.
Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın
elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də
imzaladığı sərəncam ilə Türkiyə-Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin
keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında müstəqil tələbə seçmək
hüququna malikdir və müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından
artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.
https://president.az/az/articles/view/66905
Bu ali təhsil
müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir.
Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki
Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki
Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe
Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən
tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır.
İki qardaş ölkənin
ortak akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində (TAU)
hazırda cəmi 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə
qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin
diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim
olunan hər iki diplom beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu
da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.
Şahanə Rəhimli
Musavat.com
Source:
Aprelin
7-sində Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul
şəhərində təşkil edilmiş “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti 2026”nın
açılış mərasimi keçirilib.
Sammitin
açılış mərasimində Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Prof. Dr. Erol
Özvar çıxış edib. O, qlobal inkişafın və ali təhsildəki strateji
transformasiyaların müzakirə edildiyi beynəxalq sammitdə “Türkiyə Ali Təhsilinin
2030-cu ilə doğru baxışı” çərçivəsində keyfiyyət, rəqəmsallaşma və davamlılıq hədəflərini
paylaşıb. YÖK rəhbəri yeni nəsil “çətir universitet” modeli kimi yaradılmış
Türkiyə-Azərbaycan Universiteti və Beynəlxalq Türk Dövlətləri Universiteti
haqqında da bölüşərək qeyd edib ki, bu cür təhsil modeli beynəlxalq akademik
sahədə yeni bir dövrün başlanğıcıdır.
2024-cü ildə fəaliyyətə
başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Universitetin
yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə imzalanıb.
Memorandumu
Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil
naziri Emin Əmrullayev imzalayıblar.
Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını
özündə birləşdirir. Burada Orta Doğu Texniki Universitetinin (ODTÜ) kompüter
mühəndisliyi ixtisası, İstanbul Texniki Universitetinin (İTÜ) sənaye mühəndisliyi
ixtisası, Hacettepe Universitetinin qida mühəndisliyi ixtisası tədris olunur.
TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir.
İki
qardaş ölkənin akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində
(TAU) hazırda 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə
qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin
diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim
olunacaq diplomlar beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu da
məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.
TAU-nun
rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev iki illik fəaliyyəti dəyərləndirib
və bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.
-Vilayət bəy, gəlin, söhbətimizə
ixtisas seçimindən başlayaq. Universitet yaradılarkən niyə məhz bu
3 ixtisas seçildi?
- Türkiyə-Azərbaycan
Universitetinin yaranması tarixi mahiyyət daşımaq və qardaşlığın növbəti rəmzi
olmaqla bərabər, təhsil və elm sahəsində ciddi uğurların əldə olunması üçün
yaradılıb. Burada 3 ixtisas üzrə məzun yetişdirilir və bu ixtisaslar Türkiyənin
ən prestijli universitetlərinin proqramları əsasında tədris olunur.
Hər
3 universitetin bütün xüsusiyyətləri araşdırıldı və Azərbaycan sənayesinin,
iqtisadiyyatının tələbat duyduğu ixtisaslar seçildi. Belə qərara gəlindi
ki, Orta Doğu Texniki Universitetində (ODTÜ) tədris olunan kompüter mühəndisliyi
ixtisasının proqramı Azərbaycanda da tətbiq edilsə, yeni bir trend
formalaşdırılmış olar. Çünki ODTÜ yeganə universitetdir ki, öz ixtisaslarında
klassik mahiyyəti saxlamaqla daima yenilənib. Bu universitetdə kompüter mühəndisliyi
ayrıca bir ixtisasdır və bakalavriat səviyyəsində tədris olunur. Bu, onu göstərir
ki, ixtisasın proqramı kifayət qədər peşəkar mütəxəssis tərəfindən hazırlanıb.
TAU-da kompüter mühəndisliyi ODTÜ-nün proqramı əsasında tədris olunur.
Daha
sonra sənaye mühəndisliyi dünyada ən vacib və sənayenin inkişafı üçün çox əhəmiyyətli
bir ixtisasdır. Bu, daha çox İT əsaslı və data üzərində qurulan bir sahədir.
İstanbul Texniki Universitetində (İTÜ) bu ixtisası data üzərində qurulub və iş
dünyasının tələblərinə cavab verir.
Üçüncü
aparıcı ixtisas qida mühəndisliyidir. Bu
isə Hacettepe Universitetinin tədris proqramına uyğun aparılır. Hacettepe
biotibbi texnologiyaların olduğu və qabaqcıl texnologiyaların tətbiq olunduğu
bir yerdir. Burada qida mühəndisliyi ixtisası çox güclü proqrama və müasir
laboratoriya sisteminə əsasən tədris olunur. Azərbaycanda isə qida mühəndislərinə
çox böyük ehtiyac var. Bu baxımdan qida üzrə ixtisasların qurulması çox əhəmiyyətlidir.
Hazırda universitetimizdə ixtisasa uyğun yeni laboratoriyalar yaradılıb, bu,
işin 15-20 faizi deməkdir və davamlı işlər görüləcək.
-TAU-da tələbələr ixtisas dərslərindən
öncə bir il Hazırlıq qrupları üzrə təməl ingiliscə dərsləri (Foundation) keçirlər.
Tələbələr bu periodu necə keçirlər, onların çətinliyi olurmu?
- İlk olaraq, ODTÜ-nün ingilis dili mütəxəssisləri tərəfindən tələbələrin qiymətləndirilməsi
aparılır və onların dil bilikləri yoxlanılır ki, hazır vəziyyətdə olanlar 1 il
vaxt itirməsin.
Hazırda
TAU-da 174 tələbədən 80-i hazırlıq mərhələsindədir. Onların hazırlıq balları
70-in üzərindədir. Bu, çox böyük göstəricidir. Çünki ODTÜ-nün hazırlığı kifayət
qədər ciddidir. Bir məsələni də qeyd edim ki, burada oxuyan tələbələrin müvəffəqiyyət
göstəriciləri Türkiyədəki anoloji universitetdə təhsil alan tələbələrdən yüksəkdir.
Çünki biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik.
Ümumilikdə,
birinci kursda olan tələbələrimizin sayı 86, ikinci kursda oxuyan tələbələrin
sayı 8 nəfərdir. Bəzi tələbələrimiz uğurlu göstəricilərlə dil hazırlığı keçmədən
birinci kursa birbaşa daxil olub.
- Hazırda 174 tələbəniz var.
Universitetə tələbə qəbulunda yerlərin artırılması gözlənilirmi? Ümumiyyətlə,
abituriyentlərin TAU-da təhsilə marağı necədir?
- Kompüter mühəndisliyi ixtisası üzrə əvvəlki
plan yerimiz 30 nəfər idi. 2025/2026-cı tədris ili üzrə daha 30 nəfərlik plan
yeri artırıldı. Beləliklə, qəbul sayı 60 oldu. Digər ixtisaslar üzrə isə hələ də
30 yerdir. Gələcəkdə kompüter mühəndisliyi üzrə magistr və növbəti ildə daha
yüksək göstəricilər gözləyirik. Digər ixtisaslarımız üzrə də ballar Azərbaycanda
mövcud keçid balından daha yüksəkdir. Buradakı tələbələr çox qabiliyyətlidirlər.
Bizim 4 nəfər tələbəmiz artıq universitetdə çalışır. Bundan sonra da ən
çalışqan tələbələri gələcəkdə işlə təmin edəcəyik. Tələbələrimiz yarışlara
qatılırlar və Texnofest-ə hazırlaşırlar.
-Universitet gələcəkdə magistr təhsili
verə bilərmi?
Yaxın
vaxtlarda magistratura səviyyəsi üzrə tədrisin təşkili planlaşdırılır.
Doktorantura səviyyəsi üzrə plan yerlərinin açılması üçün isə layihə təklifi
hazırlanıb və təqdim olunub.
- Universitetdə dərs deyən müəllimlər
arasında azərbaycanlılar varmı?
- Azərbaycandan
olan iki ingilis dili müəllimi işə götürülüb. Tədricən baza fənləri üzrə də azərbaycanlı
müəllimlər tədrisə cəlb olunacaqlar. Burada Türkiyədən gələn müəllimlərlə
yanaşı, Pakistandan olan müəllimlər də var.
Şahanə Rəhimli
Musavat.com
Türkiyə-Azərbaycan Universitetində (TAU) Milli Qida
Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib. TAU-nun təşəbbüsü və
təşkilatçılığı ilə həyata keçirilən iclas Ankarada Hacettepe Universitetindəki
təcrübə səfərinə həsr olunub.
İclasda TAU-nun rektoru v.i.e. Vilayət Vəliyev,
Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural
Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun,
"Qida mühəndisliyi" ixtisasının tədris olunduğu Türkiyə-Azərbaycan
Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti,
Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin
professor-müəllim heyəti iştirak edib.
İclas zamanı Ankarada keçirilən əvvəlki iclasda
Hacettepe Universiteti Qida Mühəndisliyi Bölümünün elmi-tədqiqat
laboratoriyaları və tələbə laboratoriyalarına edilən ziyarətin, qida mühəndisliyi
proqram strukturunun (infrastruktur, avadanlıq və cihazlar, ixtisaslaşmış tədqiqatçılar
- müəllim heyəti, magistr və doktorant tələbələr və s.) necə qurulmalı olduğuna
dair qazanılmış mühüm təcrübələr barədə müzakirələr aparılıb. Platforma
iştirakçıları həmçinin Ankara səfəri zamanı öz müşahidələrini də bölüşüblər.
Müzakirələr zamanı növbəti görüşün prioritetləri də
müəyyən edilib.
Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera
planlaması” mövzusunda növbəti seminar keçirilib.
Seminarın qonağı gömrük
və logistika sahəsində ixtisaslamış təcrübəli expert, hazırda kənd təsərrüfatı
şirkətləri üçün satış logistikası, strateji planlama və təchizat zəncirinin
optimallaşdırılması sahələrində konsultant, iqtisad elmləri üzrə fəlsəfə
doktoru Kənan Məmmədov olub.
TAU tələbələrini görməkdən məmnunluğunu ifadə edən
qonaq əvvəlcə iş dünyasının görünməyən tərəflərindən və çağdaş zamandakı tələblərdən
bəhs edib.
İş adamı öz təcrübəsini tələbələr üçün bölüşərək bildirib
ki, karyera üçün yaxşı təhsil almaq yetərli deyil, nəzəri biliklər və bu biliklərin praktikada düzgün
metodika ilə tətbiq edilməsi, çağdaş sənayenin və kənd təsərrüfatının tələblərinə
cavab verən bacarıq və vərdişlərin təcrübədə qazanılması çox vacibdir.
Kənan Məmmədov həmçinin strateji planlama, analitik
düşüncə qabiliyyəti, intizam və məsuliyyəti də karyera inkişafı üçün mühüm
bacarıqlar kimi qiymətləndirib.
Qonaq həmçinin yeni sahələr yaratmağı, ehtiyac duyulan sahələr üçün yerli xammal imkanlarını dəyərləndirməyi də TAU tələbələrinin diqqətinə çatdırıb.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) tələbəsi Beynəlxalq Universitetlərarası Proqramlaşdırma
Müsabiqəsinin (ICPC) universitet daxili seçim turlarında qalib olub.
Beynəlxalq
müsabiqənin əsas məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında
proqramlaşdırma və problemləri həll etmə bacarıqlarını üzə çıxarmaq və
formalaşdırmaqdır.
Yarış
AzTU İnformasiya Texnologiyaları və Telekommunikasiya fakültəsi Tələbə Elmi Cəmiyyəti,
Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və ICPC Azərbaycan
Regional Rəhbərliyinin təşkilati dəstəyi ilə TAU və AzTU tələbələri arasında keçirilib.
Yarışın
açılışını edən AzTU İTT fakültəsinin sosial işlər üzrə dekan müavini Ülviyyə Kərimova
bu cür müsabiqələrin tələbələr üçün yeni təcrübə, yeni dostluqlar
qazandırdığını vurğulayıb və onlara uğurlar arzulayıb.
Daha
sonra ICPC-nın Azərbaycan üzrə Regional Rəhbəri Etibar Seyidzadə müsabiqənin
qaydaları haqqında tələbələrə ətraflı məlumat verib.
Dörd
saat davam edən müsabiqənin nəticələrinə əsasən, TAU-nun Kompüter mühəndisliyi
ixtisasının tələbəsi Alim Nəzərəlli müsabiqədə I yeri qazanıb. II və III yerləri
müvaviq olaraq AzTU İTT fakültəsinin tələbələri Fərəc Fərəcov və Fuad Cəfərli
bölüşdürüblər.
Müsabiqənin
sonunda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Qaliblər sertifikat, “İnnab
School”, “Peerstack” və “Devlab” şirkətləri tərəfindən mükafatlandırılıb.
Bundan əlavə, qalib tələbələr müsabiqənin növbəti mərhələləri üçün mentor dəstəyi
də alacaqlar.
ICPC ilk dəfə keçən əsrin 70-ci illərində ABŞ-da təşkil olunub və zamanla beynəlxalq səviyyədə tanınan nüfuzlu müsabiqəyə çevrilib. ICPC Dünya Finalı hər il müxtəlif ölkələrdə keçirilir və təşkilatçı ölkələr üçün beynəlxalq imic baxımından böyük imkanlar yaradır.
Türkiyə-Azərbaycan Universitetində (TAU) “Rəqəmsal
iqtisadiyyat və sənaye mühəndisliyi: Data əsaslı qərarvermə” mövzusunda vorkşop
keçirilib.
Vorkşopun əsas məqsədi dövlət, sənaye və
universitetlər arasında əməkdaşlıq platforması yaratmaq və rəqəmsal
iqtisadiyyat dövründə sənayenin inkişafına töhfə verəcək yeni ideyaların
müzakirəsi olub.
Tədbirdə TAU-nun rektoru v.i.e. Prof. Dr. Vilayət Vəliyev,
İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Bəxtiyar Əliyev, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
İqtisadi təhlil şöbəsinin müdiri Cavid Süleymanlı, TAU-nun Sənaye mühəndisliyi
proqramının rəhbəri Doç. Dr. Ömer Faruk Beyca, İqtisadi Zonaların İnkişafı
Agentliyinin Rezidentlərə dəstək və koordinasiya şöbəsinin Rezidentlərlə iş
bölməsinin rəhbəri Nadir Nadirli, 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin
müdiri Xəyalə Fətullayeva, həmçinin dövlət qurumlarının, sənaye sektorunun və
müxtəlif universitetlərin nümayəndələri iştirak edərək rəqəmsal transformasiya
və sənayenin gələcəyi mövzularını müzakirə ediblər.
Vorkşop çərçivəsində sənayedə süni intellekt və data analitikası, Sənaye 4.0 texnologiyaları və robotlaşdırılmış istehsal sistemləri kimi mövzular müzakirə olunub. İştirakçılar rəqəmsal texnologiyaların sənaye məhsuldarlığını artırmaqda mühüm rol oynadığını vurğulayıblar. Tədbirdə həmçinin gələcəyin mühəndisinin hazırlanması və universitet kurikulumlarının sənaye ehtiyaclarına uyğunlaşdırılması məsələləri müzakirə edilib. Ekspertlər universitet-sənaye əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Tanınmış kino və teatr aktyoru, səsləndirmə sənətçisi
və rejissor Tamer Karadağlı Türkiyə-Azərbaycan Universitetinin (TAU) qonağı
olub.
Eyni zamanda Türkiyə Dövlət Teatrları Baş İdarəsinin
direktoru və bədii rəhbəri olan Tamer Karadağlı 10 Mart Azərbaycanın Milli
Teatr Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Bakıya gəldiyini və səfər
çərçivəsində Türkiyə-Azərbaycan Universitetində qonaq kimi dəvət edilməkdən də
məmnunluğunu ifadə edib.
TAU-nun Kino Klubunun təşkilatçılığı ilə baş tutan
görüşdə aktyor tələbələrlə mədəniyyət və incəsənət haqqında, karyerasında önəmli
yer tutan teatr və kino aktyorluğu, səsləndirmə sənəti barədə söhbətlər edib.
Gənclərlə sənətin ictimai təsirindən danışan Tamer
Karadağlı teatrın cəmiyyətləri bir-birinə yaxınlaşdıran universal bir dil
olduğunu da xüsusi vurğulayıb.
