Universitetimiz ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriyaları ilə tələbələrə və tədqiqatçılara geniş imkanlar təqdim edir. Burada nəzəri biliklər real təcrübələr və elmi tədqiqatlarla birləşir. Mühəndislik, texnologiya və innovasiya sahələrində gələcəyin həllərini hazırlamaq üçün laboratoriyalarımız TAU tələbələrinin ixtiyarındadır.
Texnoloji proseslər laboratoriyasında tələbələr qida sənayesinin
əsas əməliyyatlarını (qurutma, istilik mübadiləsi, təmizləmə və s.) praktiki şəkildə
öyrənirlər. Bu biliklər istehsalın səmərəliliyini artırmaq, resurslardan düzgün
istifadə və məhsul keyfiyyətinin qorunmasına xidmət edir.
Qida Kimyası Laboratoriyasında qida məhsullarının
kimyəvi tərkibi və saxlanma zamanı baş verən dəyişikliklər öyrənilir. Tələbələr
zülal, yağ, karbohidrat, vitamin və mineralları təyin edir, keyfiyyət və
stabilliyi analiz edirlər. Bu laboratoriya qida təhlükəsizliyi və məhsul
keyfiyyətinin qorunmasında mühüm rol oynayır.
Bu laboratoriyada tələbələr müasir cihazlar vasitəsilə
(məsələn: HPLC, UV-Vis, GC) qida nümunələrinin tərkibini təhlil etməyi öyrənirlər.
Vitaminlərin, mineralların, konservantların, əngləyicilərin və digər maddələrin
dəqiq miqdarının və keyfiyyət göstəricilərinin təyin olunması bu laboratoriyada
praktiki şəkildə həyata keçirilir.
Bu laboratoriyada insan sağlamlığı və məhsul təhlükəsizliyi
üçün risk yaradan mikroorqanizmlərin aşkarlanması və qiymətləndirilməsi üzrə
praktiki biliklər, qidanın raf ömrünə təsiri ilə əlaqələndirilir. Qida təhlükəsizliyi,
sanitariya-gigiyena qaydalarına riayət və mikrobioloji keyfiyyətin qiymətləndirilməsi
əsasdır.
Bu laboratoriya mühəndislik təhsilinin əsas mərhələsində keçirilir və tələbələrə maddələrin tərkibi, quruluşu və reaksiyaları haqqında fundamental biliklər verir. Burada turşu-əsas balansı, oksidləşmə-reduksiya reaksiyaları, maddələrin analiz üsulları və kimyəvi hesablama qaydaları kimi mövzular praktiki şəkildə öyrənilir.
Fizika
laboratoriyası da təməl mühəndislik dərslərindən biridir və tələbələrə istilik
ötürülməsi, təzyiq, enerji vs. kimi anlayışları praktik üsullarla öyrənmək
imkanı yaradır. Bu laboratoriyada aparılan təcrübələr tələbələrin texniki ölçmələri
dəqiqliklə aparmaq və fiziki prinsipləri gündəlik tətbiqlərlə əlaqələndirmək
bacarığını formalaşdırır.