Türkiyəli aktyor sənət və təhsilin iki qardaş ölkə
arasında əlaqələri daha da gücləndirdiyini bildirib. O, gələcəyin mühəndislərinə
peşələrində özünü daha yaxşı ifadə etmək üçün ədəbiyyat və incəsənətlə daima
maraqlanmağı və bunu həyatın bir parçasına çevirməyi tövsiyə edib.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan görüş
zamanı Türkiyənin incəsənət ustası ona ünvanlanmış teatr, kino və səsləndirmə sənəti
ilə bağlı sualları səmimiyyətlə cavablandırıb.
Görüşün sonunda Tamer Karadağlı gənclərlə xatirə
fotosu çəkdirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
(ETİHİ RK) Türkiyə-Azərbaycan Universitetinin (TAU) 3 tələbəsinə “Həmkarlar
ittifaqı təqaüdü” təqdim edib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali
təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri
və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından
keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev
çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər
siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil
almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr
kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində
ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident
Mehriban Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev
Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə
gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb.
Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi,
əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində
AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı
hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı
təqaüdü” proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr
arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə
etməyə təşviq edir.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini
Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq
müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də
yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, “Həmkarlar
ittifaqı təqaüdü” proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm
rol oynayacağını diqqətə çatdırıb.
Sonda 2024-2025-ci tədris ilinin yay imtahan
sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə
həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən TAU-nun Qida mühəndisliyi
ixtisasının tələbəsi Xədicə Məmmədova, Sənaye mühəndisliyi ixtisasının tələbəsi
Diana Kotkova və Kompüter mühəndisliyi ixtisasının tələbəsi Coşqun Qasımlıya “Həmkarlar
ittifaqı təqaüdü” təqdim olunub.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini
icra edən Vilayət Vəliyev TAU tələbələrinə “Karyera planlaması” mövzusunda
seminar keçib.
Seminar zamanı Vilayət Vəliyev şəxsi bacarıqlar,
maraqlar və dəyərləri təhlil edərək uzun və qısamüddətli peşəkar hədəfləri müəyyənləşdirmək,
bu hədəflərə çatmaq üçün atılacaq addımları sistemli şəkildə formalaşdırmağın
yolları və bu istiqamətdə vacib nüansları tələbələrin diqqətinə çatdırıb.
Bildirib ki, süni intellekt dövründə ən böyük üstünlük analitik düşüncə
bacarığıdır.
Analitik düşüncə bacarığının təhsil və karyera həyatında
mühüm rolundan danışan Vilayət Vəliyev, gənclərdə özünü qiymətləndirmək, zamanı
idarə etmək, innovasiyalara açıq olmaq kimi vərdişlərin formalaşması istiqamətində
də fikirlərini bölüşüb.
Şəki şəhəri 7 nömrəli tam orta məktəbdə Türkiyə-Azərbaycan
Universitetinin (TAU) kollektivi və tələbələrinin iştirakı ilə tanıtım günü
keçirilib.
Şəki məktəblilərini salamlayan və tanıtım gününün
açılışını edən TAU-nun Tədris şöbəsinin rəhbəri Günel Teymurova əvvəlcə
yaradılan şəraitə görə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinə və
məktəbin müdiriyyətinə təşəkkürünü ifadə edib. Daha sonra iki
ölkənin qardaşlığını simvolizə edən Türkiyə-Azərbaycan Universiteti haqqında
məlumat verərək bildirib ki, TAU 2024-cü il fevralın 19-unda Ankarada Türkiyə
Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti Cənab İlham
Əliyevin iştirakı ilə imzalanan Anlaşma Memorandumu əsasında yaradılıb və
memorandumu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar və
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar. Hazırda 174 tələbənin TAU-da dövlət hesabına
təhsil aldığını bildirən Günel Teymurova Şəki məktəblilərini bu fürsəti ağıllı
dəyərləndirməyə dəvət edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat
sektorunun müdiri Rauf Əsədov TAU kollektivini, professor-müəllim heyətini və tələbələri
Şəkidə görməkdən məmnunluğunu bildirib. O, belə bir tədris mühitində oxumaq
fürsətini Şəki məktəbliləri üçün əvəzsiz imkan kimi qiymətləndirib.
Daha sonra TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Prof.Dr. Ümran Uyqun, Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr.Ahmet Coşar, Sənaye mühəndisliyi proqramının rəhbəri Doç.Dr. Ömer Faruk Beyca və Hazırlıq proqramının rəhbəri Mutlu Çalışkan universitet haqqında geniş təqdimatlarla çıxış ediblər. Universitetin akademik heyəti bildirib ki, TAU çətir universitet modelidir və təhsil proqramları Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Təhsilin kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTU), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparıldığını vurğulayan proqram rəhbərləri son iki ildə Azərbaycanın fərqli bölgələrindən yüksək ballı və istedadlı abituritentləri DİM imtahanları vasitəsi ilə qəbul etdiyini qeyd ediblər. Bildirilib ki, TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir və ən əsası, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur.
TAU-nun Kompüter mühəndisliyi ixtisasının tələbələri
Zəhra Mustafayeva, Nuray Abbasova, Sənaye mühəndisliyi ixtisasının tələbələri Həlimə
Rəşidova, Ayan Mehtizadə və Qida mühəndisliyi ixtisasının tələbələri Həyat Cəfərli,
Məhəmməd Abdullayev oxuduqları proqramlar barədə təqdimatlar edərək
universitetdəki dərs prosesi, tələbə-müəllim münasibətləri və laboratoriyalar
haqqında danışıblar. Onlar son iki ildəkeçdikləri inkişaf yolu, Türkiyəyə olan
orientasiya səfəri, ODTÜ müəllimlərinin ingiliscə vərdişləri üzərində peşəkar səviyyədə
işləməsi haqqında da təəssüratlarını bölüşüblər.
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar
fevralın 26-da Türkiyə-Azərbaycan Universitetində (TAU) anım tədbiri keçirilib.
Tədbirdə TAU və Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim heyəti,
tələbələr iştirak edib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin
torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən
övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və
Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirin moderatoru AzTU-nun Humanitar fənlər
kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində
yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni
təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində
613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə
yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum
deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər
iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Həbib Mirzəyev qeyd edib ki, Xocalı soyqırımından 34
il keçsə də faciənin yaşatdığı ağrılar, acılar heç zaman sağalmayacaq.
Daha sonra çıxış edən TAU-nun Qida mühəndisliyi
proqramının rəhbəri Ümran Uyqun və Kompüter mühəndisliyi proqramının rəhbəri
Əhməd Coşar Xocalı faciəsinin bəşəriyyətin ən dəhşətli və qanlı cinayət hadisələrindən
biri olduğunu qeyd ediblər.
TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev
Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə
qarşı törədilmiş soyqırım olduğunu deyib. Bildirib ki, Ali Baş Komandan,
Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində tariximizə
qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisası
alındı. Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç
zaman unutmayacaq.
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Türkiyə-Azərbaycan
Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi
fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib.
Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb,
faciə qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən
366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının
Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər,
o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib,
1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu
soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya
festivalı “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi, “Bilim Bakı” Mərkəzinin
rəhbəri Ahmet Köse Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri üçün
infosessiya keçirib.
İnfosessiya zamanı Ahmet Köse “TEKNOFEST” festivalı
haqqında təqdimatla çıxış edib. O, əvvəlcə “TEKNOFEST”in yaradılma tarixi, məqsədi,
festivalın fəlsəfəsi, daha sonra festival çərçivəsində keçirilən “5G və Süni
İntellektə əsaslanan Ağıllı Yol Təhlükəsizliyi”, “Biotexnologiya İnnovasiyası”,
“Blokçeyn”, “Raketlərin Şaquli formada Enişi”, “Elektron ticarət”, “Ağıllı Təchizat
Zənciri və Logistika Optimallaşdırması”, “Gələcəyin Dayanıqlı Şəhərləri”,
“Maliyyə Texnologiyaları”, “Aviasiyada Süni İntellekt” və s. müxtəlif
kateqoriyalar üzrə müsabiqələr haqqında bölüşüb.
Festivalın Azərbaycandakı təmsilçisi müsabiqələrdə həm
məktəblilər, həm tələbələr, həm də məzunların iştirak edə biləcəyini xüsusilə
vurğulayıb.
Ahmet Köse “Teknofest 2026” üçün nəzərdə tutulan
müsabiqələrin şərtləri, layihələrin təqdimat formatı barədə də TAU
tələbələrini məlumatlandırıb.
Görüşün sonunda “TEKNOFEST Azərbaycan”ın nümayəndəsi müxtəlif mövzularda startap ideyaları olan TAU tələbələrini maraqlandıran sualları cavablandırıb.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri
Quba rayonunda yerləşən “Nazlı bulaq” istirahət mərkəzində qış düşərgəsində
iştirak edib.
Düşərgə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının
(ETİHİ) dəstəyi və Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar
İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilib.
İki gün davam edən düşərgədə tələbələrin asudə
vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər keçirilib.
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal
arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə verdiyi
tapşırıqlara uyğun olaraq Türkiyə-Azərbaycan Universitetində (TAU) vorkşop
keçirilib.
"Azərbaycanın yeni rəqəmsal arxitekturası
kontekstində universitetlərin rolu: İT və süni intellekt istiqamətində kadr
hazırlığında yeni model" mövzusuna həsr olunan vorkşopda dövlət
qurumlarının, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri, İT və süni
intellekt üzrə mütəxəssislər eləcə də bu istiqamətdə təhsil alan tələbələr
iştirak ediblər.
TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev
bildirib ki, iki ildir fəaliyyət göstərən universitetdə rəqəmsallaşma,
informasiya texnologiyaları, eləcə də süni intellekt istiqamətində müzakirələrin
təşkil olunması təqdirəlayiqdir. Sözügedən istiqamətlərdə əmək bazarının tələblərinə
cavab verən kadr hazırlığının TAU-da əsas hədəflərdən olduğu diqqətə
çatdırılıb.
Elm və Təhsil Nazirliyinin əməkdaşı Osman Hacıyev rəqəmsal
bilik və bacarıqların artırılmasının prioritet məsələlərdən biri kimi
nazirliyin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, hazırda
ölkədə fəaliyyət göstərən 50 ali təhsil müəssisəsindən 23-də süni intellekt və
digər rəqəmsal sahələr üzrə ixtisaslı kadr hazırlığı həyata keçirilir. Osman
Hacıyev bu istiqamət üzrə məzunların məşğulluq göstəricilərinin yüksək olduğunu
qeyd edərək, əmək bazarında həmin sahələrdə mütəxəssislərə ciddi tələbatın
mövcudluğunu da diqqətə çatdırıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) İdarə Heyətinin
sədr müavini Rəşad Xalıqov rəqəmsal transformasiya, kibertəhlükəsizlik,
internet idarəçiliyi və fərdi məlumatların mühafizəsi üzrə siyasətin
formalaşdırılmasında, eləcə də süni intellekt, data idarəçiliyi və oxşar
istiqamətlərdə fəaliyyətin əlaqələndirilməsində agentliyin davamlı işlər
gördüyünü və bu istiqamətlərdə universitetlərə dəstək verməyə hazır olduğunu
vurğulayıb.
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri
akademik Ramiz Alıquliyev müasir dövrdə dünyada süni intellektin
inkişafından danışıb. Dünyada bu sahədə aparılan tədqiqatları izləməyin
vacibliyini diqqətə çatdıran akademik sözügedən istiqamətlərdə kadr hazırlayan
universitetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ahmet Coşar süni intellektin həm iş, həm təhsil həyatındakı rolundan bəhs edib. O, süni intellektin təhsildə və tədqiqatlar zamanı işləri asanlaşdırdığı kimi, zərərli məqamlarından da danışıb. TAU-nun proqram rəhbərinin fikrinə görə, bu məsələlər qanunla tənzimləndikdə neqativ halların qarşısı alına bilər. Professor onu da əlavə edib ki, TAU-da tədrisin ingilis dilində olması kompüter mühəndisliyi sahəsindəki inkişafı birbaşa və orijinal beynəlxalq mənbələrdən izləmək imkanı verir və tələbələrin süni intellekt alətlərindən istifadə edərək davamlı olaraq yeni məlumatlar əldə etməsi, özlərini bacarıqlı və bilikli mühəndislər kimi yetişdirməsi peşəkar tələbdir.
AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik
İnstitutunun direktoru Rahid Ələkbərli bildirib ki, ölkə prezidentinin irəli
sürdüyü yeni rəqəmsal arxitekturaya hər kəs töhfə verməlidir. Onun fikrincə,
universitetlərin akademik heyəti sənayenin yeni çağırışlarını nəzərə almalı, İT
və süni intellekt sahəsindəki proqramlar yenilənməli, tələb olunan ehtiyaclara
uyğun kadrlar hazırlanmalıdır və bu, ölkənin rəqəmsal təhlükəsizliyi üçün
vacibdir.
Vorkşop çərçivəsində Orta Doğu Texniki
Universitetinin (ODTÜ) Kompüter mühəndisliyi ixtisasının müəllimi Prof.Dr. Okan
Topçu çıxış edərək bildirib ki, rəqəmsallaşmanın strateji məqsədinə uyğun
olaraq, universitetlər süni intellektin transformativ təsirinə fəal şəkildə
reaksiya verməlidirlər.
Hacettepe Universitetində kimya müəllimi Dr. Gülbin
Kurtay qeyd edib ki, Türkiyədə və dünya universitetlərində yeni material və
ya dərman maddələrinin kəşfində ənənəvi laboratoriya sintezindən əvvəl,
hesablama kimyası və süni intellekt vasitəsilə molekul dizaynının aparılmasını
tələbələrin məzun olmadan yiyələnməli olduğu əsas təcrübələrdən biri kimi diqqətə
çatdırıb. Tədqiqatçı müəllim Azərbaycan universitetlərinə Yüksək Performanslı
Hesablama Mərkəzinin (HPC) yaradılmasını təklif edib. O, vurğulayıb ki, bu
təşəbbüs həm elmi-tədqiqat mühiti, həm də tələbələrin gələcək rəqabətədavamlılığının
əhəmiyyətli dərəcədə artırılmasına mühüm töhfə verə bilər.
Çıxışlardan sonra vorkşop sual-cavab sessiyası ilə
davam edib.
Bu gün Türkiyə-Azərbaycan Universitetinin (TAU)
yaranmasının iki ili tamam olur.
TAU Türkiyə və Azərbaycanın aparıcı ali məktəblərinin
ən güclü ixtisaslarının sintezi əsasında qurulan “çətir universitet” modelidir.
Burada Türkiyənin Orta Doğu Texniki Universitetinin
(ODTÜ) Kompüter mühəndisliyi proqramı, İstanbul Texniki Universitetinin (İTÜ) Sənaye
mühəndisliyi proqramı, Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı tədris
olunur.
Qeyd edək ki, Türkiyə–Azərbaycan Universitetinin
yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri
Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
İki yaşlı universitetimizi təbrik edir, elm və təhsil
sahəsinin inkişafı istiqamətində uğurlar arzulayırıq!
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Birol Akgün Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
Səfirlə görüşən TAU-nun rektoru vəzifəsini icra edən
Vilayət Vəliyev və proqram rəhbərləri universitetdə görülən işlər və həyata
keçirilən yeniliklər barədə səfirə ətraflı məlumat verib.
Görüş zamanı Prezident İlham Əliyevin “Azərbaycanın
yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə
verdiyi tapşırıqlara uyğun olaraq TAU-da görüləcək işlər, eləcədə Azərbaycan
Milli Qida Texnologiyaları Platforması üzrə universitetlərlə birgə fəaliyyətlər
barədə fikir mübadiləsi aparılıb.
Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzi olan
TAU-nun yaradılmasının iki illiyində universiteti ziyarət etməkdən məmnunluğunu
ifadə edən səfir Birol Akgün burada görülən işləri və həyata keçirilən
yenilikləri yüksək qiymətləndirib.
Türkiyə-Azərbaycan Universitetində fevralın 20-si
saat 11:00-da "Azərbaycanın yeni rəqəmsal arxitekturası kontekstində universitetlərin
rolu: İT və süni intellekt istiqamətində kadr hazırlığında yeni model" mövzusunda vorkşop keçiriləcək.
Məqsəd Azərbaycanın yeni rəqəmsal arxitekturasına
uyğun İT və süni intellekt üzrə kadr modelinin formalaşdırılması, universitet,
dövlət və özəl sektorun əməkdaşlıq mexanizminin qurulması, tədris
proqramlarının yenilənməsi üçün yol xəritəsinin müəyyən edilməsi və praktiki
bacarıqların artırılmasına fokuslanan yeni modelin təqdim edilməsidir.
Vorkşopda TAU-nun rektoru vəzifəsini icra edən
professor Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili
şöbəsinin əməkdaşı Osman Hacıyev, İnformasiya Texnologiyaları İnstitutunun şöbə
müdiri akademik Ramiz Alıquliyev, TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri
Prof.Dr. Ahmet Coşar, AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik
İnstitutunun direktoru Dr. Rahid Ələkbərli iştirak edəcəklər.
Vorkşop çərçivəsində İnformasiya Texnologiyaları
istiqaməti üzrə TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof.Dr.
Ahmet Coşar, Orta Doğu Texniki Universitetinin Kompüter Mühəndisliyi
ixtisasının müəllimi Prof.Dr. Okan Topçu, Süni İntellekt istiqaməti üzrə
Hacettepe Universitetinin Qida mühəndisliyi ixtisasının müəllimi Dr. Gülbin
Kurtay spiker kimi təqdimatlarla çıxış edəcəklər.
Vorkşopa Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz moderatorluq edəcək.
Bu
gündən etibarən Türkiyə-Azərbaycan Universitetində (TAU) 2025-2026-cı tədris
ili üzrə yaz semestri başlayıb.
Semestr ərzində keçirilən dərslər mayın sonunda
yekunlaşacaq.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü və
Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural
Gökmenin rəhbərliyi ilə Milli Qida Texnologiyaları Platformasının 6-cı
toplantısı Ankara şəhərində keçirilib. TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə
Azərbaycanda qida mühəndisliyi ixtisasının tədris olunduğu altı ali təhsil müəssisəsinin
mütəxəssislərindən ibarət nümayəndə heyətinin Türkiyənin Hacettepe
Universitetinə akademik səfəri təşkil edilib.
Səfər çərçivəsində TAU-nun Qida Mühəndisliyi
proqramının rəhbəri Prof. Dr. Ümran Uyqunun başçılıq etdiyi Azərbaycan Texniki
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti,
Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin
professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Hacettepe
Universitetinin Qida Mühəndisliyi fakültəsinin elmi-tədqiqat infrastrukturu ilə
yaxından tanış olublar.
Əvvəlcə Hacettepe Universitetinin Qida Mühəndisliyi
proqramının rəhbəri Prof. Dr. Ali Topcu Azərbaycandan gəlmiş akademik nümayəndə
heyətini salamlayıb və universitetin akademik heyətini qonaqlara təqdim edib.
Daha sonra fakültənin tədris və elmi-tədqiqat fəaliyyəti haqqında ümumi məlumat
verilib. Azərbaycandan gəlmiş professor-müəllim heyəti Hacettepe Universitetində
qida mühəndisliyi sahəsində həyata keçirilən təhsil proqramları və tədris
planları ilə yaxından tanış olub, eyni zamanda tələbə və elmi-tədqiqat
laboratoriyalarına da baxış keçirib.
Günün ikinci yarısında Hacettepe Universitetinin
10-dan çox elmi-tədiqat laboratoriyası və 7-dən çox tədris laboratoriyasında
aparılan elmi araşdırmalar, davam edən layihələr və icra olunan tədqiqat işləri
barədə yerində təqdimatlar edilib. Görüş zamanı professor-müəllim heyəti
Hacettepe Universitetinin Bioaktiv Qida, İnstrumental Analiz, Qida və
biotexnologiya yönümlü tədqiqatlar (FoodOmics), Qida Mikrobiologiyası, Qida
Keyfiyyəti və Təhlükəsizliyi (FoQuS), Süd Texnologiyası, Hububat (Dənli bitkilər)
və Yağ Texnologiyası, Sürətli Analiz Metodları və eləcə də ixtisaslaşmış tədqiqat
laboratoriyaları ilə yaxından tanış olub. Universitetin akademik heyəti
laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar və tətbiq olunan elmi
yanaşmalar haqqında ətraflı məlumat verib.
Proqram çərçivəsində bu cür qarşılıqlı akademik səfərlərin
gələcəkdə birgə elmi tədqiqatların aparılması, layihələrin icrası və akademik əməkdaşlıqların
genişləndirilməsi üçün mühüm zəmin yaratdığı vurğulanıb.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) tərəfdaşı
Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Gəncləri Günü münasibətilə
tədbir keçirilib.
AzTU Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar
İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə
açan prorektor Rəşad Əliyev həm AzTU-nun, həm də TAU-nun gənc əməkdaşlarını
və tələbələrini Azərbaycan Gənclər Günü münasibətilə təbrik edib. Prorektor ölkədə
aparılan gənclər siyasəti, eləcə də gənclərin ölkədə müxtəlif sahələrin
inkişafında oynadığı mühüm rolu haqqında danışıb. O, hər zaman gəncləri
universitet həyatının lokomotivi olduğunu və onların peşəkar inkişafının
inzibati heyət üçün hər zaman prioritet olduğunu xüsusi vurğulayıb.
Tədbir çərçivəsində elm, təhsil, ictimai fəaliyyət və
universitet həyatında göstərdikləri fəallığa görə AzTU ilə paralel, TAU-nun gənc
əməkdaşları və tələbələri fəxri fərman və hədiyyələrlə təltif olunub.
Tədbirin sonunda AzTU Həmkarlar İttifaqı Komitəsinin
sədri Lalə Piriyeva gəncləri təbrik edib, onlara hər zaman öz üzərlərində
çalışmağın önəmindən bəhs edib və hər birinə gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
Türkiyə-Azərbaycan Universitetinin tələbələri AzTU
İnkubasiya Mərkəzində "Startap Azərbaycan" platformasının tərəfdaşlığı
ilə keçirilən “Startap Günləri” innovasiya tədbirində qaliblərdən olub.
İki gün davam edən tədbirdə Azərbaycan Texniki
Universitetinin (AzTU), Türkiyə-Azərbaycan Universitetinin (TAU) və Milli
Aviasiya Akademiyasının (MAA) tələbələri iştirak edib. Tədbir innovativ
ideyalara maraq göstərən tələbələrin, mentorların və ekspertlərin iştirakı ilə
yüksək dinamika və aktivlik şəraitində baş tutub.
Komandalar hazırladıqları layihələri 4-5 dəqiqəlik təqdimatlar
formasında münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Münsiflər heyəti layihələri
innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma
potensialı meyarları üzrə qiymətləndirib. Qiymətləndirmənin nəticələrinə görə,
TAU-nun kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisaslarının hazırlıq
qrupu tələbələri Ömər Bəşirli, Ömər Səbzəliyev, Zərəngiz İsmayılova, Nihad Məmmədov,
Murad Niftəliyev və AzTU-nun energetika mühəndisliyi və sistemlər mühəndisliyi
ixtisaslarının tələbələri Arzu Aslanova, Məmməd İsmayıllının təmsil olunduğu
“Nexo” komandası 3-cü yerə layiq görülüb. Tələbələrin birlikdə hazırladığı
“NEXO” (əlaqələndirici deməkdir) adlı startap layihəsi internetsiz mesajlaşmanı
nəzərdə tutan mobil tətbiqdir. Bu tətbiq əsasən təbii fəlakətdən əziyyət çəkən
insanlar və böyük festivallar, konsertlər üçün nəzərdə tutulub. Mobil tətbiq
Bluetooth Mesh şəbəkəsi və WiFi texnologiyalarını özündə birləşdirərək
internetsiz mesajlaşmanı təmin edir.
Tədbirin sonunda qalib tələbələrə diplomlar, aktiv
iştirak etmiş digər tələbələrə iştirakçı sertifikatları təqdim edilib.
“Startap Günləri”nin əsas məqsədi ölkədə startap
ekosisteminin inkişafına töhfə vermək, gənclərin ideya istehsalında və biznes
quruculuğunda fəal iştirakını təşviq etmək və yeni startapların formalaşmasını
stimullaşdırmaqdır.
Türkiyə-Azərbaycan Universitetində (TAU) Sovet
imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi
qanlı qırğının 36-cı ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycan
torpaqlarının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən
övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət
Himni səsləndirilib.
TAU-nun Tədris işləri şöbəsinin müdiri Günel
Teymurova 20 Yanvara həsr olunmuş təqdimatla çıxış edib. O, çıxışında 20
Yanvarın Azərbaycan tarixinin həm kədərli, həm qəhrəmanlıq səhifəsi, həm də
Müstəqilliyə gedən yol olduğunu bildirib. Şöbə müdiri vurğulayıb ki, 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə Kreml rəsmiləri xalqımızın haqq səsini boğmaq,
mübarizə əzmini məhv etmək üçün qanlı qırğın planlaşdırmışdı, lakin Azərbaycan
xalqının göstərdiyi birlik həmin gün silahlı atışmaya qalib gəldi.
Qeyd olunub ki, illər keçsə də Azərbaycan xalqı
Sovet qoşunlarının törətdiyi bu cinayəti unutmayacaq, o qanlı gecədə şəhidlik
zirvəsinə yüksələn Vətən övladlarını xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Dinc əhaliyə qarşı törədilmiş bu cinayətə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr
olunmuş video çarx nümayiş olunub.
Türkiyə-Azərbaycan Universitetində (TAU)
2025/2026-cı tədris ilinin payız semestri üzrə qış imtahan sessiyası başa
çatıb.
TAU-nun birinci və ikinci kurs tələbələri üçün
imtahanlar müvafiq ixtisaslar kompüter mühəndisliyi, sənaye mühəndisliyi və
qida mühəndisliyi üzrə tərəfdaş universitetlərin (Orta Doğu Texniki
Universiteti - ODTÜ, İstanbul Texniki Universiteti - İTÜ və Hacettepe
Universiteti) imtahan qaydaları və qiymətləndirmə meyarları əsasında təşkil
edilib.
Hazırlıq qruplarında təhsil alan tələbələr qış
imtahan sessiyası çərçivəsində baza ingilis dili, birinci və ikinci kurs tələbələri
isə akademik ingilis dili imtahanlarını veriblər.
Birinci və ikinci kurs tələbələri ixtisas fənləri ilə
yanaşı, təməl elmlər sayılan riyaziyyat, fizika, kimya fənləri üzrə nəzəriyyə və
laboratoriya imtahanlarını yekunlaşdırıblar.
Qeyd edək ki, imtahan sessiyasının gedişinə nəzarətin
həyata keçirilməsi, akademik dürüstlüyün və şəffaflığın təmin olunması məqsədilə
TAU-da İmtahan Komissiyası fəaliyyət göstərir. Komissiya tərəfindən imtahan
prosesinin təşkili, qaydalara riayət olunması, eləcə də mümkün müraciət və
şikayətlərin operativ şəkildə araşdırılması təmin edilir.
TAU-da ümumilikdə cəmi 174 tələbə təhsil alır.
Türkiyə-Azərbaycan Universitetində (TAU) Milli Qida
Texnologiyaları Platformasının beşinci toplantısı keçirilib. Türkiyə-Azərbaycan
Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən iclas qida mühəndisliyi
sahəsində təhsil proqramları və tədris planlarının (ali təhsilin bakalavriat səviyyəsi
üzrə) yenilənməsi istiqamətində işlərə başlanmasına həsr olunub.
İclasda TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Elm və Təhsil
Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev,
Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural
Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun,
"Qida mühəndisliyi" ixtisasının tədris olunduğu Türkiyə-Azərbaycan
Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti,
Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti,
ADA-İtaliya Azərbaycan Universitetinin professor-müəllim heyəti iştirak edib.
Görüşdə hazırda universitetlərdə tətbiq olunan qida
mühəndisliyi üzrə təhsil proqramları və tədris planları (ali təhsilin
bakalavriat səviyyəsi üzrə) ətraflı analiz olunub. Türkiyənin qida mühəndisliyi
sahəsində aparıcı ali təhsil müəssisəsi olan Hacettepe Universitetinin bu
istiqamətdə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb. Hacettepe
Universitetinin Qida mühəndisliyi proqramının strukturu, tətbiqyönümlü dərsləri
və ixtisaslaşmağa verdiyi önəmi müsbət təcrübə kimi dəyərləndirilib.
Görüşdə Azərbaycan ali məktəblərində Qida mühəndisliyi ixtisası üzrə təhsil
proqramları və tədris planlarının təkmilləşdirilməsi və gələcəkdə görüləcək tədbirlər
ətrafında da fikir mübadiləsi aparılıb. Ölkədə qida mühəndisliyi üzrə
ixtisaslaşmanın aparılmasının, həmçinin təcrübə yönümlü dərslərin tədris
prosesində rolunun artırılmasının vacibliyi xüsusi vurğulanıb.
Türkiyə-Azərbaycan Universitetində (TAU)
2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası çərçivəsində birinci
kurs tələbələri üçün akademik ingilis dili imtahanları keçirilib.
İmtahanlar Orta Doğu Texniki Universiteti (ODTÜ) nəzdində
fəaliyyət göstərən Xarici Dillər Məktəbinin Müasir Dillər Bölməsinin “Akademik
İngilis dili 101” (“ENG101 - English for Academic purposes”) proqramına uyğun
olaraq keçirilir.
130 dəqiqə davam edən imtahanda tələbələr üçün ingilis dilində özünüifadə səviyyəsi,
söz bazası, tənqidi düşüncə bacarıqları və fikirlərini daha
sistemli formada çatdırma vərdişləri yoxlanılır.
Qeyd edək ki, birinci kurs tələbələrinin akademik
ingilis dili kursunun ikinci mərhələsi növbəyi semestrdə keçiriləcək.
Türkiyə-Azərbaycan Universitetində (TAU)
2025/2026-cı tədris ilinin payız semestri üzrə qış imtahan sessiyası başlayıb.
Sessiya yanvarın 16-da yekunlaşacaq.
TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi və
qida mühəndisliyi ixtisasları üzrə təhsil alan birinci və ikinci kurs tələbələri
üçün imtahanlar tərəfdaş universitetlərin (ODTÜ, İTÜ və Hacettepe Universiteti)
qaydaları və qiymətləndirmə meyarları əsasında təşkil edilib.
Hazırlıq qruplarında təhsil alan tələbələr isə qış
imtahan sessiyası çərçivəsində yalnız ingilis dili fənnindən imtahan verirlər.
Qeyd edək ki, imtahan sessiyasının gedişinə nəzarətin
həyata keçirilməsi, şəffaflığın təmin olunması məqsədilə TAU-da İmtahan
Komissiyası fəaliyyət göstərir.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Sənaye mühəndisliyi
proqramının birinci kurs və hazırlıq qrupu tələbələri 20-27 dekabr tarixlərində
İstanbul Texniki Universitetində (İTÜ) səfərdə olub.
Səfər zamanı TAU tələbələri İTÜ-nün Maçka kampusunda
professor-müəllim heyəti ilə görüşüblər. Burada tələbələr sənaye mühəndisliyinin
tədris proqramları ilə tanış olublar. İTÜ-nün Arı Texnoparkı ilə tanışlıq
zamanı tələbələrə startaplar, onların əmək bazarında işləmə prinsipləri barədə
məlumat verilib.
Səfər çərçivəsində TAU rektoru vəzifəsini icra edən Vilayət
Vəliyev və İTÜ rektoru Hasan Mandal tələbələrlə görüşüb, onların səfər barədə təəssüratlarını
dinləyib.
Səfər proqramı çərçivəsində TAU-nun sənaye mühəndisliyi
ixtisasının tələbələri müxtəlif laboratoriya və emalatxanalarla tanış olublar.
İTÜ Solar Car Team-də günəşlə işləyən maşınların “Teknofest 2025”də ikinci yerə
layiq görüldüyü qeyd olunub. Sözügedən maşın tələbələrdə böyük maraq oyadıb.
Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə
TAU tələbələrinin İstanbulun tarixi yerləri, məscidləri və muzeylərinə
ekskursiyası təşkil edilib.
Bir həftə davam edən səfər TAU tələbələrində zəngin təəssürat yaradıb.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi
proqramının birinci kurs və hazırlıq qrupu tələbələri 20-27 dekabr tarixlərində
Hacettepe Universitetində səfərdə olub.
Səfərin ilk günü TAU tələbələri Hacettepe Universitetinin
qida mühəndisliyi ixtisasında dərs deyən müəllimlərlə, qida mühəndisliyi icması
ilə tanış olublar. Səfər çərçivəsində TAU tələbələri Hacettepe
Universitetinin kampuslarında yaradılan şəraitlə tanış olub, həmçininn
universitetin nəzdində fəaliyyət göstərən Biosfer (Biomüxtəliflilik) Muzeyinə
da ekskursiya ediblər.
TAU rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və
Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran tələbələrlə görüşüb,
onların təəssüratlarını dinləyib, suallarını cavablandırıblar.
Süd fabrikinə ekskursiya zamanı burada qida mühəndisliyi ilə
bağlı vacib məlumatıar TAU tələbələrinin diqqətinə çatdırılıb.
TAU tələbələri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa
Kamal Atatürkün Anıt Qəbir məqbərəsini, Ankara qalasını ziyarət edib,
həmçinin Türkiyənin Prezident Sarayının Millət Kitabxanası ilə tanış olublar.
Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə
Hacettepe Universitetinin kampusundakı əyləncəli oyunlar təşkil olunub.
Bir həftə davam edən səfər TAU tələbələrində zəngin təəssürat yaradıb.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) Kompüter mühəndisliyi proqramının birinci kurs və
hazırlıq qrupu tələbələri 20-27 dekabr tarixlərində Orta Doğu Texniki
Universitetində (ODTÜ) səfərdə olub. Zəngin proqram əsasında həyata keçirilən səfər
çərçivəsində tələbələr ODTÜ-nün müxtəlif mətkəzləri və laboratoriyaları ilə
tanış olublar. Həmçinin TAU tələbələri ODTÜ tələbələri ilə birlikdə dərslərdə də
iştirak ediblər. ODTÜ-nün Texnoparkı ilə tanışlıq zamanı tələbələrə burada
görülən işlər, həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində
TAU rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və ODTÜ rektoru Ahmet
Yozgatlıgil tələbələrlə görüş keçirib, onların təəssüratlarını dinləyib,
suallarını cavablandırıblar.
TAU tələbələri
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt Qəbir məqbərəsini
də ziyarət edib, həmçinin Türkiyənin Prezident Sarayının Millət
Kitabxanası ilə tanış olublar.
Tələbələrin asudə
vaxtlarının səmərəli keçməsi məqsədilə ODTÜ-nün Mədəniyyət Mərkəzində təşkil
olunan konsert proqramı xoş anlarla yadda qalıb.
Bir həftə davam edən səfər TAU tələbələrində zəngin təəssürat yaradıb.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev İstanbula səfəri
çərçivəsində İstanbul Texniki Universitetini (İTÜ) ziyarət edib.
Səfər çərçivəsində
Vilayət Vəliyev İTÜ-də səfərdə olan TAU tələbələri ilə görüşüb, tələbələrin təəssüratlarını
dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, dünyanın ilk “çətir universitet” modeli olan TAU-da İTÜ-nün Sənaye mühəndisliyi proqramı tədris olunur. Hər il TAU-nun sənaye mühəndisliyi ixtisasına yeni qəbul olunan tələbələrin İTÜ-nün kampusu ilə tanışlıq məqsədilə bu universitetə bir həftəlik səfəri təşkil olunur.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Ankaraya səfəri
çərçivəsində Orta Doğu Texniki Universitetini (ODTÜ) ziyarət edib. Səfər çərçivəsində
Vilayət Vəliyev ODTÜ rektoru Ahmet Yozgatlıgillə görüşüb. Görüş zamanı TAU-da tədrisin
gedişi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin ODTÜ-nün TAU-da həyata
keçirdiyi Kompüter mühəndisliyi proqramı ilə bağlı gələcəkdə görüləcək işlər
müzakirə olunub.
Daha sonra TAU
rektoru v.i.e. Vilayət Vəliyev ODTÜ-də səfərdə olan TAU tələbələri ilə
görüşüb. Dialoq formatında keçən görüşdə tələbələrin səfərlə bağlı təəssüratları
dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dünyanın ilk “çətir universitet” modeli olan TAU-da ODTÜ-nün Kompüter mühəndisliyi proqramı tədris olunur. Hər il yeni qəbul olunan tələbələrin ODTÜ kampusu ilə tanışlıq məqsədilə bu universitetə bir həftəlik səfəri təşkil olunur.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Ankaraya səfəri
çərçivəsində Hacettepe Universitetini ziyarət edib. Səfər çərçivəsində Vilayət
Vəliyev Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranla görüşüb. Görüş
zamanı TAU-da Hacettepe Universiteti ilə birgə Qida mühəndisliyi proqramı üzrə
gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.
Səfər çərçivəsində
Vilayət Vəliyev Hacettepe Universitetinin qida mühəndisliyi laboratoriyaları ilə
tanış olub.
Daha sonra TAU
rektoru v.i.e. Vilayət Vəliyev Hacettepe Universitetində səfərdə olan TAU tələbələri
ilə görüşüb. Dialoq formatında keçən görüşdə tələbələrin səfərlə bağlı təəssüratları
dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dünyanın ilk “çətir universitet” modeli olan TAU-da Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı tədris olunur. Hər il TAU-ya yeni qəbul olunan tələbələrin Hacettepe Universitetinin kampusu ilə tanışlıq məqsədilə bu universitetə bir həftəlik səfəri təşkil olunur.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar
İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə Gənc Tədqiqatçılar Forumu çərçivəsində
bilik yarış keçirilib.
Forumun məqsədi tələbələrin
ingilis dilində elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək, onların araşdırma
nəticələrini təqdim etmək və elmi fəaliyyətə marağını artırmaqdır.
Yarışda TAU-nun
kompüter mühəndisliyi və qida mühəndisliyi ixtisaslarının tələbələri fəal
iştirak edib.
10-30 noyabr tarixlərində
elmi-tədqiqat işlərinin qəbulu, 1-10 dekabr tarixlərində isə təqdim olunan işlərin
münsiflər heyəti tərəfindən qiymətləndirilməsi mərhələsi həyata
keçirilib.
Qiymətləndirmə
mövzunun aktuallığı və elmi əhəmiyyəti, tədqiqatın məqsəd və nəticələrinin
aydınlığı, məzmunu və nitq mədəniyyəti, metodologiyanın düzgün seçilməsi,
yaradıcılıq kimi meyarlara əsasən aparılıb.
Final mərhələsinə vəsiqə
qazanan 6 komanda müxtəlif mövzular üzrə layihələrini təqdim ediblər. Təqdimatlardan
sonra münsiflər heyətinin yekun qiymətləndiməsinə əsasən, yarışın qalibləri müəyyən
edilib.
TAU-nun kompüter mühəndisliyi ixtisasının tələbələri Abdullah Novruzlu (“DNA Düyün Simulyator və Xarakteristika Təxmini” layihəsi ilə), Fərid Dilavərli və Mikayıl Həsənli (“Beyin Kompüter İnterfeysləri” layihəsi ilə) 3-cü, qida mühəndisliyi ixtisasının tələbələri Xədicə Məmmədova, Məryəm Cəbrayılova və Həyat Cəfərli (“Soyudulmuş Ətin Qorunması üçün Ekoloji Cəhətdən Təmiz Nişasta və Pektin Örtükləri” layihəsi ilə) və kompüter mühəndisliyi ixtisasının tələbəsi Tuncay Qafarlı (“Riyazi Alqoritmlər + OpenCV vasitəsilə Vizual Artifikasiyaların Tətbiqi” layihəsi ilə) 2-ci, qida mühəndisliyi ixtisasının tələbələri Rəsul İsmayılov, Elnur Səmədov, Sənan Eyyubov (“Funksional Ayran” layihəsi ilə) və kompüter mühəndisliyi ixtisasının tələbəsi Fərhad Səfərli (“RISC-V/FS: Pipelined CPU və Ona Uyğun Xüsusi Kompilyator Alət Zəncirinin Tam Sitem Səviyyəsində Birgə Dizaynı” layihəsi ilə) isə 1-ci yerə layiq görülüb.
Qaliblərə sertifikat
və pul mükafatı təqdim olunub.
Türkiyənin Ali Təhsilin
Keyfiyyəti Şurasının (YÖKAK) sədri professor Ümit Kocabıçak, Sakarya Universitetinin
rektoru professor Hamza Al və Girnə Universitetinin prorektoru professor Əsər Gəmikonaklı
Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
Qonaqlar TAU-nun
rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyevlə görüşüblər.
Görüş zamanı qonaqlara TAU-nun fəaliyyəti, tədris prosesi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir
keçirilib.
Əvvəlcə
universitetin foyesində Ulu Öndərin büstü önünə güllər düzülüb, xatirəsinə
ehtiram ifadə olunub. Daha sonra Ümummilli Liderin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
TAU-nun rektoru vəzifəsini
icra edən Vilayət Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində
rolu və dövlət quruculuğu istiqamətində mühüm fəaliyyəti barədə danışıb.
Bildirib ki, Ulu Öndərin
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində
bütün sahələrdə inkişafa nail olunub. Müasir dövlət idarəçiliyinin banisi də məhz
Ulu Öndər Heydər Əliyevdir.
Tədbirdə çıxış edən
Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu
Ümummilli Liderin 90-cı illərin əvvəlində məhv olmaq təhlükəsi ilə üz-üzə qalan
Azərbaycanın xilası üçün bir ümid işığı olduğunu bildirib. Qeyd edib ki, Ulu
Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət və xalq
birliyi formalaşdı, dövlətçilik şüuru gücləndi, xalqın dövlətə olan inamı
artdı.
TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun, Maliyyə və inzibati işlər şöbəsinin müdiri Elşad Mirzəyev, tarix müəllimi Zərifə Nəzirli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında xüsusi xidmətlərini qeyd ediblər. Bildirilib ki, “Azərbaycan və Türkiyəbir millət, iki dövlətdir” müdrik kəlamı bu gün iki ölkə arasında qardaşlıq və strateji əməkdaşlığın əsasını təşkil edir.
Tədbirdə TAU-nun
qida mühəndisliyi ixtisasının I kurs tələbəsi Xədicə Məmmədova Ulu Öndərə həsr
olunan şeir səsləndirib.
Daha sonra TAU-nun
kompüter mühəndisliyi ixtisasının tələbəsi Dilarə Hüseynzadə “Heydər Əliyev və
təhsil” mövzusunda təqdimatla çıxış edib.
Türkiyənin Ali Təhsilin
Keyfiyyəti Şurasının (YÖKAK) sədri professor Ümit Kocabıçak, Sakarya Universitetinin
rektoru professor Hamza Al və Girnə Universitetinin prorektoru professor Əsər Gəmikonaklı
Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
Qonaqlar TAU-nun
rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyevlə görüşüblər.
Görüş zamanı qonaqlara TAU-nun fəaliyyəti, tədris prosesi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.
Azərbaycan Texniki
Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı
ilə 8 Noyabr – Zəfər Günü və universitetin 75 illik yubileyi münasibətilə təşkil
olunmuş “Zəfər turniri”nin bağlanış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qalibləri təbrik edən
AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, “Zəfər turniri” həm Zəfər Gününün
tarixi əhəmiyyətinin qeyd olunması, həm də AzTU-nun 75 illik yubileyinə töhfə
verən mühüm tədbirlərindən biridir. O, AzTU tələbələrinin idman sahəsində beynəlxalq
və yerli yarışlarda uğurlarını xüsusi qeyd edib. Bildirib ki, AzTU-da sağlam həyat
tərzinin təbliği hər zaman diqqət mərkəzində saxlanılır.
Daha sonra
mükafatlandırma mərasimi olub.
Qeyd edək ki, turnirdə 200-dən çox birinci kurs tələbəsi 6 idman növü üzrə mübarizə aparıb. Yarışlar futbol, voleybol, stolüstü tennis, dama, şahmat və basketbol üzrə təşkil olunub. Turnirdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri də iştirak edib. Onlar şahmat, dama və stolüstü tennis yarışlarında müvafiq olaraq 1-ci və 3-cü yerlərə layiq görülüblər.
Tükiyə-Azərbaycan
Universiteti (TAU) tələbələrin keyfiyyətli tədris alması ilə yanaşı, onların
karyera inkişafını da hər zaman diqqət mərkəzində saxlayır.
Belə ki, həm qəbul,
həm də semestr imtahanlarında yüksək nəticə göstərən tələbələr Aytac Hüseynli,
Tuncay Qafarlı, Həsənbəy Həmidov və Fərhad Səfərli TAU-da işə qəbul olunub.
Kompüter mühəndisliyi
ixtisası üzrə təhsil alan tələbələr Kompüter laboratoriyasında müəllim
assistenti kimi fəaliyyət göstərəcəklər.
Onlar dərs zamanı öyrəndikləri bilikləri təcrübədə tətbiq edəcəklər.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) Zəfər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə
universitetin foyesində xalqlarımızın böyük liderləri, öndərləri Heydər
Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət
himnləri səsləndirilib.
Tədbiri giriş sözü
ilə açan TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun Azərbaycan
xalqını Zəfər Günü münasibətilə təbrik edib və bildirib ki, bu iki qardaş ölkə
sevincli və kədərli günlərdə bir-birinin yanındadır, bir-birinə dəstəkdir. O,
Türk dünyasının liderləri Heydər Əliyevi və Mustafa Kamal Atatürkü yad edərək
qeyd edib ki, onların qoyduğu iz hamımıza nümunə olmalıdır və ölkəmizi onlar
kimi sevərək, qoruyaraq fayda verməliyik. Ümran Uyqun vurğulayıb ki, bu gün Azərbaycan
gənclərinin, xüsusilə TAU tələbələrinin ən vacib vəzifəsi peşəkar mütəxəssis
kimi yetişərək ölkələrimizin inkişafına töhfə vermək olmalıdır.
TAU-nun Maliyyə və
inzibati işlər şöbəsinin müdiri Elşad Mirzəyev 44 günlük Vətən müharibəsində
qazanılmış Qələbə münasibətilə universitetin akademik heyəti, tələbələri və əməkdaşlarını
təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə güclü iradəsi, hərbçilərimizin şücaəti ilə qazanılan şanlı Zəfəri deyil,
xalqımızın birliyinin, qətiyyətinin və yenilməz duruşunun beş illik qalibiyyətini
qeyd edirik.
Azərbaycan Texniki
Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı
TAU komandasını Zəfər Günü münasibətilə təbrik edib. O bildirib ki, dünyanın
ilk “çətir universitet” modeli olan Türkiyə-Azərbaycan Universiteti məhz
tarixi, şanlı qələbədən sonra iki qardaş ölkənin dostluğu, strateji müttəfiqliyinin
rəmzi olaraq fəaliyyətə başlayıb və burada oxuyan tələbələrin inkişafı üçün
geniş imkanlar yaradılıb.
TAU-nun Tədris işləri
şöbəsinin müdiri Günel Teymurova qeyd edib ki, Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan ordusunun fədakarlığı və
xalqımızın birliyi ilə 5 il öncə torpaqlarımız işğaldan azad edilib. O bildirib
ki, Zəfər dövrünün gəncləri olaraq TAU tələbələri Vətənə nümunəvi vətəndaş
olmaq üçün daima özlərini inkişaf etdirməlidirlər.
TAU-nun müəllimi Zərifə
Nəzirli “Zəfərə aparan yol: 44 günlük müharibə və Türk birliyi” mövzusunda təqdimatla
çıxış edib.
Tədbir zamanı TAU-nun Qida mühəndisliyi ixtisasının I kurs tələbəsi Xədicə Məmmədova “Salam, Qarabağ” adlı şeir səsləndirib. Sonda TAU-nun Sənaye mühəndisliyi ixtisasının I kurs tələbəsi Elvina Abbasovanın Zəfər Günü ilə bağlı hazırladığı videoçarx nümayiş edilib.
Türkiyə Azərbaycan
Universitetinin (TAU) Kompüter mühəndisliyi proqramının tələbələri Nuray Məmmədli
və Zeynəb Siyabova “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata
keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın qaliblərindən
olublar.
Təqaüd proqramının
2025-ci il üzrə təqdimat mərasimində qalib tələbələr təltif olunub. Bu tədris
ilində proqramdan ümumilikdə 93 tələbə qız yararlanacaq və onlara aylıq təqaüdlər
təqdim olunacaq.
“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2021-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilir və indiyədək 250-dən çox qız tələbənin təhsil və peşəkar inkişafına dəstək göstərilib. Təqaüd proqramı qızların təhsil imkanlarının genişləndirilməsinə, onların elmi, sosial və ictimai həyatda daha fəal iştirakına töhfə vermək məqsədi daşıyır.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) əmək münasibətlərinin tənzimlənməsi, daxili qayda və
prosedurların tətbiqi ilə bağlı əməkdaşlar üçün infosessiya keçirilib.
Məqsəd əməkdaşların,
o cümlədən əcnəbi vətəndaşların universitetin daxili qaydalarına, həmçinin əmək
münasibətlərindən irəli gələn məsələlərə adaptasiyasının asanlaşdırılması,
hüquqi məlumatlılığın artırılması və qarşılıqlı məsuliyyət mədəniyyətinin möhkəmləndirilməsi
olub.
İnfosessiya
sual-cavab formatında davam edib. İştirakçılara Azərbaycan Respublikasının Əmək
Məcəlləsi və TAU-nun Daxili Nizam-İntizam Qaydaları əsasında aktual məsələlər
izah edilib.
Görüş zamanı əməkdaşlara hüquq və öhdəliklər, məzuniyyət, icazə, iş vaxtı rejimi, əmək müqavilələri və intizam məsuliyyəti ilə bağlı prosedurlar barədə ətraflı məlumat verilib. Bundan əlavə, əcnəbi əməkdaşlara Elektron Hökümət Portalından (https://my.gov.az/) istifadə qaydaları barədə məlumatlarıcı videoçarx nümayiş olunub.
Azərbaycan Texniki
Universitetində (AzTU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkiyənin
ilk kosmonavtı, hərbi pilot Alper Gezeravcı ilə görüş keçirilib. Tədbirdə AzTU
tələbələri ilə yanaşı, Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri də
iştirak edib.
Rektor Vilayət Vəliyev
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcının AzTU-ya səfər etməsindən məmnunluğunu
bildirib. Qeyd edib ki, Alper Gezeravcının tələbələrlə görüşü onlar üçün böyük
motivasiyadır.
Yunus Əmrə
İnstitutunun koordinatoru Gökhan Seyhan tələbələrin elm, tədqiqat, texnologiya
sahəsində uğur qazanan dünyaşöhrətli insanlarla görüşlərinin təşkil edilməsinin
qürurlu olduğunu deyib.
Daha sonra Türkiyənin
ilk kosmonavtı Alper Gezeravcı geniş təqdimatla çıxış edib. Bildirib ki, son 19
ay ərzində 224 şəhərdə 503 proqram həyata keçirilib. Məqsəd gələcəyin təminatı
olan gənclərlə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran sualları
cavablandırmaqdır. Alper Gezeravcı tələbələrə kosmonavtikanın görünən və görünməyən
tərəflərindən bəhs edib. O həmçinin çəkisizlik şəraitində baş verən dəyişikliklər
və onun insan psixologiyasına təsirindən danışıb. Tədbirdə kosmonavt Alper
Gezeravcının keçdiyi həyat yolu, eləcə də karyerasında qazandığı təcrübələrdən
bəhs edən videolar da nümayiş etdirilib. Türkiyə ilə Azərbaycan arasındakı
sarsılmaz birlik və qardaşlıq münasibətlərindən danışan kosmonavt, türkiyəli və
azərbaycanlı gənclərin yüksək intellekt və praktik düşüncə qabiliyyətinə malik
olduğunu deyib.
Görüş zamanı tələbələrin sualları cavablandırılıb.
Xatırladaq ki, ilk
türk astronavt Alper Gezeravcının 2024-cü il yanvarın 19-da kosmosa səyahəti
başlayıb. O, Beynəlxalq Kosmik Stansiyada 22 gün qalıb və 13 fərqli elmi təcrübədə
iştirak edib. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar
insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal
texnologiyaları, fundamental elmlər sahələrini əhatə edib.
Oktyabrın 20-də
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 5-ci iclası
keçirilib.
İclasda ölkəmizdə səfərdə
olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi
nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində
iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və
Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər.
İclas çərçivəsində
Türkiyə - Azərbaycan Universitetinin illik hesabatı, eləcə də gələcək inkişaf
perspektivləri müzakirə edilib. İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin
daha da təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində
fikir mübadiləsi aparıblar.
Daha sonra elm və təhsil
naziri Emin Əmrullayev, Ali Təhsil Şurasının sədri Erol Özvar cari ildə Türkiyə-Azərbaycan
Universitetinə qəbul olunmuş tələbələrlə də görüşüb.
Elm və Təhsil
Nazirliyinin “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində nazirliyin Elm,
ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının, həmçinin Türkiyə-Azərbaycan
Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin rəhbər heyətinin,
professor-müəllim və inzibati heyətinin iştirakı ilə görüş keçirilib.
Görüşün əsas məqsədi
iki illik fəaliyyəti dövründə Türkiyə-Azərbaycan Universitetinin inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıya çıxan çətinliklərin həlli və ali
təhsildə prioritet sahələrin müzakirəsi olub.
Görüş zamanı ali təhsildə
idarəetmənin səmərəliliyinin artırılması, təhsil proqramlarının müasir tələblərə
uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin
olunması, ikili diplom proqramlarının təşkili, eləcə də qanunvericilik
bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.
Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir görüşün təşkilinə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib, bu müzakirələrin ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
27 Sentyabr - Anım
Günü ilə əlaqədar Türkiyə-Azərbaycan Universitetinin (TAU) və Azərbaycan
Texniki Universitetinin (AzTU) kollektivi Zəfər parkını ziyarət edib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) Bilik Günü qeyd olunub.
Əvvəlcə
universitetin foyesində xalqlarımızın böyük liderləri, öndərləri Heydər
Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub.
Daha
sonra torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və
Türkiyənin dövlət himnləri səsləndirilib.
Tələbələri
və müəllimləri salamlayan TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev
yeni tədris ilinin başlaması və Bilik Günü münasibətilə təbriklərini çatdırıb.
Bildirib ki, ötən ildən fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti təkcə
təhsil müəssisəsi deyil, həm də iki ölkənin qardaşlığının növbəti rəmzidir. TAU
“çətir universitet” funksiyasını yerinə yetirir. Bu model dünyada ilkdir. Belə
ki, TAU-ya Azərbancandan Azərbaycan Texniki Universiteti, Türkiyədən isə Orta
Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe
Universiteti tərəfdaş kimi cəlb olunub.
Burada
kompüter, sənaye və qida mühənisliyi ixtisasları üzrə tədris aparılır. Tədris
ingilis dilində həyata keçirilir. Ötən il olduğu kimi, bu il də qəbul
imtahanlarında yüksək nəticə göstərən tələbələr TAU-nu seçib. Bu il ən yüksək
bal toplayan tələbə Rəhim Qasımzadə olub. O, 674,3 balla TAU-ya qəbul olunub.
Vilayət Vəliyev tələbələrə onlara yaradılan imkanlardan yararlanmağı, dərslərini yaxşı oxumağı, müəllimlərin tövsiyələrini dinləməyi arzulayıb.
TAU-nun
tədris işləri üzrə prorektoru Mehmet Şimşir də Bilik Günü münasibətilə təbriklərini
çatdırıb. Mehmet Şimşir TAU-da tədrisin gedişi ilə bağlı tələbələrə ətraflı məlumat
verib.
Sonra universitetə
yüksək balla qəbul olunan tələbələrin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək
ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı
yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair
Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.
Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın
elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Türkiyə-Azərbaycan
Universitetinin (TAU) rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyevin
rəhbərlik etdiyi nümayəndə heyəti “Synergia Academy” şirkətində olub. Görüşdə
Hacettepe Universitetinin professoru Vural Gökmen də iştirak edib.
Görüşün əsas
məqsədi TAU-da universitet-sənaye işbirliyi çərçivəsində sənaye müəssisələrinin
peşə tələblərinə uyğun birgə təlim imkanlarının müzakirəsi, xüsusilə qida mühəndisliyi
ixtisası üzrə təhsil alan tələbələrin əmək bazarının tələblərinə cavab verən
kadr kimi yetişdirilməsi olub.
TAU-nun
rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev universitetdə görülən
işlərlə bağlı məlumat verib.
“Synergia
Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva TAU ilə əməkdaşlıqdan məmnunluğunu
ifadə edib. Daha sonra sənaye müəssisələrinin peşə tələblərinə uyğun birgə təlim
imkanları barədə geniş təqdimat olub, mümkün təlim istiqamətləri və idarəetmə
mexanizmləri üzrə ətraflı məlumat verilib. Hacettepe Universitetinin professoru
Vural Gökmen Türkiyə universitetlərinin bu istiqamətdə təcrübəsini
bölüşüb.
Görüş zamanı TAU və “Synergia Academy”nin xarici ölkələrin qabaqcıl mühəndislik universitetləri ilə birgə tədris və tədqiqat layihələrini həyata keçirməsi imkanları müzakirə olunub.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə
abituriyentlər, onların valideynləri iştirak edib. TAU-nun rektoru vəzifəsini
icra edən Vilayət Vəliyev, Sənaye mühəndisliyi bölümünün rəhbəri Ömər Faruk
Beyca, Qida mühəndisliyi bölümünün rəhbəri Umran Uygun universitetlə bağlı
müraciətçiləri maraqlandıran sualları cavablandırıb.
TAU-da tədris
prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki
Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki
Universiteti tərəfdaş kimi cəlb olunub.
Yeni tədris
ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi
ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində
həyata keçiriləcək.
Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.
Dövlət
İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin
sərgisi başa çatıb.
Sərgidə Türkiyə-Azərbaycan
Universitetinin (TAU) də nümayəndələri iştirak ediblər.
3 gün
müddətində TAU stendini 100-ə yaxın abituriyent və onların valideynləri ziyarət
edib.
Xatırladaq ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək idi.
Rektor AzTU və Türkiyə-Azərbaycan
Universitetinin (TAU) stendinə baxış keçirib, ziyarətçilərlə görüşüb. Daha
sonra rektor digər universitetlərin də stendini ziyarət edib
Bu gün Dövlət İmtahan Mərkəzində ali
təhsil müəssisələrinin sərgisinin açılışı olub.
Sərginin keçirilməsində məqsəd ixtisas
seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə
tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək
göstərməkdir. Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçıları
salamlayaraq ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak
etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ –
ixtisas seçimi haqqında məlumat verib. Daha sonra sərgiyə baxış keçirilib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan
Universiteti (TAU) də sərgidə öz stendi ilə təmsil olunur.
Hər gün saat 13:00-da TAU haqqında
geniş təqdimat nümayiş olunur.
30 iyul – 1 avqust 2025-ci il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunan sərgidə ziyarətçilər TAU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa bilərlər.
Türkiyə-Azərbaycan Universitetində
(TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər,
onların valideynləri və universitetin fəaliyyəti ilə maraqlanan şəxslər iştirak
edib. TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Kompüter
mühəndisliyi bölümünün rəhbəri Okan Topçu və Sənaye mühəndisliyi bölümünün
rəhbəri Ömər Faruk Beyca universitetlə bağlı müraciətçiləri maraqlandıran
sualları cavablandırıb.
TAU-da tədris prosesinə Türkiyədən Orta
Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe
Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi
cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye
mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün
ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.
Müasir ali təhsil müəssisələri modeli
dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur, onlardan birincisi də Türkiyə-Azərbaycan
Universiteti oldu. Növbəti belə universitetin İordaniyada açılması
planlaşdırılır.
Bu barədə Türkiyə Ali Təhsil Şurasının
(YÖK) sədri Erol Özvar məlumat verib.
Onun sözlərinə görə, Türkiyə-İordaniya
Universitetinin yaradılması ilə bağlı İordaniya Krallığının Ali Təhsil və Elmi
Tədqiqatlar Nazirliyi ilə danışıqlar aparılıb və müzakirələrdən sonra müvafiq
niyyət memorandumu imzalanıb.
YÖK rəhbəri Türkiyə-Azərbaycan
Universiteti modelini “Türkiyə universitetlərinin dünyada nüfuzunun artırılması
üçün mühüm fürsət” adlandırıb. E.Özvar onu da bildirib ki, Türkiyədə
universitetlərə qəbul üçün vahid imtahan (TR YÖS) tezliklə dünyanın 100-ə yaxın
ölkəsini əhatə edəcək.
(AZƏRTAC)
Türkiyə-Azərbaycan Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər, onların valideynləri və universitetin fəaliyyəti ilə maraqlanan şəxslər iştirak edib. TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və Kompüter mühəndisliyi bölümünün rəhbəri Okan Topçu universitetlə bağlı müraciətçiləri maraqlandıran sualları cavablandırıb.
TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.
Türkiyə-Azərbaycan
Universitetində (TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə
abituriyentlər və onların valideynləri iştirak edib. TAU-nun prorektoru Mehmet
Şimşir abituriyentlər və valideynlərlə görüşərək universitetlə bağlı onları
maraqlandıran sualları cavablandırıb.
TAU-da tədris
prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki
Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki
Universiteti tərəfdaş kimi cəlb olunub. Yeni tədris ilində universitetdə
kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə
tədris aparılacaq.
Bütün
ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.
Türkiyə-Azərbaycan Universitetində
(TAU) "Açıq qapı” günü keçirilib. "Açıq qapı” günündə abituriyentlər
və onların valideynləri iştirak edib. TAU-nun prorektoru Mehmet Şimşir
abituriyentlər və valideynlərlə görüşərək universitetlə bağlı onları
maraqlandıran sualları cavablandırıb.
TAU-da tədris prosesinə Türkiyədən Orta
Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe
Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi
cəlb olunub. Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye
mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis
dilində həyata keçiriləcək.
Qeyd edək ki, TAU-da tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib. Səfir TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə TAU-nun fəaliyyəti və tədris prosesi barədə səfirə ətraflı məlumat verilib.
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə Türkiyənin Bingöl Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi TAU-nun prorektoru Mehmet Şimşir və Bingöl Universitetinin rektoru Erdal Çelik imzalayıb. Müqavilədə müvafiq istiqamətlər üzrə müəllim-tələbə mübadiləsi, birgə tədqiqatların aparılması, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin nümayəndələri – dekan müavini Aytən Mövsümova, Kompüter texnologiyaları kafedrasının müdiri Zəfər Cəfərov və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri Atif Namazov Türkiyə-Azərbaycan Universitetində (TAU) olub. Nümyəndə heyətində Böyük Britaniyanın Belfast Kraliça Universitetinin professoru, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvü, AzTU-da qonaq professor kimi fəaliyyət göstərən Vahid Garousi də təmsil olunub. Qonaqlar TAU-nun prorektoru Mehmet Şimşir və proqram rəhbərləri ilə görüşüb. Görüşdə kompüter mühəndisliyi ixtisası üzrə birgə tədqiqatların aparılması və universitet-sənaye işbirliyinin inkişafı istiqamətində müzakirələr aparılıb.
Türkiyənin Sivas Cümhuriyyət
Universitetinin rektoru professor Ahmed Şengönülün başçılıq etdiyi nümayəndə
heyəti Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
Qonaqlar TAU-nun prorektoru Mehmet
Şimşirlə görüşüb.
Görüş zamanı TAU ilə Sivas Cümhuriyyət Universiteti arasında əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan Texniki Universiteti (AzTU),
Türkiyə-Azərbaycan Universiteti və Pakistanın Milli Elm və Texnologiya
Universitetinin (NUST) birgə təşkilatçılığı ilə AzTU-da “Strategic Talks on
Innovation & Commercialization for Knowledge Sharing” – (STICKS
International 2025) mövzusunda beynəlxalq tədbir keçirilib.
Tədbirin əsas məqsədi
universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, elmi-tədqiqatların
kommersiyalaşdırılması, startapların dəstəklənməsi və beynəlxalq tərəfdaşlığın
gücləndirilməsi olub.
Açılış mərasimində AzTU-nun rektoru
Vilayət Vəliyev və NUST-un tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə
prorektoru Rizvan Riaz çıxış edərək tədbirin əhəmiyyəti və məqsədləri barədə
iştirakçılara məlumat veriblər.
Forum çərçivəsində iki əsas panel
müzakirəsi keçirilib.
Birinci panel “Sərhədləri Aşan
Universitet-Sənaye Əməkdaşlığı – Pakistan, Türkiyə və Azərbaycanın Baxışı”
mövzusuna həsr olunub. Panel müzakirəsində universitetlər və sənaye
nümayəndələri arasında əməkdaşlıq imkanları, birgə tədqiqat layihələrinin
təşkili və innovasiya ekosistemlərinin inkişafı məsələləri diqqət mərkəzində
olub.
İkinci panel isə “Tədqiqatların Qlobal
Təsirə Çevrilməsi – Sərhədlərarası Kommersiyalaşdırma Strategiyaları”
mövzusunda təşkil olunub. Bu sessiyada iştirakçılar elmi nəticələrin kommersiya
potensialı, texnologiyaların transferi, investisiya mühiti və regionlararası
əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“STICKS International 2025” tədbiri
iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə daha genişmiqyaslı
elmi əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağına dair inam ifadə olunub.
Sonda AzTU-nun rektoru Vilayət Vəliyev,
TAU-nun prorektoru Mehmet Şimşir və NUST-un prorektoru Rizvan Riaz rəmzi olaraq
birlikdə səhnədə “start” düyməsin sıxıblar. Bu zaman ekranda “Pakistan –
Azərbaycan – Türkiyə innovasiya dəhlizi” təşəbüsünün anonsu nümayiş olunub.
Qeyd edək ki, tədbir hər il Pakistanda təşkil olunur. Bu il ilk dəfə tədbir Pakistan xaricində - Azərbaycanda keçirilib.
Azərbaycan Texniki Universitetinin
(AzTU) 75 illik yubiley tədbirləri çərçivəsində universitetin təşəbbüsü və təşkilatçılığı,
Türkiyə-Azərbaycan Universitetinin (TAU), Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının (ASK) və “Caspian Energy Club”un
tərəfdaşlığı ilə “Universitet-sənaye əməkdaşlığı, istiqamətlər, nümunələr və
süni intellekt” mövzusunda beynəlxalq forum keçirilib.
Məqsəd universitet və sənaye arasında
əməkdaşlıq modellərinin müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması
və yeni texnologiyaların, xüsusilə süni intellektin istehsalat mühitinə
inteqrasiyası prosesində ali təhsil müəssisələrinin artan rolunun
dəyərləndirilməsidir.
Tədbiri giriş sözü ilə açan və
qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitet-sənaye
əlaqələrinin dayanıqlı modeli və təcrübəyə əsaslanan birgə fəaliyyətin
qurulmasının əhəmiyyətindən bəhs edib. Rektor AzTU-nun KOBİA ilə birgə ərsəyə gətirdiyi
və uğurla fəaliyyət göstərən KOB Model Müəssisəsinin universitet-sənaye
əməkdaşlığı üçün böyük töhfəsindən, bu cür təşəbbüslərin davamlı olmasının
vacibliyindən danışıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov mikro və kiçik sahibkarlıq fəaliyyətlərində ali təhsil müəssisələrinin
iştirakı, gənc sahibkarların formalaşmasındakı rolundan bəhs edib. Bildirib ki,
universitet-sənaye əməkdaşlığının effektivliyi üçün çağdaş çağırışları düzgün
anlamaq və qəbul etmək, elmi-tədqiqat istiqamətlərini bazarın tələblərinə görə
qurmaq, təcrübə proqramları, peşəkar kadr hazırlığı və maliyyə resurslarına
çıxış vacibdir.
Xəzər Universitetinin təsisçisi Hamlet
İsaxanlı bildirib ki, çağdaş zamanda universitet-sənaye əməkdaşlığını qurmaq
asan deyil. Yalnız
elmi-tədqiqatlara önəm verib vəsaitlər ayıran araşdırma universitetləri bu cür
yanaşmanı gerçəkləşdirə bilərlər. O, dünyanın ən nüfuzlu universitetlərinin iş
prinsipini universitet-sənaye-süni intellekt üzrə qurduğunu və daha sonra
sənayeyə yön verən və yeniliklər gətirən, çağdaş bazarın tələbləri ilə
uyğunlaşan lider magistr və doktorlar yetişdirdiyini bildirib.
“Caspian Energy Club”ın sədri və qrupun
baş icraçı direktoru Telman Əliyev istehsalatda süni intellektin tətbiqi və bu
sahədə ali təhsilin cavabdehliyindən bəhs edərək bildirib ki, çağdaş
universitetlər təhsildən istehsala qədər süni intellektin təklif etdiyi
imkanlardan yararlanmalı və eyni zamanda təhlükəsizlik məsələləri də paralel
olaraq prioritet olmalıdır.
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidentinin baş məsləhətçisi Fərid
Vəlizadə universitet-sənaye-dövlət üçbucağında əməkdaşlığın təşkilati və
institusional mexanizmləri haqqında bölüşərək qeyd edib ki, həm universitet
nümayəndələri, həm dövlət qurumlarının əməkdaşları, həm də sənaye təmsilçiləri
birgə çalışaraq effektiv iş ortaya qoymalıdır.
Daha sonra Türkiyə-Azərbaycan
Universitetinin (TAU) prorektoru professor Mehmet Şimşir, TUBİTAK-ın sədr
müavini professor Mesut Güner və İzmir Yüksək Texnologiya İnstitunun professoru
Mustafa Güdən, “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru
Cəmil Səfərov, Azərbaycan Milli Aviasiya Akademiyasının birinci prorektoru
professor Ədalət Səmədov, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri
Məmmədsaleh Əliyev, “Aselsan-Bakü” şirkətinin direktoru Özgür Kürüm, AzTU
Texnoloji Transfer Ofisinin direktoru Yadullah Babayev universitetlərin
texnologiya transferi və innovasiya mərkəzləri vasitəsilə sənayeyə elmi
biliklər ötürməsi yolları, startap ekosistemində universitet-sənaye
əlaqələrinin möhkəmləndirilməsi və yeni təşəbbüslərə dəstək mühiti, beynəlxalq
texnologiya transferi ofislərinin təcrübələri, onların sənayeyə inteqrasiyada
rolu, eləcə də müdafiə və aviasiya sənayesində ixtisaslı kadr hazırlığı və
elmi-texniki təcrübənin birgə inkişafı kimi istiqamətlər haqqında ətraflı
təqdimatlar ediblər.
Tədbirdə 100-dən artıq sənaye nümayəndəsi və müxtəlif ölkələrdən akademik və texnoloji qurumların təmsilçiləri iştirak edib.
Türkiyənin İstanbul Beykent Universitetinin rektoru Prof. Dr. Volkan Öngel və Himayəçilər şurasının sədri Erkan Çelik Türkiyə-Azərbaycan Universitetinin (TAU) qonağı olub. Qonaqlar TAU-nun prorektoru Prof. Dr. Mehmet Şimşirlə görüşüblər. Görüş zamanı uyğun istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Mayın 10-u müasir müstəqil Azərbaycanın
memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 102 illiyi qeyd olunur.
Bununla əlaqədar Türkiyə-Azərbaycan Universitetinin (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Tədbir TAU-nun
saytında yoxdur:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları və BDU SABAH qruplarının təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Universitetinin (Hacettepe Universiteti) professoru Remziye Yılmaz “Genetik modifikasiya edilmiş mikroorqanizmlər və onların tətbiqləri” mövzusunda növbəti ustad dərsi keçmişdir.
Türkiyə-Azərbaycan Universitetində
(TAU) Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı və Azərbaycanın qida
mühəndisliyi ixtisasının tədris olunduğu universitetlərinin nümayəndələrinin
iştirakı ilə görüş keçirilib. Görüşdə TAU-nun rektoru vəzifəsini icra edən
professor Vilayət Vəliyev qonaqları salamlayaraq universitetin fəaliyyəti
haqqında ətraflı məlumat verib. Bildirib ki, Hacettepe Universitetinin Qida
mühəndisliyi proqramı TAU-nun qida mühəndisliyi ixtisasında tədris olunur.
Vilayət Vəliyev qida mühəndisliyinin müasir dövr üçün önəmindən danışıb.
Bildirib ki, əmək bazarının tələblərinə uyğun müasir qida mühəndisləri
hazırlamaq universitetlərin əsas vəzifələrindəndir.
Daha sonra çıxış edən TAU-nun
prorektoru professor Mehmet Şimşir universitetin missiyası və vizyonu ilə bağlı
qonaqlara məlumat verib.
TAU-nun Qida mühəndisliyi bölümünün
rəhbəri professor Ümran Uygun milli qida platformasının yaradılması və qida
mühəndisliyi təhsil proqramı haqqında danışıb.
Görüşə onlayn formatda qoşulan
Hacettepe Universitetinin professoru Vural Gökmen “Milli qida texnologiyaları
platformasının qurulması və kənd təsərrüfatı-qida sektoru üçün strateji
tədqiqat və innovasiya gündəliyi: vizyon 2030” sənədinin hazırlanması mövzusunda
çıxış edib.
Çıxışlardan
sonra görüş sual-cavab formatında davam edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Dövlət Universiteti (BDU), ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri iştirak edib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
və SABAH qruplarının təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Universitetinin
(TAU) Qida mühəndisliyi bölümündə dərs deyən Hacettepe Üniversitesindən dəvət
olunan Prof.Dr. Remziye Yılmaz "Bakterial metagenom sıralama: Qida
mikrobiologiyasında 2 hal" mövzusunda ustad dərsi keçib.
Ustad dərsində Bakı Dövlət
Universitetinin SABAH qruplarının Biologiya müəllimliyi, Biotexnologiya
ixtisasları üzrə təhsil alan tələbələri və Molekulyar biologiya
ixtisaslaşmasının magistrantları ilə yanaşı BDU-nun pedaqoji heyəti də iştirak
edib.
Tədbirdə çıxış edən SABAH qrupları İcra
Komitəsinin rəhbəri Elza Səmədova və TAU-nun Qida mühəndisliyi bölümünün
rəhbəri Prof.Dr. Ümran Uygun TAU ilə SABAH qrupları layihəsi arasındakı
əməkdaşlığı yüksək qiymətləndirib.
Prof.Dr. Remziye Yılmaz bakterial
metagenomun sekvensingi, onun müəyyənləşdirilməsi məqsədilə qida
mikrobiologiyasında istifadə olunan iki yanaşma haqqında danışıb, aparılan
işlərin iqtisadi əhəmiyyətini vurğulayıb, gələcəkdə bu sahədə aparılan
tədqiqatların mahiyyəti haqqında auditoriyaya geniş məlumat verib.
Sonda Prof.Dr. Remziye Yılmaz auditoriyanın
çoxsaylı suallarını cavablandırıb, həmçinin akademik heyətlə əməkdaşlıq
imkanları müzakirə olunub.
Qeyd edək ki, növbəti seminar mayın 5-də keçiriləcək.
Bakı Avrasiya Universiteti (BAAU),
Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq
Hospitalının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və
Türkiyə-Azərbaycan Universitetinin (TAU) birgə təşkilatçılığı ilə “EduHack
2025: Innovating the Future of Learning” hakatonu start götürüb.
Bakı Konqres Mərkəzində başlayan
hakatonda Gənclər Fondu, ATGTİ və Məlhəm Hospitalın rəhbərliyi, BAAU, NOHU və
TAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının
Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşının səsləndirilməsi ilə
başlayıb, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Açılış nitqini BAAU-nun rektoru dosent
Səyavuş Qasımov edib. O, tədbirin təşkilində tərəfdaşlıq edənlərə
təşəkkürlərini bildirib və bu hakatonun tələbələrin öz bacarıq və səriştələrini
göstərməsi üçün əhəmiyyətli bir platforma rolunu oynadığını vurğulayıb. Ənənəvi
təhsil metodlarından innovativ təhsil metodlarına keçid istiqamətində
gənclərdən parlaq ideyaların gələcəyini ümid etdiyini bildirən rektor
Azərbaycanın 9 ali təhsil müəssisəsindən 12 komandanın hakatona iştirak hüququ
qazandığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
Sonra Gənclər Fondunun icraçı direktoru
Qədir Xəlilov çıxış edərək gənclərə daim dövlətin xüsusi diqqət və qayğısının
olduğunu bildirib. O, tərəfdaş olduqlarına görə hakatonun təşkilatçılarına
təşəkkürünü bildirərək təhsilin innovativ yöndə inkişafında gənclərin önəmli
faktor olduğunu diqqətə çatdırıb.
NOHU-nun rektoru professor Hasan Uslu
tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəyi bu cür
tədbirlərdə iştirak etməkdən məmnun olduqlarını bildirib və Türkiyədə dövlət
tərəfindən qəbul edilən innovativ layihələrin öncüsü olduqlarını vurğulayıb.
TAU-nun rektoru vəzifəsini icra edən
professor Vilayət Vəliyev çıxış edərək Türkiyə ilə Azərbaycan arasında təhsil
sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu
hakatonun təşkilində qardaş ölkələrin nümayəndələrinin tərəfdaşlığını
təqdirəlayiq bir addım olaraq qiymətləndirib. O, təhsil alanların bilik və
bacarıqlarının innovativ yanaşmalarla inkişaf etdirilməsinin əhəmiyyətindən
söhbət açıb. Rektor TAU-nun çətir universitet funksiyasını icra edərək iki
qardaş ölkə arasındakı rolu haqqında məlumat verib.
Məlhəm Beynəlxalq Hospitalının icraçı
direktoru Sevda Əlizadə çıxışında gənclərin təhsildə innovativ həllər təqdim
etdiyi hakatona dəstək göstərməkdən məmnun olduqlarını bildirib.
ATGTİ-nin sədri Rəşad Zeynalov
Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində ittifaqın aparıcı rol
oynayan təşkilatlardan biri olduğunu, ölkədə keçirilən çoxsaylı tədbirlərdə
təşkilatçılıqda tərəfdaş olduqlarını diqqətə çatdırıb.
Rəsmi hissə başa çatdıqdan sonra hakaton start götürüb və tələbələr təhsilin inkişafı istiqamətində təqdim edilmiş məsələlər üzrə praktiki işlərə başlayıb.
Türkiyə-Azərbaycan Universitetində
(TAU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin xanım
əməkdaşları ilə görüş keçirilib.
Görüşdə TAU-nun rektoru vəzifəsini icra
edən Vilayət Vəliyev, prorektor Mehmet Şimşir və Həmkarlar İttifaqı Komitəsinin
sədri Elvin Bəxtiyarlı xanım əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Daha sonra bayram münasibətilə xanım əməkdaşlara TAU rektorkuğu və Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.
Elm və təhsil naziri Emin Əmrullayevin
rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ali Təhsil Şurasının
(YÖK) sədri Erol Özvar və Türkiyə tərəfindən Türkiyə-Azərbaycan Universitetinin
fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki
Universiteti (İTÜ) və Orta Şərq Texnik Universiteti (ODTÜ) rektorlarının
iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü
iclasında iştirak etmək və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin
rektorları ilə görüşmək məqsədilə İstanbul şəhərində səfərdədir.
Səfər çərçivəsində elm və təhsil naziri
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak
edib.
Nümayəndə heyəti səfər zamanı Türkiyə
Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, o cümlədən Türkiyə
Respublikasının Mərmərə Universitetinin rektoru Mustafa Kurt və İstanbul
Texniki Universitetinin (İTÜ) rektoru Hasan Mandal ilə görüşüb.
Görüş çərçivəsində sözügedən
universitetlərin qabaqcıl fakültələrinin maddi-texniki bazası və
laboratoriyaları ilə yaxından tanışlıq olub, Qarabağ Universiteti də daxil
olmaqla, bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə
edilib.
Bununla yanaşı, Türkiyədə doktorantura
təhsili alan azərbaycanlı tələbələrlə də görüş keçirilib, tələbələrin gələcək akademik
və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.
Qeyd edək ki, martın 2-dək davam edəcək səfər çərçivəsində universitet rektorları ilə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan Texniki Universitetində
(AzTU) Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan
nümayəndəliyi və Gebze Organize Sanayi Bölgesi (GOSB) texnoparkının
əməkdaşları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev,
Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir və AzTU-nun
nümayəndələri iştirak edib.
Rektor Vilayət Vəliyev qonaqları
salamlayaraq universitetin fəaliyyəti, mühəndislik və texnologiya istiqamətində
təşəbbüsləri haqqında məlumat verib.
Daha sonra MÜSİAD Azərbaycanın İdarə
Heyətinin sədri Rəşad Cabirli çıxış edərək təşkilatın ölkəmizdəki fəaliyyəti və
sahibkarlıq ekosisteminin inkişafına verdiyi töhfələrdən danışıb. TAU-nun
prorektoru Mehmet Şimşir universitetin təhsil və innovasiya sahəsindəki
fəaliyyətini qonaqlarla bölüşüb.
Görüş zamanı hər iki
universitetlə əməkdaşlıq imkanları müzakirə edilib.
“Bilim Bakı” Mərkəzinin direktoru,
“TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Azərbaycan
Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə
Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, həmçinin
AzTU nümayəndələri iştirak edib.
Söhbət zamanı AzTU və TAU ilə
əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra “Bilim Bakı” Mərkəzinin
direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi
nümayəndəsi Ahmet Kösenin AzTU və TAU tələbələri üçün infosessiyası
keçirilib.
Əvvəlcə AzTU-nun elm və innovasiyalar
üzrə prorektoru Sübhan Namazov açılış nitqi ilə çıxış edib. Bildirib ki,
tələbələr hər il “TEKNOFEST”ə böyük həvəslə hazırlaşırlar. Yarışmanın
əhəmiyyətindən danışan prorektor onun tələbələr üçün yeni imkanlar açdığını da
qeyd edib.
Daha sonra Ahmet Köse “TEKNOFEST-2025”lə
bağlı geniş təqdimatla çıxış edib.
Sonda
tələbələrin sualları cavablandırılıb.
Türkiyə-Azərbaycan Universitetinin
yaradılmasının 1 ili tamam olur.
Bu gün Orta Doğu Texniki Universiteti,
İstanbul Texniki Universiteti, Hacettepe Universiteti və Azərbaycan Texniki
Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan Türkiyə Azərbaycan
Universitetinin (TAU) yaradılmasının 1 ili tamam olur. “Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil
Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair
Anlaşma Memorandumu” 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Bu
münasibətlə Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet
Şimşir AZƏRTAC-a müsahibəsində TAU-nun məqsədi və tədris prosesi ilə bağlı
müsahibə verib.
Müsahibəni
təqdim edirik.
- Türkiyə-Azərbaycan Universitetini
Azərbaycan təhsil sistemində fərqləndirən xüsusiyyətlər hansılardır?
- Türkiyə-Azərbaycan
Universiteti digər sahələrdə olduğu kimi təhsil sahəsini də ən yüksək səviyyəyə
çatdırmaq məqsədilə hər iki ölkənin dövlət başçılarının ortaq konsensusundan
yaranmış universitetdir. Türkiyə-Azərbaycan Universiteti model olaraq digər
universitetlərdən çox fərqli bir quruluşa malikdir. Türkiyə-Azərbaycan
Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir. Belə ki, bu ali
təhsil müəssisəsi Türkiyənin 3 (Orta Doğu Texniki Universiteti, İstanbul
Texniki Universiteti, Hacettepe Universiteti), Azərbaycanın bir (Azərbaycan
Texniki Universitetinin) universitetinin tərəfdaşlığı ilə qurulub. Bu mənada
biz mahiyyətcə ortaq universitetik. “Çətir universitet” Türkiyə
universitetlərində tədris olunan ixtisasların eynilə burada da tədris olunması
mənasına gəlir. Məsələn, Orta Doğu Texniki Universitetinin Kompüter
mühəndisliyi fakültəsinin proqramı eynən burada tətbiq olunur. İstanbul Texniki
Universiteti Sənaye mühəndisliyi fakültəsinin proqramı eyni qaydada sənaye
mühəndisliyi ixtisasında keçirilir. Hacettepe Universitetinin Qida mühəndisliyi
fakültəsinin dərsləri TAU-nun qida mühəndisliyi ixtisasında tələbələrə keçilir.
Burada Türkiyədən gələn müəllimlər dərs deyirlər. Orta Doğu Texniki
Universitetində Kompüter mühəndisliyi fakültəsinin müəllimləri Türkiyədə necə
dərs deyirlərsə, Azərbaycanda da eyni dərsi keçirlər. Eynilə İstanbul Texniki
Universitetinin Sənaye mühəndisliyi fakültəsinin müəllimləri buraya gəlib
mühazirələr oxuyurlar. Hacettepe Universitetinin Qida mühəndisliyi fakültəsinin
professorları da mühazirə oxumaq üçün buraya gəlirlər. Ona görə də bu baxımdan
Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir. Bizim
digər universitetlərdən fərqimiz budur. Yəni, biz Türkiyənin ən yaxşı
universitetlərini Azərbaycana gətiririk və onları Türkiyə-Azərbaycan
Universitetində birləşdiririk.
- TAU-da tədris prosesinin gedişi
barədə nə deyə bilərsiniz?
- Burada
tədris 100 faiz ingilis dilində aparılır. Qəbul etməliyik ki, tədrisin keyfiyyətinin yüksək olması üçün
dünyada qəbul edilən dil kimi təhsil ingilis dilində olmalıdır. Tələbələrimiz
Azərbaycanın Dövlət İmtahan Mərkəzinin imtahan qaydaları ilə qəbul olunurlar.
Daha sonra onlar ingilis dilində səviyyə imtahanı verirlər. Tələb olunan balı
toplayırlarsa, birinci kursdan tədrisə başlayırlar. Səviyyə imtahanında uğur
qazana bilməyən tələbələr ingilis dilindən hazırlıq dərslərinə davam edirlər.
Bu hazırlıq proqramı bir il davam edir. Payız semestrindən başlayır, yaz
semestrində bitir. Daha sonra ingilis dili biliyi imtahanında yoxlanılan və
həmin imtahandan uğurla keçən tələbələr birinci kursa davam edirlər. Hazırlıq
kursu istisna olmaqla, təhsilimiz dördillikdir. Hazırda kompüter mühəndisliyi
ixtisasında təhsil alan birinci kurs tələbələri var. Qida mühəndisliyi ixtisası
üzrə də birinci kursumuz var. Amma sənaye mühəndisliyi ixtisası üzrə birinci
kurs açılmadı. O ixtisasa qəbul olunan tələbələrimiz hazırlıq kursundadır.
- Türkiyə-Azərbaycan Universitetində
daha hansı ixtisasların açılması nəzərdə tutulur?
- Hazırda
mövcud olan kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi
ixtisaslarıdır. Bu ixtisaslar bizim Himayəçilər şurasının qərarlarına uyğun olaraq
açılır. Himayəçilər şurasına Azərbaycandan elm və təhsil naziri Emin Əmrullayev
rəhbərlik edir. Türkiyə tərəfdən isə YÖK sədri Erol Özvar rəhbərlik edir. Biz
Himayəçilər şurasına öz təkliflərimizi veririk. Onların qərarları müzakirələr
nəticəsində müəyyən olunur. Bu səbəbdən də Türkiyə-Azərbaycan Universitetində
daha hansı ixtisasların açılması haqqında danışmaq bir qədər tezdir.
- Noyabr ayında tələbələrin Türkiyəyə
səfəri təşkil olundu. Belə səfərlərin davamı olacaqmı?
- Bildiyiniz
kimi, noyabr ayında Azərbaycanda COP29 tədbiri keçirilib. Biz bunu, əslində, bir
fürsət kimi qiymətləndirdik. Çünki Azərbaycanda tədris onlayn formatda
aparılırdı. Dedik ki, tələbələrimizi Türkiyəyə aparaq, Hacettepe
Universitetini, Orta Doğu Texniki Universitetini, İstanbul Texniki
Universitetini ziyarət etsinlər. Oradakı müəllimlərlə də tanış olsunlar.
Tələbələr Türkiyədə təhsil alan gənclərlə tanış olub ünsiyyət qura bilsinlər.
Arzum odur ki, əgər şərait yaranarsa, bu universitetə qəbul olan tələbələrimizi
hər il Türkiyəyə aparaq.
- Türkiyə-Azərbaycan Universitetinin
qəbul prosedurlarında hansısa dəyişiklik olacaqmı?
Hazırda Türkiyə-Azərbaycan
Universitetinə qəbul Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən həyata
keçirilir. Ötən
il kompüter mühəndisləri üçün 500, sənaye və qida mühəndisləri üçün 450 bal
olaraq baza balları müəyyənləşdirdik. Lakin qəbul olan tələbələrimizin hamısı
çox yüksək bal topladılar. Kompüter mühəndisliyi üzrə keçid balı 641 olub. Bu
da bizim müəyyənləşdirdiyimiz baza balından - 500-dən xeyli yüksəkdir. Sənaye
mühəndisliyində keçid balı 544, qida mühəndisliyində isə 453 oldu. Görünən odur
ki, savadlı tələbələr bizi seçirlər. Universitetimizin təhsil sisteminə və bizə
güvənirlər. Bu, iki dövlətin qardaşlığından yaranmış Türkiyə-Azərbaycan
Universitetinin təhsil sisteminə onların güvəndiyini göstərir. Biz onlara layiq
olmağa çalışırıq. TAU gələcəkdə beynəlxalq universitet olacaq. Bu istiqamətdə
ardıcıl addımlar atılır.
Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda
(AzMİ) Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət
göstərən Milli Zəmin Təhlükəsizliyi İnstitutunun (UZGE) rəhbəri, dosent
Gültekin Coşkunla görüş keçirilib.
Görüşdə Azərbaycan Texniki
Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Türkiyə-Azərbaycan
Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, o cümlədən Azərbaycan
Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri də iştirak ediblər.
Görüş zamanı AzMİ-nin fəaliyyət
istiqamətləri, xidmət sahələri, ölçmə və kalibrlənmə imkanları, mövcud
kalibrlənmə və yoxlanılma laboratoriyaları, o cümlədən yeni yaradılan etalon
laboratoriyaları barədə məlumat verilib.
Daha sonra UZGE-nin rəhbəri Gültekin
Coşkun tətbiq edilən mühəndislik və təhlükəsizlik standartlarının inkişafından
söz açıb, dövlət və özəl sektorlarda binadaxili döşəmələrdə sürüşmə tezliyinin
ölçmə metodları və istifadə olunan avadanlıqlar, həmçinin ölçmələr zamanı əsas
tutulan beynəlxalq standartlardan bəhs edib.
Görüş çərçivəsində piyada
infrastrukturunun təhlükəsizliyi üzrə EN 16165 “Piyada səthlərinin sürüşməyə
davamlılığının təyini - Qiymətləndirmə üsulları”, TS 13882 “Piyada səthlərinin
təsnifatı qaydaları – Ümumi tələblər və qiymətləndirmə üsulları”, EN 14231:2003
Təbii daşların sınaq üsulları – Riyazi rəqqas ilə sürüşmə müqavimətinin
təyini”, EN 13036-4:2011 “Yol və aerodrom səthinin xüsusiyyətləri – Sınaq
üsulları – Hissə 4: Səthin sürüşmə müqavimətinin/sürüşkənliyin ölçülməsi üsulu
– Riyazi rəqqas ilə sınaq üsulu” Avropa və türk standartlarının tətbiqinə dair
müzakirələr aparılıb.
Bundan əlavə, AzTU və TAU-da təhsil
alan tələbələrin AzMİ-nin laboratoriyalarından istifadə etməklə elmi-tədqiqat
işləri aparması, həmçinin metrologiya sahəsi üzrə yeni layihələrin hazırlanması
və bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Sonda tərəflər arasında qarşılıqlı
əməkdaşlıq, o cümlədən müvafiq sahədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi
məsələlərinə nəzər salınıb.
Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyə-Azərbaycan Universiteti (TAU) və Türkiyə Milli Yer Təhlükəsizliyi İnstitutu (UZGE) arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığa elmi tədqiqatlar, texnologiya transferi, metrologiya, standartlaşdırma və sınaq laboratoriyalarının yaradılması sahəsində birgə fəaliyyətlər daxildir. Memoranduma əsasən, tərəflər birgə elmi layihələrin həyata keçirilməsində, beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunmasında və sənaye ilə innovativ həllərin tətbiqində əməkdaşlıq edəcəklər.
Eyni zamanda, UZGE mütəxəssisləri tərəfindən AzTU və TAU tələbələri üçün təlimlər keçiriləcək və laboratoriyalarda praktik təcrübə imkanları yaradılacaq. Tərəflər startapları inkişaf etdirmək və innovasiya ekosistemini gücləndirmək üçün Texnologiya Transferi Ofisləri vasitəsilə birgə çalışacaqlar.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) əməkdaşları və semestr ərzində yüksək nəticə göstərən tələbələri 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə mükafatlandırılıb.
Belə ki, TAU-nun rektorluğu, Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən tədbirdə universitetin əməkdaş və fərqlənən tələbələrinə fəxri fərman və hədiyyə təqdim olunub.
Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən UZGE - Milli Zəmin Təhlükəsizliyi İnstitutunun rəhbəri, dosent Gültəkin Coşqun Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Səfər çərçivəsində o, AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) və AzTU-nun nümayəndələri iştirak ediblər.
Gültəkin Coşqun institutun fəaliyyəti barədə məlumat verərək bildirib ki, qurum metrologiya və döşəmə təhlükəsizliyi sahəsində yüksək keyfiyyətli sınaq və sertifikatlaşdırma xidmətləri təqdim edir. Bununla yanaşı, institut vertolyot eniş zolaqları və müxtəlif növ döşəmə örtü materiallarının səthlərinin sürtünmə əmsallarının tədqiqi istiqamətində araşdırmalar aparır. O, bu sahələrdə AzTU və TAU ilə əməkdaşlığın institut üçün prioritet olduğunu qeyd edib.
Rektor Vilayət Vəliyev AzTU və TAU-nun institutla birgə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, ilkin mərhələdə pilot layihənin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Türkiyə-Azərbaycan Universitetinin
(TAU) nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Nümayəndə heyətində TAU-nun prorektoru
professor Mehmet Şimşir, Qida mühəndisliyi proqramının rəhbəri professor Umran
Uyqun, Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye
texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov, Hacettepe
Universitetinin Qida mühəndisliyi bölümünün professoru Vural Gökmen iştirak
edib.
Görüşdə qonaqlara İnstitutun fəaliyyət
istiqamətləri barədə ətraflı məlumat verilib. Ölkədə qida təhlükəsizliyinin
təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun
nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı
üzrə ixtisaslaşmış laboratoriyaların fəaliyyət göstərdiyi bildirilib.
Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət
göstəriciləri üzrə müayinələrinin aparıldığı vurğulanıb. Həmçinin qonaqlar
ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı,
maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və
nailiyyətlər barədə məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən
laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin
artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli
əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə
edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdə eyni zamanda iki qurum arasında
təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın
genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən
keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra TAU-nun nümayəndə heyəti
iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib.
Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların
aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki
və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri
üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı
maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) nümayəndələri, prorektor professor Mehmet Şimşir və Qida Mühəndisliyi Proqramının rəhbəri professor Ümran Uyqun "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-ni ziyarət etdilər. Nümayəndə heyətinə Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın Dizaynı və Sənaye Texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov da daxil idi.
Nümayəndə heyətinə əvvəlcə mərkəzin fəaliyyəti barədə məlumat verildi. Daha sonra mərkəzin direktoru Emil Əhmədov və onun əməkdaşları ilə görüş zamanı tərəflər gələcək əməkdaşlıq üçün potensial sahələri müzakirə etdilər.
Qanlı 20 Yanvar faciəsinin 35-ci
ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universiteti (AzTU) və
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi, əməkdaşları və tələbələri
Şəhidlər xiyabanını ziyarət edib.
Torpaqlarımızın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad
edilib, məzarları üzərinə qərənfillər düzülüb.
Türkiyə-Azərbaycan Universitetində (TAU) qış imtahan sessiyası yekunlaşıb.
TAU-nun birinci kurs tələbələri üçün imtahanlar müvafiq ixtisaslar (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) üzrə tərəfdaş universitetlərin (ODTU, İTÜ, Hacettepe Universiteti) imtahan qaydaları əsasında keçirilib.
Hazırlıq qruplarında təhsil alan tələbələr isə yalnız ingilis dili fənnindən imtahan veriblər.
Qeyd edək ki, TAU-da 83 tələbə təhsil alır.
Türkiyə-Azərbaycan Universitetinin
rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Türkiyəyə səfəri çərçivəsində Kastamonu
Universitetinin rektoru Ahmet Hamdi Topal ilə görüşüb.
Görüşdə iki universitet arasında
elmi-tədqiqat sahəsində əməkdaşlığın qurulması və dərinləşdirilməsi ilə bağlı
fikir mübadiləsi aparılıb. Həmçinin birgə layihələrin və akademik işlərin həyata
keçirilməsi perspektivləri müzakirə edilib.
Görüşün yekununda Türkiyə-Azərbaycan
Universiteti ilə Kastamonu Universiteti arasında əməkdaşlığa dair protokol
imzalanıb. Sənəd bir çox əlaqələrlə yanaşı, tələbə və müəllim mübadiləsi
proqramlarının reallaşdırılmasını, mədəni tədbirlərin keçirilməsini nəzərdə
tutur.
Universitet rəhbərləri Azərbaycan və
Türkiyə arasında təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün konkret
addımlar atmağa hazır olduqlarını bildiriblər.
Kastamonu Universitetinin rektoru
Ahmet Hamdi Topal ali təhsil sahəsində “Bir millət, iki dövlət” tezisinə
əsaslanan Türkiyə-Azərbaycan əməkdaşlığını ən yüksək prioritet sahələrindən
biri adlandırıb.
Vilayət Vəliyev də qardaş ölkələr arasında sıx
dostluq əlaqələrindən danışıb.
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
Qonaq TAU-nun rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev və universitetin prorektoru professor Mehmet Şimşirlə görüşüb.
Görüş zamanı TAU-da tədrisin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrə "Qida əlavələri" mövzusunda mühazirə deyib.
Mühazirədə təbii və süni qida əlavələri, onların növləri və təsiri, qida əlavələrindən istifadə qaydaları, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi barədə tələbələrə geniş məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Azərbaycan Texniki Universiteti
(AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə
təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan
tədbir keçirilib.
AzTU-nun Heydər Əliyev Mərkəzində
təşkil olunan tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru
Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət
vəkili Göydəniz Qəhrəmanov, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru
Mehmet Şimşir, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Ulu
Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, uzaqgörən
siyasətindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Qeyd olunub ki, ötən əsrin 90-cı
illərinin əvvəllərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan
Ümummilli Lider ölkədə genişmiqyaslı islahatlara başladı. Ulu Öndər Heydər
Əliyevin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim
bacarmayıb. Onun ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin bu
arzusu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və siyasi iradəsi
nəticəsində reallığa çevrildi.
Azərbaycan var olduqca Ulu Öndər
Heydər Əliyev ideyalarının yaşayacağı çıxışlarda xüsusi vurğulanıb.
Müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin vəfatından 21 il ötür.
Türkiyə-Azərbaycan Universiteti (TAU)
və Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, professor-müəllim
heyəti və tələbələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını
ziyarət ediblər, xatirəsinə ehtiramlarını bildiriblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Türkiyə-Azərbaycan Universitetinin
(TAU) əməkdaş və tələbələri Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar
İttifaqı Komitəsinin ittifaq üzvlüyünə cəlb edilib. Belə ki, TAU-da çalışan 20
nəfərə yaxın əməkdaş və 83 nəfər tələbənin iştirakı ilə AzTU HİK rəhbərliyinin
görüşü keçirilib və onlar ittifaq üzvlüyünə qəbul ediliblər.
Əməkdaşların əmək hüquqlarının müdafiəsi, əmək şəraitlərinin yaxşılaşdırılması, şəxsi inkişaflarının və təşəbbüslərinin dəstəklənməsi, sosial aktivliyin təmin edilməsi istiqamətlərində olan fəaliyyətlərdən TAU-nun əməkdaş və tələbələri də faydalanacaq.
Türkiyə-Azərbaycan Universitetinin
(TAU) Qida mühəndisliyi bölümünün rəhbəri professor Umran Uyqun Azərbaycan Texniki
Universitetində (AzTU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün
seminar keçib.
"Qida məhsullarında kimyəvi
çirkləndiricilər" mövzusunda təşkil olunan seminarda qida məhsullarına
torpaqdan, havadan və sudan keçən kimyəvi çirkləndiricilər haqqında, eləcə də
qida məhsullarının istehsal, qablaşdırma, daşınma və saxlanma proseslərində
kimyəvi çirklənmələrə məruz qalması aspektlərindən danışılıb.
Həmçinin qida məhsullarının
çirklənmədən mühafizə olunması ilə bağlı xarici ölkələrin təcrübəsi qeyd
olunub.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.
Türkiyə-Azərbaycan Universitetinin
(TAU) qida mühəndisliyi ixtisasında təhsil alan tələbələri Ankarada Hacettepe
Universitetində səfərdədir.
Səfər çərçivəsində tələbələr Hacettepe
Universitetinin kampusunu ziyarət edib, Qida mühəndisliyi bölümünün dərslərində
iştirak ediblər. Həmçinin Hacettepe Universitetinin Texnoparkı, tədqiqat
mərkəzləri və laboratoriyaları ilə tanışlıq həyata keçirilib.
Səfər çərçivəsində TAU tələbələri Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güranla görüşüblər.
Türkiyə-Azərbaycan Universitetinin
(TAU) sənaye mühəndisliyi ixtisasında təhsil alan tələbələri Türkiyədə İstanbul
Texniki Universitetində (İTÜ) səfərdədir.
Səfər çərçivəsində TAU tələbələri
İTÜ-nün Sənaye mühəndisliyi bölümünün dərslərində iştirak edib, həmçinin
universitetin kampusunu ziyarət ediblər. İTÜ rektoru Prof. Dr. Hasan Mandal TAU
tələbələri ilə görüşüb, onların dərsləri ilə maraqlanıb.
Tələbələrin asudə vaxtlarında İstanbul şəhərinə gəzinti təşkil olunub.
Türkiyə-Azərbaycan Universitetinin
(TAU) kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələri Ankarada Orta Doğu
Tekniki Universitetində (ODTU) səfərdədir.
Səfər çərçivəsində tələbələr ODTU-nun
kampusunu ziyarət edib, Kompüter mühəndisliyi bölümünün dərslərində iştirak
ediblər. Həmçinin OTDU-nun Texnoparkı, tədqiqat mərkəzləri və laboratoriyaları
ilə tanışlıq həyata keçirilib.
Səfər çərçivəsində TAU tələbələri OTDU-nun rektoru Prof. Dr. Ahmet Yozgatlıgillə birgə nahar ediblər.
Növbəti ildə Türkiyə-Azərbaycan
Universitetinin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması
məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılıb.
Bunu elm və təhsil naziri Emin
Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib.
O bildirib ki, 2024–2025-ci tədris
ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi
və qida mühəndisliyi ixtisasları üzrə 87 tələbə təhsil alır, növbəti ildə əlavə
150 tələbə qəbulu planlaşdırılır.
Ankarada Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə 2024-2025 Ali Təhsil Tədris İlinin açılış
mərasimi keçirilib.
Beştepe Millət Konqres və Mədəniyyət
Mərkəzində keçirilən tədbirdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru
vəzifəsini icra edən Vilayət Vəliyev və prorektor Mehmet Şimşir iştirak
ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan
Türkiyədə elm və təhsil sahəsində görülən işlər və prioritetlərdən danışıb,
fərqlənən elm-təhsil işçilərinə mükafatları təqdim edib.
Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar yeni tədris ilinin başlanması münasibətilə elm və təhsil ictimaiyyətini təbrik edərək Türkiyə-Azərbaycan Universitetinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə bu il fəaliyyətə başladığını, ölkələrimiz və türk dünyası üçün böyük uğurlar qazanacağına əminliyini bildirib.
Sentyabrın
27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) və
Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi Bakıda inşası davam etdirilən
Zəfər parkında olub.
Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Elm
və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol
Özvar sentyabrın 24-də Türkiyə–Azərbaycan Universitetində (TAU) tələbələrlə
görüşüblər. Görüşdə TAU-nun Azərbaycan və Türkiyədən olan tərəfdaş
universitetlərinin rektorları da iştirak ediblər.
Rəsmilər
əvvəlcə Türkiyə–Azərbaycan Universitetinin inzibati binası ilə tanış olublar.
Qonaqlara ali təhsil ocağındakı mövcud şərait, tədris otaqları,
laboratoriyalar, oxu zalları haqqında məlumat verilib. Qeyd olunub ki,
universitetdə tələbələrin keyfiyyətli təhsil almaları, həmçinin asudə
vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.
Elm
və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol
Özvar auditoriyalarda dərs prosesini izləyib, həmçinin tələbələrlə görüşüb və
onlarla söhbət aparıblar.
Qeyd edək ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 90-a yaxın tələbə təhsil alacaq.
Türkiyə-Azərbaycan Universitetində ilk dərs günü keçirilib. Dərslərdən fotolar təqdim olunur.
“Türkiyə-Azərbaycan Universiteti yeni beynəlxalq
universitet modeli xüsusiyyəti ilə dünyada bir ilk olacaq”.
Bunu Türkiyə Ali Təhsil Şurasının sədri professor
Erol Özvar ölkənin tədqiqatyönümlü ali təhsil müəssisələrinin Qazi
Universitetində keçirilən toplantısında deyib.
Erol Özvar çıxışında ali təhsildə beynəlmiləlləşmə
istiqamətində atılan ən yeni addımlardan birinin Türkiyə-Azərbaycan
Universiteti olduğunu bildirib: “Biz bu günlərdə ali təhsilimizin beynəlmiləlləşməsi
istiqamətində ən yeni addımlardan birini atırıq. Sentyabrın 23-də Azərbaycanda,
Bakıda Türkiyə-Azərbaycan Universitetinin açılışını edəcəyik. Bu, bizim üçün
tarixi addımdır”.
Erol Özvar əlavə edib ki, biz 3 tədqiqat universitetimizin - İstanbul Texniki Universitetinin, Orta Doğu Texniki Universitetinin və Hacettepe Universitetinin mövcud proqramlarını Azərbaycanda qurulan universitetə köçürürük. "Türkiyə-Azərbaycan Universiteti yeni beynəlxalq universitet modeli xüsusiyyəti ilə dünyada bir ilk olacağını vurğulayan E.Özvar daha sonra qeyd edib: “Bu yeni modeldə Türkiyənin qabaqcıl universitetləri Türkiyə-Azərbaycan arasında ən yaxşı olduqları sahələr üzrə proqramlarını açacaqlar. Universitet və bu proqramların akademik məsuliyyətini üzərinə götürəcəklər. Ona görə də Türkiyə-Azərbaycan Universiteti Türkiyənin müxtəlif universitetlərindən proqramların keçiriləcəyi “çətir universitet” olacaq. Bu yeni ali təhsil modeli ilə ölkəmizin köklü ali təhsil müəssisələrinin, xüsusən də tədqiqat universitetlərimizin fərqli proqramlarını dünyanın müxtəlif coğrafiyalarına daşıyaraq bir növ ali təhsil xidməti ixrac etməyi planlaşdırırıq. Türkiyənin akademik biliklərini dünyaya açacaq bu modelin universitetlərimizə də yeni bir üfüq gətirəcəyinə inanırıq”.
Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan
Universiteti (TAU) tələbələrinin Bilik Günü tədbiri keçirilib. AzTU-da təşkil olunan
tədbirdə əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün
önünə güllər düzülüb.
Daha sonra torpaqlarımızın ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tələbələri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev
onlara təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, builki
Bilik Gününü AzTU və TAU tələbələrinin birlikdə qeyd etməsi qürurverici hadisədir.
Rektor Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına görə Azərbaycan
Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür
edib. Qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinə 86 tələbə qəbul olunub və
qəbulun nəticələrinin yüksək olması gözlənilən idi. Bu universitet həm iki
qardaş ölkə arasında ali təhsil sahəsində əlaqələri daha da gücləndirəcək, həm
də bölgədə müvafiq sahələr üzrə aparıcı universitetlərdən birinə çevriləcək.
Vilayət Vəliyev AzTU il Türkiyə universitetlərinin əlaqələrinin
hər il daha da inkişaf etdirildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, bu il
AzTU-nun bakalavriat səviyyəsinə 2459, magistratura səviyyəsinə isə 1720 tələbə
qəbul olunub.
TAU-nun prorektoru Mehmet Şimşir də çıxışı zamanı tələbələrə
uğurlar arzulayıb. Yeni yaradılan bu universitetdə tələbələr üçün geniş
imkanlar yaradılacağını, əmək bazarının tələblərinə uyğun kadr hazırlanacağını
bildirib.
Çıxışlardan sonra təltifetmə mərasimi olub.
TAU-nun kompüter mühəndisliyi ixtisasına ən yüksək balla (684.9) qəbul olunan Aytac Hüseynli, sənaye mühəndisliyi ixtisasına ən yüksək balla (657.5) qəbul olunan Uğur Quliyev və qida mühəndisliyi ixtisasına ən yüksək balla (632.8) qəbul olunan Zərifə Paraşova təltif olunub.
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri
açıqlanıb.
Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu –
YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yeni
universitet modeli olaraq yaradılmış Türkiyə-Azərbaycan Universitetinə
abituriyentlər böyük maraq göstəriblər. Qəbul nəticələrinə əsasən, universitetdə
kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 30, qida mühəndisliyi
ixtisası üzrə 27 nəfər olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq. Universitet
2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq.
Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi
ixtisasına qəbul üzrə ən yüksək bal 684,9, ən aşağı bal 641,6 olub. Sənaye mühəndisliyi
ixtisasında ən yüksək bal 663,7, ən aşağı bal isə 544,4 olub. Qida mühəndisliyi
ixtisasında ən yüksək bal 632,8 olduğu halda, baza balı 452,1 olub.
Türkiyə-Azərbaycan Universiteti “çətir universitet”
funksiyasını yerinə yetirəcək. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3
aparıcı universitetinin proqramlarını özündə birləşdirəcək. Beləliklə, kompüter
mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi
ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi
ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları əsas götürüləcək.
Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim
olunacaq.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan
Texniki Universitetində (AzTU) avqustun 7-dən təşkil olunan “Açıq qapı” günü
avqustun 19-da başa çatıb.
“Açıq qapı” günlərində TAU-nun prorektoru Mehmet
Şimşir və tərəfdaş universitetlərin nümayəndələri abituriyentləri
maraqlandıran sualları cavablandırıblar. Abituriyentlər və onların valideynləri
TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı
qazanıblar.
Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən
Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe
Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb
olunub.
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi,
sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan
Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir.
Abituriyentlər və onların valideynləri “Açıq qapı” günündə iştirak edərək
TAU-nun ixtisasları, tədris prosesi haqqında məlumatlar əldə etmək imkanı
qazanırlar.
Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən
Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe
Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb
olunub.
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi,
sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan
Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq
qapı” günündə əsasən qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və
onların valideynləri iştirak edir.
Görüş zamanı TAU-nun prorektoru Mehmet Şimşir və tərəfdaş
universitetlərin nümayəndələri abituriyentləri maraqlandıran sualları
cavablandırır.
Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən
Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe
Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb
olunub.
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi,
sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan
Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir.
Avqustun 10-da keçirilən “Açıq qapı” günündə də
abituriyentlərin TAU-ya böyük marağı müşahidə olunub.
Abituriyentlər və onların valideynləri TAU-nun
prorektoru Mehmet Şimşir və tərəfdaş universitetlərin nümayəndələri ilə
görüşüb. Görüş zamanı abituriyentlərin TAU ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən
Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe
Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb
olunub.
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi,
sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan
Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq
qapı” günündə iştirak edənlər arasında 600 baldan yüksək nəticə göstərən
abituriyentlər çoxluq təşkil edir.
TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlərlə
görüşərək onların universitetlə bağlı suallarını cavablandırır.
Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən
Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe
Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb
olunub.
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi,
sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.